Məhkəmə qərarları › İş №2(027)-1405/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1405/2022

26.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1405/2022 26.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu, İddiaçı cavabdehlər Quba rayonunun Güləzi Bələdiyyəsi və Cavabdeh2 qarşı “cavabdehlərin qanunsuz hərəkəti və hərəkətsizliyi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı cavabdehlər Quba rayonunun Güləzi Bələdiyyəsi və Cavabdeh2 qarşı “cavabdehlərin qanunsuz hərəkəti və hərəkətsizliyi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Quba rayonu, “Xırt" birgə təsərrüfatı ilə bağlı qanunsuz hərəkətlərindən çəkinməsi, Cavabdeh1 Quba rayonu “Xırt" birgə təsərrüfatının müraciətlərilə bağlı hərəkətsizliyinə son qoyulması barədə qətnamə qəbul edilməsini, cavabdehin üzərinə "Xırt" birgə təsərrüfatının tanınması barədə öhdəlik qoyulmasını və cavabdehlərin əməllərində cinayət tərkibinin əlamətləri olduğu üçün MPM-nin 265.4-cü maddəsini tətbiq etməklə xüsusi qərardad çıxararaq prokurora xəbər verilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Lakin, iddiaçı cavabdeh olaraq Quba rayonunun Güləzi Bələdiyyəsi və Cavabdeh2 mülki işə cəlb etmiş və bir neçə cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi iddia ərizəsində qeyd etmiş və bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələblərinə riayət etməmişdir. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, ərizə verilərkən Azərbaycan Respublikası MPM-nin149-cu maddəsinin tələblərinə riayət edilmədiyi üçün həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən onun məhkəmə icraatı qeyri-mümkündür. Bu səbəbdən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmaqla iddiaçılara göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı cavabdehlər Quba rayonunun Güləzi Bələdiyyəsi və Cavabdeh2 qarşı “cavabdehlərin qanunsuz hərəkəti və hərəkətsizliyi” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar