Məhkəmə qərarları › İş №2(027)-1427/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1427/2020

16.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1427/2020 16.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi Məhkəmə iclas katibi X3 İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Əsgər qızına, Cavabdeh2, Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən Seriya MN ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ əsasında ona məxsus Quba şəhəri, Vaqif küçəsi, dalan 4,ev 5 ünvanından cavabdehlər Cavabdeh1 Əsgər qızının, Cavabdeh2, Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə iddiacı İddiaçı nümayəndəsi X6 iddianı müdafiə edərək göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş cıxarışa əsasən ünvan 2 ünvanı mülkiyyət hüququ əsasında ona məxsusdur. 2020-ci ilin iyul ayında ona məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1 Əsgər qızı, Cavabdeh2, Cavabdeh3 həmin evdə pasport qeydiyyatındadırlar. Cavabdeh1 Əsgər qızını, Cavabdeh2, Cavabdeh3 ümumiyyətlə tanımadığını və ona məxsus olan evə necə qeydiyyata düşdükləri barədə məlumatı yoxdur. Cavabdehlər Cavabdeh1 Əsgər qızının, Cavabdeh2, Cavabdeh3 ona məxsus evdən pasport qeydiyyatından çıxmaları barədə Quba rayon PŞ-nə müraciət etmiş və ona bu barədə məhkəməyə müraciət etməyi izah olunmuşdur. Cavabdehlərin başqa yaşayış yerlərinin olduğu, bir gündə onun evində yaşamadığları, formal olaraq ona məxsus evdə pasport qeydiyyatında olduğlarını və bu səbəbdən öz mülkiyyət hüquqlarını həyata keçirə bilmədiyi barədə məlumat vermişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh1 Əsgər qızının, Cavabdeh2, Cavabdeh3 ona məxsus evdən pasport qeydiyyatından cıxarılması barədə iddia tələbinin təmin olunmasını və qətnamə cıxarmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 Əsgər qızı, Cavabdeh2, Cavabdeh3 qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan bxılmasını mümkün hesab edir. Məhkəmə İddiaçı nümayəndəsi X4 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məçmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan “Çıxarış”ın surətindən müəyyən edilir ki, ünvan 2 ünvanında seriya MN 0005238, Reyestr nömrəsi **********45-10301,qeydiyyat nömrəsi 280607249, xx.xx.2006-cı il tarixdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adınadı. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, X1 şəhəri, Vaqif küçəsi, dalan 4, ev 5 ünvanında 04.08.203-cü ildən qeydiyyatdadır və həmin evə diğər şəxslər də; X5 xx.xx.1969; X8 xx.xx.2004; X9 xx.xx.2002; İddiaçı xx.xx.1930; Cavabdeh1 Əsgər qızı xx.xx.1997; Cavabdeh2 xx.xx.1967; Cavabdeh3 xx.xx.2001 həmin mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər ərazi idarəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 1730 nömrəli arayışından müəyyən edilir ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarının 2-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Deməli, mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə tələbin təmin edilməsi üçün, Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilməlidir. Həmin əsas isə ondan ibarətdir ki, icarədarın ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. «Respublika məhkəmələri tərəfindən mənzil qanunveriçiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli, 2 N-li qərarının 9-cu bəndinə görə belə hallarda məhkəmə şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Həmin qərardan görünür ki, bu sübutlara şəxsin yaşayış yerindən qeydiyyatdan çıxmasını, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməsini, yeni iş yerində mənzillə təmin edilməsini və sair bu kimi halları təsdiq edən sənədlər aid ola bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut etmək üçün ilk növbədə həmin şəxsin qeydiyyatda olduğu mənzili tərk edərkən məhz hansı yaşayış sahəsinə köçməsinin və həmin yaşayış sahəsində hansı hüquqla – mülkiyyətçi kimi, icarədar kimi və yaxud mülkiyyətçi və ya icarədarın ailə üzvü kimi yaşamasının müəyyən edilməsi zəruridir. Şərh edilənləri və cavabdehlər Cavabdeh1 Əsgər qızının, Cavabdeh2, Cavabdeh3 ünvan 2 ünvanında istifadə hüquqlarına xitam verilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiatəminedilsin. Cavabdeh1 Əsgər qızı, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanında istifadə hüquqlarına xitam verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin MİÜMK-na apellyasiya şikayəti vermək olar. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar