Məhkəmə qərarları › İş №2(027)-1456/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1456/2021

01.10.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1456/2021 01.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ X9 Məmmədovun sədrliyi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair alqı-satqı əqdinin etibarlı hesab edilməsi tələbi barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh Əzizbəyov küçəsi 54 saylı ünvanda yerləşən 1206.7 kvm-dən ibarət qeyri yaşayış binasının altında və ətrafında yerləşən 0.37 ha torpaq sahəsinin ona satmasına dair aralarında bağlanmış 03 may 2005-ci il tarixli alqı-satqı əqdinin etibarlı hesab edilməsinə dair qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun həyat yoldaşı Eldar Hüseynovun yaxın tanışı və dostudur. 2002-ci ilin əvvəllərində Cavabdeh onlara gələrək bildirdi ki, ona təcili 100 000 (bir yüz min) manat pul lazımdır. Həmin vaxt əri X11 Federasiyasında olduğundan, bu barədə ona zəng vurub bildirib, Eldar həmin pulu İmrana borc verməyinə razılıq verib. Bundan sonra ərinin razılığı ilə 100.000 manatı Cavabdeh borc verib. İmran bildirib ki, həmin pulu tez bir zamanda qaytaracağdır. Lakin İmran borc aldığı pulu qaytara bilmədiyindən xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus olan ünvan 1 ünvanda yerləşən 1206.7 kvm-dən ibarət qeyri-yaşayış binasını həmin pulun əvəzi olaraq ona satmaq istəməsini təklif edib. Cavabdeh həmin pulu qaytarması üçün maddi imkanı olmadığını bildiyindən, bu barədə əri Eldar Hüseynova bildirərək onunla razılaşıb. Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus olan ünvan 1 ünvanda yerləşən AR ƏMDK yanında DƏDRX-dan verilmiş ********** qeydiyyat nömrəli, 09.07.2019 qeydiyyat tarixli Çıxarışa əsasən 1206.7 kvm ibarət qeyri-yaşayış binasını ona satması barədə 21 yanvar 2003-cü il tarixdə qəbz yazıb verib və həmin qeyri-yaşayış binasına dair sənədləri ona verərək bildirib ki, yaxın zamanda həmin qeyri-yaşayış binasını ona satmasını notariat kontoruna gələrək rəsmiləşdirəcəkdir. 2005-ci ilin may ayında əri Eldar Hüseynov RF-dən qayıtdıqdan sonra Cavabdehla qeyri-yaşayış obyektinə dair aralarında bağlanmış alqı-satqı müqaviləsini soruşub və həmin qeyri-yaşayış binasına baxış keçirdikdən sonra belə qərara gəlib ki, Cavabdeh 21 yanvar 2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən aldığı 1206.7 kvm-dən ibarət qeyri-yaşayış binasının yerləşdiyi altında və ətrafındakı 0,37 ha torpaq sahəsini də satın alsınlar. Onlar Cavabdeh bu barədə təklif etdikdə o, torpaq sahəsini onlara satmağa razılaşıb və Quba rayon bələdiyyəsinin 29 aprel 2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında aldığı 0,37 ha torpaq sahəsini ona satıb və bu barədə öz aralarında 03 may 2005-ci il tarixdə alqı-satqı əqdi yazaraq imzalayıblar. Cavabdehla belə qərara gəlib ki, hər iki alqı-satqı əqdini tez bir zamanda notariat kontorunda rəsmiləşdirilsin. Cavabdeh onunla razılaşaraq, alqı-satqı əqdlərini yaxın zamanda notariat kontoruna gələrək rəsmiləşdirəcəyinə söz verib. Lakin sonradan Cavabdeh notariat kontoruna gəlmədiyindən həmin alqı-satqı əqdlərini notariat kontorunda təsdiq etdirə bilməyiblər. Bu səbəbdən də, Quba rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X4 özünə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan verilmiş ********** qeydiyyat nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanda yerləşən 1206.7 kvm ibarət qeyri-yaşayış binasını aralarında bağlanmış 03 may 2005-ci il tarixli alqı-satqı əqdinin etibarlı hesab edilməsinə dair qətnamə çıxarmağı məhkəmədən xahiş edib. Quba rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli 2(027)-1741/2020 saylı qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan verilmiş ********** qeydiyyat nömrəli. 09.07.2019 qeydiyyat tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında ünvan 1 ünvanda yerləşən 1206.7 kvm ibarət qeyri-yaşayış binasını satmasına dair aralarında bağlanmış 21 yanvar 2003-cü il tarixli alqı-satqı əqdinin etibarlı hesab edilmişdir. 1206.7 kvm-dən ibarət qeyriyaşavış binasına dair alqı-satqı əqdinin etibarlı hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsini 03 may 2005-ci il tarixdə ona satmasına dair cavabdehlə aralarında bağlanmış alqı-satqı əqdini itirdiyindən, həmin əqdin etibarlı hesab edilməsini iddia ərizəsində göstərə bilməmişdi. Hazırda, cavabdeh X4 1206.7 kvm-dən ibarət qeyri-yaşayış binasının yerləşdiyi 0.37 ha torpaq sahəsini ona satmasına dair aralarında tərtib olunmuş 03 may 2005-ci il tarixli alqı-satqı əqdini tapıb. Qeyd edib ki, qeyri-yaşayış binasının altnda və ətrafındakı torpaq sahəsi 03 may 2005-ci il tarixli alqı-satqı əqdi bağlandığı vaxtdan onun istifadəsindədir və o həmin torpaq sahəsinə dair vergi borclarını ödəyir. Cavabdeh notariat kontoruna gəlmədiyindən həmin alqı-satqı müqaviləsi bu günə kimi notariat kontorunda təsdiq olunmamış qalmışdır. Bu səbəbdən də qanunvericiliyin tələbinə əsasən məhkəməyə müraciət etməli olub. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ünvan 1 ünvanda yerləşən 1206.7 kv-dən ibarət qeyri yaşayış binasının altında və ətrafında yerləşən 0.37 ha torpaq sahəsinin ona satmasına dair aralarında bağlanmış 03 may 2005-ci il tarixli alqı-satqı əqdinin etibarlı hesab edilməsinə dair qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, həqiqətən iddiaçıdan 2002-ci ildə 100 000 manat borc pul almış və sonradan həmin pulu qaytara bilməmişdir. Ona görə də özünə məxsus olan qeyri–yaşayış binasını 2003-cü ildə İddiaçı satmış və bu barədə aralarında yazılı alqısatqı əqdi bağlamışlar. Sonradan qeyri–yaşayış binasının yerləşdiyi 0.37 ha torpaq sahəsinin də satmasına dair aralarında 03 may 2005-ci il tarixli alqı-satqı əqdi bağlanmışdır. Bildirmişdir ki, alqısatqı əqdini rəsmiləşdirmək üçün yaxın zamanda notariusa gələcək. Lakin sonra bir çox səbəblərdən notaiusa gedə bilməmişdir. Göstərilənləri nəzərə alaraq, alqı-satqı əqdinin etibarlı sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X8 bildirdi ki, İmran onun köhnə tanışıdı, ona təcili 100.000 (bir yüz min) manat pul lazım olduğunu demiş, həmin vaxt o, Rusiya Federasiyasında olduğundan evə yoldaşı A. Hüseynovaya zəng edərək Cavabdeh 100 000 manat pulun verilməsi barədə razılığını verib. İ. Bayramov tez bir zamanda pulu qaytaracağını vəd etmiş, lakin vəd verdiyi vaxtda pulu qaytarmamışdı. Özünün, yəni cavabdehin təklifi ilə ona məxsus ünvan 1 ünvanda yerləşən 1206.7 kvm ibarət qeyri yaşayış binasının, sonra da həmin binanın altında və ətrafında yerləşən 0.37 ha torpaq sahəsinin yoldaşı A. Hüseynovaya satmasına dair aralarında əqd bağlanmışdır. Dəfələrlə alqı-satqı əqdinin notariusda rəsmləşdirilməsi barədə cavabdehə bildirilsə də, cavabdeh notariusa gəlmədiyindən A. Hüseynova əqdi rəsmləşdirə bilməyib, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə İddiaçı nümayəndəsi X2, Cavabdeh və şahid X5 dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan, 03 may 2005-ci il tarixli İddiaçı ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ona məxsus Quba şəhəri, Əzizbəyov küçəsi 54 ünvanda yerləşən sahəsi 120.67 kv.metr olan qeyri yaşayış obyektinin altında və ətrafında yerləşən 0.37 ha torpaq sahəsini İddiaçı satmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan verilmiş ********** qeydiyyat nömrəli, 09.07.2019 qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Quba şəhəri, Əzizbəyov küçəsi 54 ünvanda yerləşən 238.5 kv.metr sahəsi olan əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüquqi ilə Cavabdeh məxsusdur. İş materiallarında olan Quba Rayon Məhkəmisinin 30.10.2020-ci il tarixli 2(027)-1741/2020 saylı qətnaməsindən məlum olur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan verilmiş ********** qeydiyyat nömrəli. 09.07.2019 qeydiyyat tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında ünvan 1 ünvanda yerləşən 1206.7 kvm ibarət qeyri-yaşayış binasını satmasına dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 yanvar 2003-cü il tarixli alqı-satqı əqdinin etibarlı hesab edilmişdir. İş materialında olan 26.02.2021-ci il tarixli, 125 nömrəli arayışdan görünür ki, İddiaçı Quba rayonu, Amsar kəndində yaşayır. İş materialında olan Cavabdeh ərizəsindən görünür ki, İddiaçı ona qarşı qaldırdığı iddianı qəbul edir və borcu əvəzinə özünə məxsus Quba şəhəri, Əzizbəyov küçəsi 54 ünvanda yerləşən sahəsi 120.67 kv.metr olan qeyri yaşayış obyektinin altında və ətrafında yerləşən 0.37 ha torpaq sahəsini İddiaçı satması barədə aralarında bağlanmış 03 may 2005-ci il tarixli aıqı-satqı əqdinin etibarlı hesab edilməsinə və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmir. “İ.K.Rəcəbovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2002-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notarial qaydasında təsdiqlənmnəsitələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notarial qaydasında təsdiqlənməsindən boyun qaçırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmə əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: 1) əqdin notarial təsdiqlənməsi; 2) məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; 3) əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlana bilər. Həmin Məcəllənin 329.3-cü maddəsinə görə isə şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlanmaq iradəsi onun rəftarından məlum olur. Məhkəmədə müəyyən edildi ki, tərəflər arasında hüquq münasibəti 2003-cü ildə yaranıb. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılır. Tərəflər arasında hüquq münasibətinin 2003-cü yaranması səbəbindən məhkəmə hesab edir ki, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336.1-ci maddəsi maddi norma kimi tədbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336.1-ci maddəsinə əsasən, əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Şərh edilənləri və tərəflər arasında mübahisəli hüquq münasibətinin 2003-cü ildə yaranmasını, cavabdehin iddia tələbini qəbul etməsini və hüquq münasibətinin yarandığı vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336.1-ci maddəsinin tələbini nəzərə alaraq, məhkəmə X7 məxsus olan ünvan 1 ünvanda yerləşən 1206.7 kv-dən ibarət qeyri yaşayış binasının altında və ətrafında yerləşən 0.37 ha torpaq sahəsinin İddiaçı satmasına dair bağlanmış 03 may 2005-ci il tarixli alqı-satqı əqdinin etibarlı hesab edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. X7 məxsus olan ünvan 1 ünvanda yerləşən sahəsi 1206.7 kv.metr olan qeyri-yaşayış binasının altında və ətarafında yerləşən 0, 37 ha torpaq sahəsinin İddiaçı satılmasına dair bağlanmış 03 may 2005-ci il tarixli alqı-satqı əqdi etibarlı hesab edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin MİÜMK-na apellyasiya şikayəti vermək olar. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar