Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1387/2022 22.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, X17 oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh1 və X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X8 və Cavabdeh3 qarşı “torpaq sahəsi və üzərində yerləşən yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X8 və Cavabdeh3 Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Quba rayonu, Mirzəqışlaq kəndində yerləşən 0,22 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması və həmin evin cavabdehlərə məxsus əmlakı ilə birgə boşaldılaraq, ona təhvil verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, dayısı Cavabdeh1, yoldaşı-Cavabdeh2 və oğlu- Cavabdeh3 ilə birlikdə Azərbaycan Respublikası ƏMDK-nin Yanında DƏDRX-i hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən 24.01,2022-ci il tarixli ********** saylı çıxarışa əsasən mülkiyyətində olan Quba rayonu Mirzəqışlaq kəndində yerləşən 0.22 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış evində onun razılığı olmadan yaşayırlar. Həmin ev nənəsi X5 məxsus olub. X6 2015-ci ildə dünyasın dəyişib. Dünyasını dəyişən günə kimi onların yanında Siyəzən rayonunda yaşayıb. Qeyd edir ki, həmin torpaq sahəsi və üzərində yerləşən yaşayış evi ona vərəsəlik əsasında keçib. Dayısı Cavabdeh1 Bakı şəhərində nənəsinin vaxtilə ona aldığı evdə ailəsi ilə birlikdə yaşayıb. Onda olan məlumata görə həmin evi kirayəyə veriblər. Nənəsi tək qaldığı, ona baxan olmadığı üçün onların yanında qalıb. Nənəsi onların yanında qaldığı müddətdə dayısı- Cavabdeh1 anası-X1 razılığ alaraq özünə kənddə yeni ev tikənə kimi həmin evdə yaşamağa başlayıb. Ancaq həmin kənddə, qonşuluğda özünə ev tiksə də sonradan evdən çıxmaq istəməyib və həmin evdə yaşamağa davam ediblər. Ancaq onların həmin evdə qeydiyyatları yoxdur. Özlərinə məxsus, Mirzəqışlaq kəndində yerləşən evlərində qeydiyyatdadırlar. Cavabdeh1 və ailəsinin qonşuluğda yeni tikilmiş, normal şəraitli, yaşayış üçün tam əlverişli evləri olsa da ona məxsus evdən çıxmırlar. Onun mülkiyyətində olan evdə o və bacısı X11 qeydiyyatdadırlar. X3 qızı və anası- X9 da həmin evdə qeydiyyatda olsalar da hal-hazırda hər ikisi dünyasını dəyişmişdir. Cavabdehlərdən dəfələrlə torpaq sahəsindən və üzərində yerləşən yaşayış evindən çıxmalarını və evdəki özlərinə məxsus əmlakın çıxarılmasını tələb etsə də, bu barədə onlarla söhbət aparsa da evi boşaltmır və özləri də həmin evdən çıxmırlar. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, X8 və Cavabdeh3 Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Quba rayonu, Mirzəqışlaq kəndində yerləşən 0,22 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması və həmin evin cavabdehlərə məxsus əmlakı ilə birgə boşaldılaraq, ona təhvil verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli torpaq sahəsi və üzərində yerləşən ev onun anasına məxsus olub, özü də həmin evdə doğulub, hal-hazırda da anası vəfat etdikdən sonra anasına məxsus miras-əmlakı qəbul edərək ondan istifadə edir, həmin əmlaka qanunsuz yollarla bacısı qızı İddiaçı çıxarış almışdır və onların ordan çıxarılmasını tələb edir. İddia tələbilə razılaşmır və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh X8 iddianı qəbul etməyərək bildirdi ki, həmin ev və torpaq sahəsi onun qaynanası X5 məxsus olub, onar neçə illərdir həmin evdə yaşayır və miras əmlakdan istifadə edirlər və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 vəkili Vəkil2 məhkəməyə elektron qaydada etiraz ərizəsi ilə müraciət edərək, ərizədə göstərmişdi ki, Cavabdeh1 gözdən əlildir, görmə qabiliyyətini tam şəkildə itirib, oxuyub, yazmaq imkanı yoxdur, köməksiz hərəkət etmək və harasa gəlmək imkanı yoxdur. Bu səbəbdən məhkəmənin hazırlıq və əvvəllər keçirilmiş baxış iclası barədə məlumatı və xəbəri olmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbi üzrə əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər aşağıdakı kimidir, iddiaçi Mülki Prosesual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə əsasən iddiaçı öz iddiasını sübut etməlidir. Məhkəmə isə MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına uyğun olaraq qiymət verməlidir, iddia ərizəsinə və iddia ilə bağlı məhkəməyə hansı sübut təqdim olunmasına nəzər salanda görünür ki, iddiaçı ərizəsində qeyd etdiyi hallarla bağlı məhkəməyə iddiaçı heç bir sübut təqdim etməmiş, yalnız formal və həqiqəti əks etdirməyən, bir-biri ilə ziddiyətli olan məlumatlar təqdim etməklə kifayətlənmişdir. Belə ki, iddia ərizəsində qeyd olunur ki, guya cavabdehlər Maral Babayevaya baxmamış və o, onlarla (iddiaçı) ilə birlikdə Siyəzəndə yaşayıb. Guya cavabdeh, özünə başqa yerdə ev tikib həmin mənzili tərk edib və orada yaşamır, guya ona iddiaçının anası, yəni bacısı Seyidbikə İsayeva müvəqqəti həmin evdə yaşamağına sığınacaq kimi icazə verib ki, o öz evini tikib onların evindən çıxacaq. Belə ki, cavabdeh evin tək oğludur, bacısı ərə gedib 1973-cü ildə ata evindən çıxmışdır. Əgər mübahisəli ev Quba Rayonu Mirzəqışlaq kəndindədirsə, onun pasportunda da həmin ünvanda qeydiyyatda olmağı qeyd olunubsa, iddiaçı hansı əsasla məhkəmədə izahat verir ki, onlar Bakı şəhərində yaşayır və mübahisəli mənzildə qeydiyyatda yoxdular, hansı səbəbdən iddiaçı və onların anası ər evində Siyəzəndə yaşayıblar. Əgər bu ev onlara məxsus idisə hansı səbəbdən həmin ev cavabdehlərdə olub və bu qədər müddət ərzində niyə Seyidbikə sağ olanda bu evi tələb etməyib. 2022-ci ildə Seyidbikənin qızı qanunsuz yollarla vərəsəlik əldə edərək iddianı qaldırıb, Hörmətli məhkəmə İddiaçı öz iddia tələbinə dair heç bir sübut təqdim etməmişdir, yəni iddiasında qeyd etdiyi kimi, onun orada deyil, başqa azidə yaşamağı, müvəqqəti özünə ev tikmək üçün anasının guya icazəsi ilə orada yaşamağı və faktiki həmin mənzili nə vaxt tərk etməyi və istifadə hüququnun itirilməsi ilə bağlı hər hansı sənəd təqdim etməmişdir. Bundan başqa mülkiyyətçi kimi torpağa dair hüquqlarının da tam şəkildə onun adına qeydiyyata alınması mübahisəli olduğundan hazırda bununla bağlı məhkəmə araşdırması Sumqayıt Apellyasiya Məhkəməsində davam etdirilir. Bundan əlavə torpağa Çıxarış alsa da, yaşayış sahəsinə dair çıxarış almamışdır ki, bu da bu tipli iddia tələbinə qiymət verilərkən nəzərə alınması mühüm haldır, belə ki, əmlak barəsində tam mülkiyyət hüququ əsasında sərəncam vermək hüququ rəsmi dövlət qeydiyyatına alınmış şəxs bu tələblə məhkəməyə müraciət edə bilər. Bundan əlavə həmin evi yanandan sonra cavabdeh öz vəsaiti hesabına tikib, bu ev daşınmaz əmlakın reyestrində qeydiyyata alınmasa da, bir iqtisadi dəyər kimi faktiki mövcuddur, evi tikib, təmir etdirib və faktiki sahibliyi də onlar edir. Bütün bunlara iddia tələbinə qiymət verilərkən qiymət verilməli olduğunu düşünür. Etirazın dəlilləri kimi məhkəməyə Quba rayonu X10 verdiyi 2 nömrəli, xx.xx.2022-ci il tarixli arayışda göstərir ki, anası Maral Babayevanı xx.xx.2015-ci ildə o yaşadığı baba evində dəfn etdirib və bütün dəfn xərclərini Cavabdeh1 çəkib. Bundan əlavə xx.xx.2022-ci il tarixdə kənd sakinləri qonşular Azər Paşayev, Polad verdiyev, Ağamir Xudaverdiyev, X20 Xəlilov və işçisi Mircavid Məmmədovun tərtib etdiklə aktda qeyd olunur ki, Cavabdeh1 1953-cü ildə doğulduğu və böyüdüyü Quba rayonu Mirzəqışlaq kəndində valideyinlərinə məxsus 0,22 ha torpaq sahəsində olan evdə qeydiyyatda olmaqla yaşayır, eləcə də həmin ev yandığından onunla üzbə-üz ərazidə o 1995-ci ildə yeni ev tikərək ailəsiylə birlikdə həmin evdə hal- hazırda da yaşamaqda davam edir. Bütün bu dəlillər onu göstərir ki, iddiaçının ona qarşı irəli sürdüyü tələb assızdır və qanunun tələbləri baxımından təmin oluna bilməz. Bacısı Seydbikə 73-cü ildə ailə həyatı quraraq həmin mənzildən köçüb getmişdir. Arvadı iş üzrə Cavabdeh2 həmin evə 1971-ci ildən gəlin köçərək ev sahibi anası X2 icazəsi ilə yaşaması və digər cavabdeh oğlu Cavabdeh3 də həmin evdə doğulması və birlikdə yaşaması həmin mənzildən istifadə hüququnun olmasını göstərir. Bütün bunlar onu sübut edir ki, iddia tələbi işin hallarına uyğun tərtib edilməyib, istifadə hüququ olan şəxslərin evdən çıxarılması yalnız mülkiyyətçi tərəfindən müvafiq kompensassiya verilməklə ola bilərdi, iddia tələbində isə onların evdən çıxarılmağı qoyulub, bundan başqa iddiaçının torpaq sahəsinə dair Çıxarış alması özü də mübahisəlidir və bununla bağlı hələ mübahisələri Sumqayıt Apellyasiya Məhkəməsində davam edir. Hesab edir ki, iddia tələbi əsassızdır, iddiaçının evin mülkiyyətçisi olmadığından buna subyektiv hüququ yoxdur. Eyni zamanda əgər subyektiv hüququ olsaydı belə, istifadə hüququ olan şəxsin evdən kompensassiya verilmədən çıxarılmasını tələb etmək əsassız və maddi hüquq normalarının tələblərinə ziddir. Subyektiv hüquq yoxdursa məhkəmə üçün hüquqi dəyərləndirmə bitmiş olmalı və iddia tələbi elə bu əsasla rədd edilməlidir. İş üzrə Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********21 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Mirzəqışlaq kəndində yerləşən 0,22 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İİ 152125 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 xx.xx.2015-ciil tarixində vəfat etmiş, xx.xx.2015-ci il tarixində 44 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 173943 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X7 xx.xx.2021-ci il tarixində vəfat etmiş, xx.xx.2021-ci il tarixində 09 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan A3 ******* seriyalı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı oğlunu xx.xx.1956-cı il tarixində anadan olmuş, xx.xx.1956-cı il tarixində 84 nömrə ilə qeyd edilmişdir İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildə Quba rayonu, Mirzəqışlaq kəndində döğulub və həmin kənddə qeydiyyatdadır. İş materiallarında olan Quba rayon İHB-nın İ Nügədi İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 345 nömrəli arayışından görünür ki, JN 082F, kod 30319038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X6 (vəfat edib), X7(vəfat edib), X12 və İddiaçı qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə kənd sakinləri Azər Paşayev, Polad Verdiyev, Ağamir Xudaverdiyev, X20 Xəlilov və işçisi Mircavid Məmmədovun tərtib etdikləri aktdan görünür ki, Cavabdeh1 1953-cü ildə doğulduğu və böyüdüyü Quba rayonu Mirzəqışlaq kəndində valideyinlərinə məxsus 0,22 ha torpaq sahəsində olan evdə qeydiyyatda olmaqla yaşayır, eləcə də həmin ev yandığından onunla üzbə-üz ərazidə o 1995-ci ildə yeni ev tikərək ailəsiylə birlikdə həmin evdə hal- hazırda da yaşamaqda davam edir. Məhkəmədə müəyyən edildi ki, İddiaçı cavabdehlər Cavabdeh1, X8 və Cavabdeh3 Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Quba rayonu, Mirzəqışlaq kəndində yerləşən 0,22 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması və həmin evin cavabdehlərə məxsus əmlakı ilə birgə boşaldılaraq, ona təhvil verilməsini tələb edir. Lakin ƏMDK-nin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, torpaq sahəsi üzərində yerləşən yaşayış evi çıxarışda öz əksini tapmamışdır. Həmin çıxarışla yalnız 0,22 ha həyəyanı torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: İddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir, ilk növbədə məhkəmə iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququnun olubolmamasını, eləcə də cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını aydınlaşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, Cavabdeh1, X8 və Cavabdeh3 Quba rayonu, Mirzəqışlaq kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,22 ha torpaq sahəsindən çıxarılmalıdırlar. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1, X8 və Cavabdeh3 Quba rayonu, Mirzəqışlaq kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,22 ha torpaq sahəsindən çıxarılsınlar İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1387/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1387/2022
22.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver