Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1441/2021 10.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı «yaşayış sahəsinə köçürülmə tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 qarşı məhkəməyə iddia ərizəsilə müraciət edərək, azyaşlı övladı- 09.07.2016-cı il təvəllüdlü X7 ilə birlikdə, cavabdehin qeydiyyatda olduğu və yaşadığı Quba rayonu, Zərqava kəndində olan yaşayış evinin əşyaları olan otağa köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, bildirdi ki, İddiaçı onun qızıdır, 2014-cü ildə Cavabdeh1la ailə qurub, 2021-ci ildə də nikahları pozulub. E. Məmmədov 2020-ci ilin dekabrın 05-də Aygünü və uşağı gətirib onlara qoyub və çıxıb gedib, həmin vaxtdan Aygün uşaqla birlikdə onun evində yaşayır. Həmçinin qeyd edib ki, təmsil etdiyi şəxsin əmlakı cavabdehlərə məxsus evdə qalıb. M. Xanbutayeva iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia əriazəsini onunla əsaslandırmışdır ki, o, 2014-cü ildə Cavabdeh1la əvvəlcə faktiki, sonra həmin ildə rəsmi nikaha girməklə ailə qurub. Həmin ildən Quba rayonu Zərqova kəndinə, cavabdehin yaşadığı evə gəlin gedib, o vaxtdan etibarən, onu evdən çıxarana qədər, yəni 2019-cu ilədək fasiləsiz olaraq həmin ünvanda yaşayıb. Cavabdeh və onun ailə üzvləri ilə birgə təsərrüfat aparıb. Cavabdehlə birgə nikahdan bir uşağı var. Hal-hazırda özünün və uşağının əşyaları da həmin ünvandadır. Quba Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə aralarındakı nikah pozulmuş, azyaşlı uşağı onun himayəsində saxlanılmış və uşağın saxlanılmas üçün cavabdehdən onun xeyrinə sabit pul məbləğində, cəmi 120 manat aliment tutulması qət edilmişdir. Hazırda tərəflərin apellyasiya şikayəti əsasında həmin işə Sumqayıt Apelyasiya Məhkəməsində baxılır. Cavabdeh evdə yaşamağlarını hər vasitə ilə mümkünsüz edir. Özünün və uşağının təhlükəsizliyini qorumaq üçün müvəqqəti olaraq valideynlərinin yanına getməli olub. Buna baxmayaraq hesab edir ki, ərə gedib ailə üzvü kimi yaşadığı evə köçüb yaşamaq onun və uşağın haqqıdır. Onların bütün əşyaları həmin evdə qalmaqdadır. Ona görə də hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlib. Yaşayış evi xüsusi mülkiyyət olmasa da evdə bütün kommunal şərait vardır. Onun və uşaqlarının da cavabdehlə eyni şərtlər daxilində köçmək istədiyi yaşayış evində yaşamaq hüqüqu təmin olunmalıdır. Göstərilənləri nəzərə alaraq, 09.07.2016-cı il təvəllüdlü X7 ilə birlikdə, cavabdehin qeydiyyatda olduğu və yaşadığı Quba rayonu, Zərqava kəndində olan yaşayış evinin əşyaları olan otağa köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, o iddiaçı A. Məmmədova ilə 2014-cü ildə ailə qurub və 2016-cı ilə qədər mütəmadi atasına məxsus evdə yaşayıb. Sonradan çıxıb gedib, hal-hazırda şəhərdə anasına məxsus dörd otaqlı evdə yaşayır. Onun evi yoxdur. Özü də ailə qurub, atasına məxsus həmin evdən çıxıb, hal-hazırda ailəsi ilə birlikdə qaynatasının evində qalır. E. Məmmədov iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh qismində cəlb edilən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, sözü gedən evi 1989-cu ildə tikib, ev ona məxsusdu. A. Məmmədova 2014-cü ildə gəlin gəlib, bir müddət həmin evdə yaşayıb, lakin sonradan A. Məmmədova ilə oğlu Eminin arasındakı ailədaxili münasibətlər pozulduğunda orda yaşaya bilməyib, çıxıb anasının evinə gedib, həmin vaxtdan da orda yaşayır. A. Məmmədova 2014-cü ildə onun evinə gəlin köçərkən, onların arasında ona məxsus evdə yaşamasına dair heç bir müqavilə olmayıb. Həmin evdə ruhi xəstəlikdən əziyyət çəkən qardaşı və xəstə anası yaşayır. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dinləyib iş mатеriallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlatra məcmu halda qiymət verərək, hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ N-010744 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh1 ilə İddiaçı arasında Quba RİHB-nın Zərqava İƏD-si üzrə nümayəndəliyində 24 dekabr 2014-cü il tarixdə nikah bağlanmış 24 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan AZ-İİİ N-795987 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 09 iyul 2016-cı ildə Quba şəhərində doğulmuş, Şəhadətnamənin “atası” qrafasında Cavabdeh1, “anası” qrafasında İddiaçı yazılıb. İş materiallarında olan Quba RİHB-nın Zərqava İƏD-si üzrə nümayəndəliyindən verilmiş 27.08.2021-ci il tarixli 294 nömrəli arayışdan məlum olur ki, Cavabdeh1 Quba rayonu Zərqava kəndində atası Cavabdeh2 məxsus JN-272 kod 30315018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0.30 ha həyətyanı torpaq sahsində yerləşən 1989-cu ildə tikilən iki otaqlı, bir eyvanlı, bir otaq mətbəxi olan fərdi yaşayış evində yaşayır. İş materiallarında olan Quba rayon Məhkəməsinin iş № 2(027)-87/2021 saylı 03.02.2021-ci il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə Cavabdeh1 ilə İddiaçı arasında Quba RİHB-nın Zərqava İƏD-si üzrə nümayəndəliyində 24 dekabr 2014-cü il tarixdə nikah bağlanmış 24 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, 09 iyul 2016-cı il təvəllüdlü X5 anası- İddiaçı himayəsində saxlanılması və 09 iyul 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 22.11.2019-cu il tarixdən başlayaraq, hər ay 120 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilib. Аzərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Аzərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə görə, hər kəsin mənzil toxunulmazlıq hüququ vardır. “İnsan Hüquqlarının və X4 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mölkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi “R.Аğalarovun şikayəti üzrə Аzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Аzərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, “Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birinə (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Аzərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır”. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmədə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 24 dekabr 2014-cü il tarixdə faktiki nikah qeyd etdirərək ailə qurub və İddiaçı qayınatası Cavabdeh2 məxsus Quba rayonu Zərqava kəndində yerləşən 1989-cu ildə tikilən evə gəlin köçüb, və bir müddət həmin evdə yaşayıb və sonradan çıxıb gedib, Bakı şəhərində anasına məxsus evdə yaşayır. Birgə nikahlarından 09 iyul 2016-cı il təvəllüdlü X7 doğulub. Quba rayon Məhkəməsinin iş № 2(027)-87/2021 saylı 03.02.2021-ci il tarixli qətnaməsi ilə aralarındakı nikahın pozulması, uşağın anasının himayəsində saxlanılması və 09 iyul 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına qədər saxlanılması üçün Cavabdeh1 22.11.2019-cu il tarixdən başlayaraq, hər ay 120 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilib. İddiaçı hal-hazırda anasına məxsus Bakı şəhərində yerləşən evində yaşayır. Buna baxmayaraq iddiaçı əşyalarının mübahisə etdiyi evdə qaldığını və öz azyazlı oğlu ilə birlikdə həmin evdə əşyaları olan otağa köçürülməsini tələb edir. Cavabdeh tərəf isə buna etiraz edərək, iddiaçının o evə gəlin köçərkən orda yaşaması barədə onlarla heç bir müqavilə bağlanmadığını qeyd edir və iddianın rədd edilməsini xahiş edirlər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 ilə aralarında olan ailə münasibətlərinə xitam verildiyindən və Aygün Məmədovanın mabahisə etdiyi evin mülkiyyətçisi Cavabdeh2 ilə hər hansı evə dair razılaşmasının olmaması səbəbindən, İddiaçı Cavabdeh1 qarşı azyaşlı övladı-09.07.2016-cı il təvəllüdlü X7 ilə birlikdə Quba rayonu, Zərqava kəndində olan yaşayış evinin əşyaları olan otağa köçürülməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh1 qarşı azyaşlı övladı-09.07.2016-cı il təvəllüdlü X7 ilə birlikdə Quba rayonu, Zərqava kəndində olan yaşayış evinin əşyaları olan otağa köçürülməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1441/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1441/2021
10.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver