Məhkəmə qərarları › İş №2(027)-1400/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1400/2022

06.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1400/2022 06.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi Ərizəçi və onun vəkili Vəkil, Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vəyəndaşlıq Məsələləri Baş İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən ediıməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı, habelə Azərbaycan Respublikasının Quba rayonunun 1-ci Nügədi kəndində daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək ərizəsində halhazırda vətəndaşlığına dair miqrasiya xidmətinə müraciət edib müvafiq arayış əldə edilməsinə zərurət yarandığını bildirmiş, odur ki, mülki işi baxılmamış saxlamaqla onun ərizəsini və əlavə edilmiş sənədləri geri qaytarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən hazırki işin mahiyyəti üzrə həll olunması tələbi ilə bağlı məhkəmə müraciət edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vəyəndaşlıq Məsələləri Baş İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanmalı və ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vəyəndaşlıq Məsələləri Baş İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən ediıməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətinə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar