Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1415/2020 28.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı3, nümayəndələri və vəkili X3 və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ev və torpaq sahəsindən payların naturada ayrılması tələbinə dairiddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********38-10301 nömrəli Çıxarışa əsasən əsasən Quba rayonu Təngəaltı kəndində 0,20 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 51,40 kv.m olan fərdi yaşayış evindən paylarının naturada ayrılaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndələri X3 iddia tələbini müdafiə edərək göstərdi ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********38-10301 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu Təngəaltı kəndində 0,20 ha torpaq sahəsi və üzərində yerləşən 51,40 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyətlə bizə və cavabdehlərə məxsusdur. Həmin torpaq sahəsində yerləşən ev 2 mərtəbəli 4 otaqdan ibarət yaşayış evi vardır. Həmin yaşayış evində biz Gülçöhrə və Nurcahan yaşayırıq. Cavabdehlərlə bizim aramızda torpaq sahəsiv və evdən istifadə ilə bağlı mübahisələr vardır. Cavabdehlər bizi evdən və torpaq sahəsindən istifadə etməyə qoymurlar. Bu qaydada cavabdehlərə birlikdə evdən və torpaq sahəsindən istifadə etmək mümkün deyildir. Qeyd edilən evin 6/70 hissəsi və torpaq sahəsinin 22/56 hissəsi İddiaçı1, evin 6/70 hissəsi və torpaq sahəsinin 15/56 hissəsi Şəbinə Həkimovaya, evin 6/70 hissəsi və torpaq sahəsinin 15/56 hissəs İddiaçı2 məxsusdur. Evdən və torpaq sahəsindən bizə düşən payı naturada ayırmaq qərarına gəlmişik. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********38-10301 nömrəli Çıxarışa əsasən əsasən Quba rayonu Təngəaltı kəndində 0,20 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 51,40 kv.m olan fərdi yaşayış evindən paylarımızın naturada ayrılaraq verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı2 iddianı müdafiə edərək, iddialarının təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı3 iddianı müdafiə edərək, iddialarının təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddianı qəbul edərək bildirdi ki, iddiaçıların həmin evdə yaşamalarına heç kim maneəçilik göstərmir. Torpaq sahəsinin və evin bölünməsinə etiraz etmir. Qətnamə qəbul edilərkən qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh3 iddianı qəbul etməyərək bildirdi ki, ata-baba evlərinin bölünməsini istəmir. Məhkəmədə cavabdeh Mövlanova Xırdaxaım Məlik qızı iddianı qəbul etməyərək bildirdi, atababa evlərinin bölünməsini istəmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mülki iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclas iştirakçılarını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Quba rayonu, Təngəaltı kəndində yerləşən 0,20 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 51,40 kv.metr olan fərdi yaşayış evi 6/70 hissəsi və torpaq sahəsi 22/56 hissədə İddiaçı1, fərdi yaşayış evi 6/70 hissədə və torpaq sahəsi 15/56 hissədə İddiaçı3, fərdi yaşayış evi 6/70 hissədə və torpaq sahəsi 15/56 hissədə İddiaçı2, fərdi yaşayış evi 13/70 hissədə və torpaq sahəsi 1/56 hissədə Cavabdeh1, fərdi yaşayış evi 13/70 hissədə və torpaq sahəsi 1/56 hissədə Cavabdeh3, fərdi yaşayış evi 13/70 hissədə və torpaq sahəsi 1/56 hissədə Cavabdeh4 və fərdi yaşayış evi 13/70 hissədə və torpaq sahəsi 1/56 hissədə Cavabdeh2 mülkiyyət hüququ əsasında məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Quba rayonu Təngəaltı kəndində 0,20 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 51,40 kv.metr olan **********38-10301 reyestr nömrəli çıxarışda göstərilən fərdi yaşayış evi 6/70 hissəsi və torpaq sahəsi 22/56 hissədə İddiaçı1, fərdi yaşayış evi 6/70 hissədə və torpaq sahəsi 15/56 hissədə İddiaçı3, fərdi yaşayış evi 6/70 hissədə və torpaq sahəsi 15/56 hissədə İddiaçı2, fərdi yaşayış evi 13/70 hissədə və torpaq sahəsi 1/56 hissədə Cavabdeh1, fərdi yaşayış evi 13/70 hissədə və torpaq sahəsi 1/56 hissədə Cavabdeh3, fərdi yaşayış evi 13/70 hissədə və torpaq sahəsi 1/56 hissədə Cavabdeh4 və fərdi yaşayış evi 13/70 hissədə və torpaq sahəsi 1/56 hissədə Cavabdeh2 arasında paylara uyğun naturada ayrılmasını naturada təcrid şəkildə bölünməsinın İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə, mütodik tövsiyyələrə və Məhkəmə X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Beləliklə, məhkəmədə müəyyən edildi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli rəyinə əsasən Quba rayonu, Təngəaltı kəndində yerləşən 0,20 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 51,40 kv.metr olan fərdi yaşayış evinin iddiaçıların paylarına uyğun şəkildə naturada bölünməsi texniki cəhətdən mümkün olmamışdır. Odur ki, məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul edərək, hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********38-10301 nömrəli Çıxarışa əsasən əsasən Quba rayonu Təngəaltı kəndində 0,20 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 51,40 kv.m olan fərdi yaşayış evindən iddiaçıların paylarının naturada ayrılaraq verilməsi barədə tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ev və torpaq sahəsindən payların naturada ayrılması barədə iddia tələbləri təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1415/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1415/2020
28.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver