Məhkəmə qərarları › İş №2(027)-1456/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1456/2020

29.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1456/2020 29.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X15 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs1nə qarşı qohumluq faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2007-ci ildə ölmüş X7 xx.xx.2019-cu ildə ölmüş X8nun atası olmaqla qohumluq münasibətində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci ildə Quba şəhərində anadan olmuş, xx.xx.1987-ci ildə X13 ilə ailə qurmuş, birgə nikahdan uşaqları olmamışdır. X8 xx.xx.2019-cu ildə vəfat etmişdir. Ərinin ölümündən sonra ondan qalmış miras əmlakla bağlı vərəsəlik məsələlərini həll edən zaman mərhum əri Eldar Məmmədovun doğum haqqında şəhadətnaməsində atası qrafasının boş olması məlum olmuşdur. Mərhum əri Eldar Məmmədovun valideynlərinin nikahı olmamış, sonuncunun adına doğum haqqında şəhadətnamə verilərkən anası qrafasında X14 qeyd edilmiş, atası qrafası isə boş saxlanılmışdır. Ancaq mərhum əri Eldar Məmmədov atası X12 olmuşdur. Məhrum ərim Eldar Məmmədovun valideynlərinin nikahı olmadığına görə soyadı anasının soyadı olan Məmmədov kimi qeyd edilmişdir. Mərhum əri Eldar Məmmədovun ölüm haqqında şəhadətnaməsində və bütün digər sənədlərində atasının adı Paşa kimi qeyd edilmişdir. Bundan başqa X12 yazdığı vəsiyyətnamə də onu sübut edir ki, mərhum əri Eldar Məmmədov onun oğludur. Hazırda əri və sonuncunun atası X12 öldüyündən ərinin doğum haqqında şəhadətnaməsinin atası qrafasında X2 qeyd edilməsi mümkün deyildir. Bu haqda Maraqlı şəxs1nə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Ona görə də xx.xx.2007-ci ildə ölmüş X7 xx.xx.2019-cu ildə ölmüş mərhum X8nun atası olmaqla, qohumluq faktının müəyyən edilməsi lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə doğulmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X12 xx.xx.2007-ci ildə, X13 xx.xx.2019-cu ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2005-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki,X3 rayonu, Amsar kəndində yerləşən evini və torpaq sahəsini oğlu X10 vəsiyyət etmişdir. İş materiallarında olan Quba RİHB-nın Amsar İƏD üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli 259 nömrəli arayışından görünür ki, xx.xx.2019-cu il tarixdə Quba rayonu, Amsar kəndində vəfat etmiş X13 həqiqətən xx.xx.2007-ci il tarixdə Amsar kəndində vəfat etmiş X7 oğludur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X1 ilə X13 arasında xx.xx.1987-ci ildə nikah bağlanmış, X5 soyadını almışdır. İş materiallarında olan Maraqlı şəxs1 xx.xx.2020-ci il tarixli 423 nömrəli məktubundan görünür ki, Qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi mümkün olmadığından X7 ərizəçinin mərhum həyat yoldaşı X9 atası olması ilə əlaqədar məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2007-ci il tarixdə ölmüş X12 Ərizəçi qayınatası, xx.xx.2019-cu il tarixdə ölmüş X13 həyat yoldaşıdır. İş materiallarında olan sənədlərə nəzər saldıqda görünür ki, Ərizəçi X9 həyat yoldaşıdır. Eldar Məmmədov xx.xx.2019-cu ildə ölmüşdür. Sonuncunun atası Paşa Qurbanov, anası isə Lumu Məmmədovadır. Eyni zamanda işdə olan sənədlərdən görünür ki, valideynlərinin rəsmi nikahı olmadığından Eldarda anasının soyadı olmuşdur. Həmçinin işdə olan vəsiyyətnamədən görünür ki, X12 vəsiyyətnamə üzrə vərəsəsi kimi oğlunu, yəni X11 qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Ərizəçi əri xx.xx.2019-cu ildə ölmüş X9 xx.xx.2007-ci ildə ölmüş X7 oğlu olmaqla qohumluq münasibətində olması faktı iş materialları ilə təsdiq olunduğu üçün, ərizə əsaslıdır və təmin olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2019-cu ildə ölmüş X9 xx.xx.2007-ci ildə ölmüş X7 oğlu olmaqla qohumluq münasibətində olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar