Məhkəmə qərarları › İş №2(027)-1453/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1453/2021

30.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1453/2021 30.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi, 3-cü şəxs X9 iştirakı ilə, Ərizəçi, 3-cü şəxs X14 və Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, X14 ilə faktiki nikah münasibətlərindən anadan olmuş qızı-X2 21 aprel 2014-cü il tarixdə, X4 02 fevral 2018-ci il tarixdə Quba rayonu Digah kəndində doğulmaları faktının müəyyən edilməsi, onlara doğum haqqında şəhadətnamə verilərkən, atası qrafasında “Ərizəçi”, anası qrafasında “X14” kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, o, X14 ilə rəsmi nikahı qeyd etdirmədən ailə qurub. X9 şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün aralarında olan nikahı rəsmiləşdirə bilməyiblər. Onların faktiki nikah münasibətlərindən 21 aprel 2014-cü il təvəllüdlü X11 və 02 fevral 2018-ci il təvəllüdlü X12 doğulmuşdur. Uşaqlar ev şəraitində anadan olmuşdur. Faktiki nikah münasibətlərindən doğulmuş uşaqlara doğum haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etsək də, uşaqların anası X9 sənədləri qaydasında olmadığına görə qeydiyyat şöbəsində uşaqların doğumunun qeydə alınmasının mümkün olmadığı bildirilmiş və bununla bağlı rəsmi imtina məktubu verilmişdir, X14 şəxsiyyətini təsdiq edən sənədləri qaydasına salmaq üçün cəhd etsə də, heç bir nəticə əldə edə bilməmişdir. O, 21 aprel 2014-cü il tarixdə və 02 fevral 2018ci il tarixdə X10 doğulmuş Zarina və Aynur adlı uşaqların atasıdır. Uşaqların anası X18 Federasiyası vətəndaşı, özü isə Azərbaycan Respublikasının vətəndaşıdır. Mövcud qanunvericiliyin tələbinə görə Azərbaycan Respublikasının ərazisində doğulmuş və ya valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Lakin uşaqların doğum haqqında şəhadətnamələri olmadığı üçün hal-hazırda Azərbaycan Respublikası vətəndaşlığından irəli gələn heç bir hüquqa malik deyillər. Bununla da bizim faktiki nikah münasibətlərimizdən 21 aprel 2014-cü il tarixdə doğulmuş Zarina və 02 fevral 2018-ci il tarixdə doğulmuş Aynur adlı uşaqlarının milli və beynəlxalq qanunvericiliklə qorunan, doğulduqdan sonra dərhal qeydə alınmaq və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək, habelə, mümkün olduğu dərəcədə, öz valideynlərini tanımaqla bağlı hüquqları pozulur. Göstərilənləri nəzərə alaraq, X14 ilə faktiki nikah münasibətlərindən anadan olmuş qızı-X2 21 aprel 2014-cü il tarixdə, X4 02 fevral 2018-ci il tarixdə Quba rayonu Digah kəndində doğulmaları faktının müəyyən edilməsi, onlara doğum haqqında şəhadətnamə verilərkən, atası qrafasında “Ərizəçi”, anası qrafasında “X14” kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə üçüncü şəxs X14 bildirdi ki, Ərizəçi ilə rəsmi nikah qeyd etdirmədən ailə qurub, və bu evlilikdən iki qız övladı doğulub. X19 21 aprel 2014-cü il tarixdə, digər qızı X4 02 fevral 2018-ci il tarixdə Quba rayonu Digah kəndində doğulub. Uşaqlar ikisi də ev şəratində doğulublar. Özü Rusiya vətəndaşı olduğuna görə səndləri qaydasında deyil, bu səbəbdən uşaqlara doğum haqqında şəhadətnamələri ala bilmirlər. Uşaqların məktəb yaşları çatıb, doğum haqqında şəhadətnamələri olmadığından uşaqları məktəbə göndərə bilmirlər. G.Talıbova təmin olunmasını uşaqların doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X7 bildirdi ki, Ərizəçi onun baldızının oğludu, Gülarə onun yoldaşıdı, iki övladı var Zarina və Aynur. Onlar qeyri-rəsmi ailə qurublar.Həmçinin qeyd etdi ki, uşaqlar ikisi də ev şəraitində anadan olublar. Zarinanın məktəb yaşı çatıb, amma sənədləri qaydasında olmadığına görə uşaq məktəbə gedə bilmirlər. Məhkəmədə şahid X3 bildirdi ki, Ərizəçi onun qaynı oğludu, Gülarə ilə ailə qurandan sonra iki qız övladı olub. Uşaqların döğum şəhadətnamələri olamdığına görə məktəbə gedə bilmirlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs 02.06.2021-ci il tarixli, 137 nömrəli məlumatlarından məlum olur ki, X11 barəsində Maraqlı şəxs doğum haqqında akt qeydi kitabında akt qeydi aşkar olunmamışdı. İş materiallarında olan Maraqlı şəxs 02.06.2021-ci il tarixli, 136 nömrəli məlumatlarından məlum olur ki, X12 barəsində Maraqlı şəxs doğum haqqında akt qeydi kitabında akt qeydi aşkar olunmamışdı. İş materiallarında olan Quba RİHB-nın Xucbala İƏD-si üzrə nümayəndəliyinin 13.04.2021-ci il tarixli aryışından görünür ki, X14 hal-hazırda Quba rayonu Digah kəndində yaşayır. İş materiallarında olan Xİİİ-ЖГ356813 seriyalı və nömrəli döğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1988-ci ildə Quba şəhərində doğulub. İş materiallarında olan İ-ДУ 399125 seriyalı və nömrəli döğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 keçmiş RSFSR-in Kalmıckaya vilayətində doğulub. İş materiallarında olan Quba rayon Digah kənd həkim məntəqəsinin 14.04.2021-ci il tarixli 06 saylı arayışından məlum olur ki, X12 həqiqətən 02.02.2018-ci il tarixində Quba rayonu Digah kəndində anadan olmuşdur. İş materiallarında olan Quba rayon Digah kənd həkim məntəqəsinin 14.04.2021-ci il tarixli 05 saylı arayışından məlum olur ki, X11 həqiqətən 21.04.2014-cü il tarixində Quba rayonu Digah kəndində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 23.04.2021-ci il tarixli arayışından məlum olur ki, X14 “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan AZE ******** seriyalı və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Quba rayonu Digah kəndində qeydiyyatdadır. İş materiallarında olan Maraqlı şəxs 02.06.2021-ci il tarixli, 05Q/-300 nömrəli məktubundan X6 doğum faktının bərpa edilməsi barədə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir Beləliklə məhkəmədə müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirmədən ailə qurub və münasibətlərindən 21.04.2014-cü il tarixdə X11, 02.02.2018-ci il tarixdə X12 21.04.2014-cü il tarixdə X11 doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, Ərizəçi ilə X9 qeyrirəsmi nikahından anadan olmuş 21.04.2014-cü il tarixdə X2, 02.02.2018-ci il tarixdə X4 Quba rayonu, Digah kəndində doğulması faktı, X5 və X8 doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “Ərizəçi” anası qrafasında “X14” qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. X2 21 aprel 2014-cü il tarixdə Quba rayonu, Digah kəndində doğulması faktı müəyyən edilsin. X4 02 fevral 2018-ci il tarixdə Quba rayonu, Digah kəndində doğulması faktı müəyyən edilsin. X11 və X8 doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “Ərizəçi” anası qrafasında “X14” qeyd olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ QUBA RAYON MƏHKƏMƏSİ AZ 4000,Quba şəhəri, Heydər Əliyev prospekti Tel: (02333) 5-62-62, Faks: (02333) 5- 62-63 www.gubacourt.gov.az mailto:contact@gubacourt.gov.azElektron ünvan 14 aprel 2021-ci il 2(027)- 656/2021 Ərizəçı: Ərizəçiqızına Ünvan: Quba rayonu, Qırmizı Qəsəbə, Dağlı küçəsi, ev 29 Maraqlı şəxs: X1 Ünvan: Quba rayonu, Qırmizı Qəsəbə, Dağlı küçəsi, ev 29 Maraqlı şəxs: Maraqlı şəxsnə Ünvan: Quba şəhəri, Fətəlixan küçəsi, 135 Quba Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(027)-656/2021 №-li qətnamə məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamə 01 vərəq Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar