Məhkəmə qərarları › İş №2(027)-1388/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1388/2020

11.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1388/2020 11.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkiliNümayəndə,Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə”tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı nümayəndəsi vəkil Nümayəndəiddia ərizəsi ilə müraciət edərək, İddiaçı Cavabdeh məxsus ünvan 1 saylı ünvanına köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının atasıdır. İddiaçı həmin mənzilin pasport qeydiyyatındadır. Cavabdehlə də hər zaman münasibətləri yaxşı olmuşdur. Son dövrlər iddiaçının nikahı pozulduğu üçün həmin evdə yaşamağa başlamışdır. İddiaçının nikahının pozulması qonşular arasında dedi-qoduya səbəb olduğu üçün qonşuların təsiri ilə cavabdeh və iddiaçı arasındakı münasibətlər pisləşmiş, cavabdeh İddiaçı həmin evdə qeydiyyatda olmasına baxmayaraq mübahisəli mənzildən qovmuşdur. Artıq 4 aya yaxındır ki, cavabdeh iddiaçını evdən qovub və indiyədək onu evə buraxmır. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət edir. Bundan başqa iddiaçı - İddiaçı uşaqlıqdan həmin evdə böyüyüb boya-başa çatmışdır. Son dövrlərə qədər ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamış, mənzilə dair bütün hüquq və vəzifələri həyata keçirmişdir. Məhkəmə iclasında İddiaçı vəkil Nümayəndə iddianı müdafiə edərək, iddiaçının ailəsində problemləri qardaşı və atasının yaratdığını, 2020-ci ilin yanvar ayından qardaşı evdə qalmasına icazə vermədiyi üçün mübahisəli evdən çıxdığını, 2005-ci ildə ailə qurduğunu, bir il sonra boşanaraq ata evinə qayıtdığını, 2006-cı ildən 2011-ci ilə kimi mübahisəli evdə yaşadığını, gəlin köçdüyü evdən istifadə və evə köçürmə tələbi ilə məhkəməyə müraciət edən zaman iddiaçının kompensasiya aldığını, həmin aldığı puluda uşağının müalicəsinə xərclədiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının boşandıqdan sonra onun evində bir il yaşadığını, gəlin köçdüyü evdən kompensasiya aldığını, ailə üzvü olaraq özünü yaxşı aparmadığını, iddiaçının öz razılığı ilə evi tərk edərək Bakı şəhərinə işləməyə getdiyini, aralarında olan ailə münasibətlərinin tamamilə pozulduğunu qeyd edtmişdir. Onun qeyd edilən mübahisəli evə köçürüləcəyi təqdirdə qarşısı alınmayacaq faciələrə səbəb olacağını bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçının anası X2 və qardaşı X1 qeyd etmişlər ki, iddiaçı 2005-ci ildə gəlin köçmüş, bir il sonra rəsmi qaydada boşanmışdır. Boşandıqdan sonra mübahisəli evə köçməmişdir. İddiaçının mübahisəli evə köçürüləcəyi təqdirdə qarşısı alınmayacaq faciələrə səbəb olacağı və bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişlər. İş materiallarında olan Quba RPŞ-nin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək döyülməsi barədə məlumat vermişdir. Həmin qərara əsasən, X1, Cavabdeh, Məmmədov Tofiq Möhübbət oğlu və X3 barəsində cinayət işinin başlanılmasının rədd edilməsi, Hüseyn Fərzəliyevin Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə, İddiaçı barəsində isə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X8 adında övladı vardır. İş materiallarında olan evin qeydiyyat vərəqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.1986-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış və evə dair 1986-ci ildə qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri 2000-ci ildən əvvəl yarandığından, hazırki mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında xx xxxx 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. İşdəki sübutlardan görünür ki, mübahisə predmetini təşkil edən yaşayış evinin mülkiyyətçisi Cavabdehdur. İddiaçı həmin evdə böyüyüb boya-başa çatmış və ərə gedərək ər evində yaşamışdır. Ailəli olduğu müddətdə bir oğlan övladı dünyaya gəlmişdir. Bir müddət sonra rəsmi qaydada boşanaraq gəlin köçdüyü evə məhkəməyə qaydasında köçürülmək istəsə də, iddiası kompenssasiya ilə əvəz edilmişdir. Boşandıqdan sonra mübahisəli evə daimi köçməmiş və mübahisəli evin daimi sakini olmamışdır. Şahid ifadələrindən görünür ki, iddiaçı mübahisəli evdə pasport qeydiyyatında olsa belə, halhazırda Bakı şəhərində işləyərək orada yaşayır. Beləliklə, iddiaçı boşandıqdan sonra mübahisəli evə qayıtması, ora daimi olaraq köməsi və mübahisəli evin daimi sakini kimi yaşamasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa, iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa, iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı halda iddaçı mübahisəli mənzilə köçürülməyi xahiş etsə də iddia tələbi həmin evə istifadə hüququnun yaranması ilə əlaqələndirlmədiyindən iddia təmin edilə bilməz. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2,152.3 və 152.4-cü maddələrinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan yaşayış evinə köçürülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan yaşayış evinə köçürülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. Qətnamədən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar