Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1449/2023 23.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs cəlb olunmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004- cü il tarixli, JN-8261N KOD 30301036 saylı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş ‘‘Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Quba şəhəri ərazisindən 0,30 hektar fərdiyaşayış evi tikintisi üçün torpaq sahəsinə MPM-nin 307.2.6-cı maddəsinə əsasən, mülkiyyət hüququ üzrə onun sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2004- cü il tarixli, JN-8261N KOD 30301036 saylı, Azərbaycan Respublikası DT və XK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Quba şəhəri ərazisindən 0,30 hektar fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Hal-hazırda həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq istəyir. Bununla əlaqədar o xx.xx.2021-ci il tarixdə qanunamüvafıq qaydada Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli, **********00 saylı cavab məktubu ilə Çıxarışın verilməsindən imtina edərək bildirmişdir ki, göstərilən Şəhadətnamə ləğv edilmiş DT və XK-nin Quba rayon şöbəsindən təhvil alınmış Şəhadətnamələrin qeydiyyat kitabında qeydiyyata alınmamış, eyni zamanda Ərazi İdarəsinin elektron-məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. O, göstərilən torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin məhkəmə xx.xx.2021-ci il tarixli, 2-1(118)-2160/2021 saylı qərarı ilə 5 saylı Xaçmaz Ərazi İdarəsinin imtina məktubunda göstərilmiş əsaslarla iddia rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(105)-335/2022 saylı qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-2160/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(105)-335/2022 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(105)-335/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Mən həmçinin xx.xx.2004-cü il tarixli, JN-8261N KOD 30301036 saylı, Azərbaycan Respublikası DT və XK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən xüsusi mülkiyyətində olan, Quba şəhəri ərazisindən 0,30 hektar fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində qeydə alınması xahişi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nə müraciət edib. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri PHŞ-nin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********09 saylı məktubu ilə ona bildirilmişdir ki, elektron kadastr məlumat bazasında aparılmış araşdırma zamanı JN-8261N KOD 30301036 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” barədə məlumat aşkar edilməmişdir. Bu səbəbdən Şəhadətnamə ilə ayrılmış torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində qeydə alınması mümkün olmamışdır. Bildirir ki, DT və XK ləğv olunmuşdur və Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə DT və XK ləğv olunduqdan sonra Komitənin səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Bununla əlaqədar olaraq. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon torpaq şöbəsinin arxiv sənədləri də Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmişdir, xx.xx.2004- cü il tarixli, JN-8261N KOD 30301036 saylı, Azərbaycan Respublikası DT və XK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ləğv olunmuş DT və XK-nin Quba rayon şöbəsi tərəfindən şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçirilməməsi bu orqanın səhvidir və burada onun heç bir təqsirim yoxdur. Həmçinin bildirir ki, Quba rayon AİK-nın 1998-ci il üçün iclas protokollarına vətəndaşların adlı siyahıları əlavə olunmamışdır. Yuxarıda göstərilən Şəhadətnamənin ləğv olunmuş DT və XK Quba rayon şöbəsi tərəfindən şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçirilməməsi Şəhadətnamədə göstərilən torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsini qeyri-mümkün edir. Bu halda mənim göstərilən torpaq sahəsinə MPM-nin 307.2.6-cı maddəsinə əsasən, mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı məhkəmə qaydasında təsdiq olunmalıdır Ərizəçi məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, iş maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdıraraq və sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, JN-8261N KOD 30301036 saylı, “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Quba şəhəri ərazisindən fərdi yaşayış evi tikintisi üçün 0,30 hektar torpaq sahəsi Ərizəçi mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli məlumatına əsasən, JN-8261N nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə ayrılmış torpaq sahəsinə aid məlumatların torpaqların elektron kadastr uçotu informasiya sistemində qeydə alınmasına, elektron kadastr məlumat bazasında aşkar edilməmişdir. Bu səbəbdən JN-8261N nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə ayrılmış torpaq sahəsinə aid məlumatların torpaqların elektron kadastr uçotu informasiya sistemində qeydə alınması mümkün olmamışdır. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)- 2160/2021 saylı qərarı ilə iddiaçı Ərizəçi cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarsinə qarş Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən 0.30 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(105)-335/2022 saylı qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-2160/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(105)-335/2022 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(105)-335/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Quba rayon AİK-nın 1998-ci il tarixli, 09 saylı qərarı əsasında JN-8261N KOD 30301036 saylı, “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə Quba şəhəri ərazisindən fərdi yaşayış evi tikintisi üçün 0,30 ha həyətyanı torpaq sahəsinin Ərizəçi verilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi Maraqlı şəxs tərəfindən Şəhadətnamələrin qeydiyyat kitabında qeydiyyata alınmaması və elektron-məlumat bazasında xəritədə öz əksini tapmadığı əsası ilə imtina edilmiş, qeyd edilən imtina üzrə Sumqayıt İnzibati Məhkəməsi mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı dövlət reyestrində müvafiq məlumat və həmin sənədi arxiv məlumatları olmaması əsası ilə Ərizəçi iddiasını təmin etməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin, həmçinin Ali Məhkəmənin qərarları ilə qeyd edilən qərar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Həmin Qərarın 7.1-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıbalınmadığı aydınlaşdırılmalıdır. Göründüyü kimi, torpaq sahəsi ilə bağlı dövlət reyestrində müvafiq məlumat və həmin sənədin arxiv məlumatları olmadığından, beləliklə də, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatının alınması müəyyən olunmadığından, məhkəmə hesab edir ki, Ərizəçi hazırkı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi xx.xx.2004- cü il tarixli, JN-8261N KOD 30301036 saylı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş ‘‘Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Quba şəhəri ərazisindən 0,30 hektar fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinə mülkiyyət hüququ üzrə onun sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1449/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1449/2023
23.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver