Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1393/2020 06.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh X3rşı “mənzildən istifadə hüquqlarına xitam verilməsinə” dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 məxsus ünvan 1 ünvanından yerləşən mənzilə istifadə hüququna xitam verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Xaçmaz rayonu, 1 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2010-cu il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Quba şəhəri, Tofiq Əhmədov küçəsi 2 saylı binada yerləşən ümumi sahəsi 27,8 kv.m, yaşayış sahəsi 17,5 kv.m, köməkçi sahəsi 10,3 kv.m olan 1 otaqlı, 8 saylı mənzili X8ağa qızından 12000 manata satın almışdır. Bundan sonra həmin mənzilə dair Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən RX seriyalı, ******* nömrəli çıxarış almışdır. Həmin mənzil tam mülkiyyət hüququ ilə özünə məxsusdur. Mənzili satmaq istərkən cavabdehin mənzildə qeydiyyatda olduğu aşkar edilmişdir. O, cavabdehi tanımır. Mənzili alandan cavabdeh həmin mənzildə yaşamamış, ümumiyyətlə qonşuları belə həmin şəxsi tanımırlar. Onunla cavabdeh arasında hər hansı ailə münasibətləri və ya qeyd edilən fərdi yaşayış evindən istifadə hüququnun yaranması üçün notariat qaydada təsdiqlənmiş yazılı razılaşma mövcud deyildir. Cavabdeh həmin evdə formal olaraq qeydiyyatda olmaqla sözügedən evdə yaşamır. Cavabdehin onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalması ona mülkiyyət hüquqlarını həyata keçirməkdə maneə olur, ona görə də məhkəməymə iddia ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi X7 məhkəmə iclasında iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, X9 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaşının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə anadan olmuşdur və o, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2010-cu il tarixli, AN-İ0204636 saylı Daşınmaz Əmlakın Alğı-Satqı müqaviləsinədən görünür ki, Zahidova X2 şəhəri, Tofiq Əhmədov küçəsi 2 saylı binada yerləşən ümumi sahəsi 27,8 kv.m, yaşayış sahəsi 17,5 kv.m, köməkçi sahəsi 10,3 kv.m olan 1 otaqlı, 8 saylı mənzili 12.000 manata İddiaçı satmışdır. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Quba şəhəri, Tofiq Əhmədov küçəsi 2 saylı binada yerləşən ümumi sahəsi 27,8 kv.m, yaşayış sahəsi 17,5 kv.m, köməkçi sahəsi 10,3 kv.m olan 1 otaqlı, 8 saylı mənzil mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Quba şəhər İƏD üzrı nümayəndəliyinin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Quba şəhəri, Tofiq Əhmədov küçəsi 2 saylı binada yerləşən ümumi sahəsi 27,8 kv.m, yaşayış evində İddiaçı və X7 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, X9 ünvan 3 ünvanında yaşamamışdır. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olunmuşdur ki, İddiaçınun xüsusi mülkiyyətində Quba şəhəri, Tofiq Əhmədov küçəsi 2 saylı binada yerləşən ümumi sahəsi 27,8 kv.m, yaşayış sahəsi 17,5 kv.m, köməkçi sahəsi 10,3 kv.m olan 1 otaqdan ibarət fərdi yaşayış evi vardır, həmin mənzili RX seriyalı, ******* qeydiyyat nömrəli çıxarış əsasında onun mülkiyyətindədir və ev iddiaçının adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Buna baxmayaraq cavabdeh X9 həmin evdə faktiki olaraq yaşamasa da, pasport qeydiyyatında qalmışdır. İddiaçı cavabdehin evə qeydiyyatının ləğv edilməsi üçün səy göstərsə də, bu məsələni həll etməyə nail olmamışdır. Buna görə də, məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 2-ci maddəsinə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Məhkəmə həmçinin qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göstərilənlərə əsasən cavabdehlərin qeyd edilən mənzildə qeydiyyatda olmaları heç bir hüquqi nəticə yaratmır, lakin bu hal mülkiyyətçiyə əlavə maneələr yaratdığından hazırki qətnamə cavabdehin qeyd olunan ünvandan pasport qeydiyyatından çıxarılması üçün əsasdır. Məhkəmə hesab edir ki, cavabdeh qeyd olunan mənzildə faktiki olaraq yaşamadığına görə oradan istifadə hüquqlarını itirmişdir. Onun həmin mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur və bu hüquqlarını məhdudlaşdırır. Qeyd olunanlara əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X9 İddiaçı məxsus olan Quba şəhəri, Tofiq Əhmədov küçəsi 2 saylı binada yerləşən ümumi sahəsi 27,8 kv.m, yaşayış sahəsi 17,5 kv.m, köməkçi sahəsi 10,3 kv.m olan 1 otaqlı, 8 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1393/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1393/2020
06.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver