Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1403/2022 22.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, cavabdeh X3 iştirakı ilə İddiaçı cavabdeh X4 qarşı “müqavilə üzrə öhdəliklərə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı “müqavilə üzrə öhdəliklərə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla X6 arasında bağlanmış şifahi kredit müqaviləsinin icrası ilə əlaqədar həmin kredit müqaviləsinə xitam verilməsi və X6 qarşısında heç bir öhdəliyinin olmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək tələbini onunla əsaslandırmışdır ki, X1 rayonunda sələmə pul verməklə məşğul olur. Bir çox Quba rayon sakini kimi onun da maddi çətinliyi ilə əlaqədar faizə pul götürməyə ehtiyacı olmuş, X4 müraciət etmişdir. Sonuncu müxtəlif vaxtlarda aylıq 15% ödəmək şərtilə ona pul vermişdir. O da Zahidə Altuxanovanın qarşısında olan öhdəliklərini tam şəkildə icra etmişdir. Lakin Zahidəyə inandığı üçün hər dəfə ona pul ödəyəndə bu ödənişlərlə əlaqədar ondan qəbz tələb etməmişdir. X6 bundan sui-istifadə edərək ona qarşı pul tələbi ilə əlaqədar müxtəlif orqanlara müraciət etmişdir. O, X2 xx.xx.2013-cü il tarixində aldığı 3500 manat, xx.xx.2014-cü il tarixində aldığı 2500 manat məbləğində pulu tam şəkildə qaytarmasına baxmayaraq, Zahidə ondan ümumilikdə 12000 manat məbləğində pul tələb edir. O, X4 aldığı pulları tam olaraq qaytarmış, lakin qəbzlər almamışdır. Zahidə isə bundan suiistifadə edərək ondan pul tələb edir. Bu isə qanunla yol verilməyən əsassız varlanma hesab olunur. X4 hər dəfə pul verəndə onun yanında şahidlər olmuşdur. X7 heç bir borcu yoxdur. Göstərdiklərini nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X6 iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı sonuncunun ehtiyacı olduğu üçün borc olaraq xx.xx.2013-cü il tarixində 3500 manat, xx.xx.2014-cü il tarixində 3000 manat, xx.xx.2014-cü il tarixində 3000 manat, xx.xx.2014cü il tarixində 2500 manat məbləğində pul vermiş, bununla bağlı İddiaçı əlyazma iltizam yazmışdır. İddiaçı borc adı ilə götürdüyü pulu qaytarmamışdır. İddianın əsassız oldğunu qeyd edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: - Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)-3326/2016 nömrəli qətnaməsindən görünür ki, İddiaçı borclu olduğu 12000 manat, gecikdiriİmiş vaxt üçün faiz borcuna görə 1354 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 13384 manat məbləğində pulun alınaraq X4 verilməsi qət edilmişdir. - Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(105)-2464/2017 nömrəli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi “İddiaçı borclu olduğu 12000 manat, gecikdiriİmiş vaxt üçün faiz borcuna görə 1354 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 13384 manat məbləğində pulun alınaraq X4 verilsin” hissəsində dəyişdirilmiş, İddiaçı 6000 manat pul tutularaq X4 verilməsi qət edilmişdir. - Əlyazma iltizamlardan görünür ki, İddiaçı X2 xx.xx.2013-cü il tarixində 3500 manat, xx.xx.2014-cü il tarixində 3000 manat, xx.xx.2014-cü il tarixində 3000 manat, xx.xx.2014cü il tarixində 2500 manat məbləğində pul borc olaraq almış və müəyyən olunmuş tarixlərdə qaytaracağını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 424.1-ci maddəsinə əsasən müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər; 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir; 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Məhkəmə hesab edir ki, iddiaçı şəxs tələbini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, maddi çətindikdən dolayı iddiaçı şəxs cavabdehdən ayrıayrı tarixlərlə borc adı ilə pul götürmüş və əlyazma iltizamda müəyyən edilmiş tarixlərdə qaytaracağını qeyd etmişdir. Mövcud razılaşma ilə əlaqədar tərəflərin arasında hər hansı borc müqaviləsi olmamışdır. İddiaçı götürdüyü pulu cavabdehə qaytardığını iddia etsə də, iş materiallarında bu halı təsdiq edəcək hər hansı qəbz, əlyazma qeydlər və s. yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh X4 qarşı “müqavilə üzrə öhdəliklərə xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X4 qarşı “müqavilə üzrə öhdəliklərə xitam verilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1403/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1403/2022
22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver