Məhkəmə qərarları › İş №2(027)-1474/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1474/2021

12.08.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1474/2021 12.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçılar Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, İddiaçı2, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızının və Məmmədova (Yaqubova) Emma Yaqub qızının nümayənədəsi və vəkili X1 iştirakı ilə İddiaçılar Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, İddiaçı2, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızının və Məmmədova (Yaqubova) Emma Yaqub qızının cavabdehlər Cavabdeh1, X20, Cavabdeh3 və üçüncü şəxs AR ƏMDK yanında DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı onlara məxsus torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və DƏDRX-dan çıxarış alınmasına yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçılar Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, İddiaçı2, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızının və Məmmədova (Yaqubova) Emma Yaqub qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN:221 Kod 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X22 əsasən mülkiyyət hüququ əsasında onlar-İddiaçı2, X7, X8, X9 və digər ailə üzvləri X11 Quba rayonu, Aşağı Xuc kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 3,34 ha əkin və bağ sahəsindən ibarət torpaq sahələrinin cavabdehlər-Cavabdeh1, X20 və Cavabdeh3 qanunsuz sahibliyindən geri alınması və həmin torpaq sahəsinə dair adlarına Çıxarışın verilməsi ilə əlaqədar AR ƏMDK yanında DƏDRX 5 saylı Ərazi İdarəsinin əməkdaşlarına ölçmə işlərinin aparılmasına cavabdehlərin yaratdığı maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə onlar-İddiaçı2, X7, X8, X9 və digər ailə üzvləri X11 Quba rayonu, Aşağı Xuc kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 3,34 ha torpaq sahəsi verilmiş və adlarına JN:221 Kod 30327058 sayhlı Torpağa Mülkiyyət Hüququna X24 tərtib olunmuşdur. Həmin torpaq sahəsi bağ və əkin hissədən ibarət olmaqla iki ayrı yerdə yerləşir. Torpaq sahəsi onlara təhkim olunduqdan sonra bir müddət ailəliklə torpaq sahəsindən əkib-becərməklə istifadə etmişlər. 2000-ci ildə Quba rayonu, Aşağı Xuc kəndində yerləşən yaşayış evlərini Cavabdeh3 sataraq daimi yaşamaq üçün Bakı şəhərinə köçüb getmişlər. Həmin vaxtdan Quba rayonu ilə əlaqələri kəsilmişdir. Onlar-Kamalə Yaqubova 19.06.2006-cı il tarixdə, Xalidə Yaqubova 23.06.2009-cu il tarixdə və Emma Yaqubova 03.04.2007-ci il tarixdə ailə quraraq Bakı şəhərində yaşayırlar. Ailə üzvləri, eləcə də torpaq sahəsinin mülkiyyətçilərindən X14 08 yanvar 2012-ci il tarixdə vəfat etmişdir. Torpaq sahəsinin mülkiyyətçilərindən İddiaçı2 da Bakı şəhərində yaşayır. 2019-cu ilin dekabr ayında Cavabdeh3 qardaşı Arzu Qonaqov Bakı şəhərinə yaşadığları evə gələrək 3,34 ha torpaq sahələrini onlara satmağlarını təklif etdi. Lakin onlar həmin torpaq sahələrindən özlərinin istifadə edəcəklərini bildirmişlər və torpaq sahələrini satmaqdan imtina etmişlər. 2021-ci ilin iyun ayında Quba rayonu, Aşağı Xuc kəndində yerləşən torpaq sahələrinə dair adlarına çıxarış almaq istədikdə mülkiyyət hüququ əsasında onlara məxsus əkin və bağ sahəsindən ibarət torpaq sahələrinin kənar şəxslər tərəfindən zəbt olunmasını görmüşlər. Məsələni araşdırdıqda torpaq sahələrinin cavabdehlər Cavabdeh1, X20 və Cavabdeh3 tərəfindən zəbt olunduğu məlum oldu. Cavabdehlər torpaq sahələrinə mütamadi olaraq gəlib-getmədiklərindən istifadə edərək, torpaq sahələrini qanunsuz zəbt etmişlər və qanunsuz olaraq da istifadə edirlər. Onlar cavabdehlərə torpaq sahələrindən çıxmalarını və torpaq sahələrini könüllü olaraq buraxmalarını bildirsələr də, cavabdehlər əllərində heç bir rəsmi sənəd olmadığı halda torpaq sahəsinin onlara məxsus olmasını bildirirlər, onları öz mülkiyyətlırində olan torpaq sahələrinə buraxmayaraq, həmin torpaq sahələrindən istifadə etməklərinə imkan vermirlər və beləliklə də onların həmin torpaq sahələrinə olan mülkiyyət hüquqlarını pozurlar. Cavabdehlərin təqsiri üzündən torpaq sahələrindən istifadə edə bilmirlər. Cavabdehlər torpaq sahələrini könüllü buraxmayaraq, qanunsuz istifadə etməklə qeyd olunan torpaq sahələrinə olan hüquqlarını məhdudlaşdıraraq, onlara həm maddi, həm də mənəvi ziyan vururlar. İddiaçı1 cavabdehlərə torpaq sahələrindən çıxmalarını dedikdə, Cavabdeh1 ona dolayı yolla hədə qorxu gəlmişdir. Bundan başqa torpaq sahələrinə dair adlarına çıxarış almaq üçün DƏDRX-ə ərizə ilə müraciət etmişdir. Ərizəsi əsasında torpaq sahələrinə baxış keçirmək üçün DƏDRX-dən mütəxəssislər gəlsələr də, cavabdehlər mütəxəssislərə ölçmə işlərinin aparılmasına maneələr yaratmışlar. Nəticədə torpaq sahəsində ölçmə işlərinin aparılması mümkün olmamışdır, bu fakt iddia ərizəsinə əlavə olunan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Əİ-nin 01 iyun 2021-ci il tarixli məktubu ilə də təsdiq olunur. Beləliklə də, cavabdehlər X20, Cavabdeh1 və Cavabdeh3 mülkiyyətçilərin torpaq sahələrinə olan mülkiyyət hüquqlarını pozurlar. Cavabdehlərin təqsiri üzündən həmin torpaq sahələrindən istifadə edə bilmirlər. Mülkiyyət hüququ əsasında onlara məxsus 3,34 ha torpaq sahəsinə dair adlarına tərtib olunmuş JN:221 Kod 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X24 naməlum şəraitdə itmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nm 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, Dövlət Aktının təsdiq olunmuş surətini əldə etmişlər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi X2 iddianı müdafiə edərək iddia ərizəsində yazılanalara uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1, X20, Cavabdeh3 və üçüncü şəxs AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər tərəfin fikrini öyrənərək, hazırkı işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndənin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qedyiyyat haqqında ******* №li 14.06.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı2 13 fevral 2006-cı il tarixdən ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qedyiyyat haqqında ******* №li 14.06.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı4 28 iyun 2019-cu il tarixdən Abşeron rayonu, Saray qəsəbə Ərazi Dairəsi, Saray qəsəbəsi yeni məhəllə ünvanda qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qedyiyyat haqqında ******* №li 14.06.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 06 fevral 2020-ci il tarixdən Abşeron rayonu, Saray qəsəbə Ərazi Dairəsi, Saray qəsəbəsi yeni məhəllə ünvanda qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qedyiyyat haqqında ******* №li 14.06.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı3 10 fevral 2006-cı il tarixdən ünvan 3 ünvanda qeydiyyatdadır. İş materiallarında olan JN-221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X18 görünür ki, X14, İddiaçı2, X7, X8 və X5 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə 3,34 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Quba RİHB-nın Xucbala İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 04.05.2021-ci il tarixli, 333 №li arayışından görünür ki, Quba rayon AİKnın 28 oktyabr 1998-ci il tarixli, 13 saylı qərarı ilə verilmiş JN-221 saylı Torpağa mülkiyyət hüququna X24nda texniki səhv olaraq İddiaçı2 əvəzinə İddiaçı2 Sultan qızı, X7 əvəzinə X10 yazılmışdır. İddiaçı2 ilə İddiaçı2 Sultan qızı, Yaqubova Kamalə Yaqub qızı ilə X10 eyni şəxsdir. İş materiallarında olan 02 oktyabr 2020-ci il tarixli, AZ-İİ seriyalı 109139 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X14 08.01.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin X6 ünvanladığı 01.06.2021-ci il tarixli, **********63 №li məktubdan görünür ki, JN-221 nömrəli (kod ********) saylı “Torpağa Mülkiyyət Hüququna X24” göstərilən 3,34 ha torpaq sahəsinin cizgizi elektron məlumat bazasında olan xərtiyə əsasən faktiki istifadə yerindən fərqli ərazidə yerləşir. Faktiki olaraq digər şəxsin istifadəsindədir. Göstərilən çatışmazlıqlar aidiyyatı üzrə aradan qaldırılaraq müraciət olunacağı təqdirdə hüquqların dövlət qeydiyyatına alınamsı məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara qiymət verərək hesab edir ki, işdəki sübutlarla Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 saylı nömrəli ilə JN-221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X24 əsasında X14, İddiaçı2, X7, X8 və X5 mülkiyyətinə Quba rayonu, Aşağı Xuc kəndi ərazisindən 3,34 hektar torpaq sahəsinin verilməsi, iddiaçılar Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, İddiaçı2, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızının və Məmmədova (Yaqubova) Emma Yaqub qızına məxsus 3.34 ha əkin və bağ sahəsindən ibarət torpaq sahəsinin cavabdehlər Cavabdeh1, X20, Cavabdeh3 tərəfindən zəbt olunaraq qeyri-qanuni istifadə olunması sübuta yetirilir. Ona görə də cavabdehlər qanunsuz istifadə etdiyi iddiaçılara məxsus 3,34 ha əkin və bağ sahəsindən ibarət torpaq sahəsindən çıxarılmalı və bununla da həmin iddiaçıların zəbt olunmuş həmin torpaq sahələrinə mülkiyyət hüquqları tam şəkildə bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fizki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X4 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X3 Haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protkollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Məhkəmə hazırkı mübahisə ilə əlaqədar İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin aşağıdakı qərarlarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Məhkəmə «Sporronq və Lonnrot İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus olan torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu qanun normasına görə mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün həmin əmlak şəxsin mülkiyyətində olmalı, bu əmlak başqasının sahibliyində olmalı və başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinə əsasən torpaq sahəsinin özbaşına tutulması torpaq qanunvericiliynin pozulması hesab edilir və bu hərəkəti törətmiş təqsirli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə, iddiaçıların nümayənədəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə sübutların məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia təmin edilməli cavabdehlər Cavabdeh1, X20 və Cavabdeh3 JN:221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X24 əsasında İddiaçılar İddiaçı2, X7, X8, X9 və digər ailə üzvləri X11 Quba rayonu, Aşağı Xuc kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 3,34 ha əkin və bağ sahəsindən ibarət torpaq sahəsi cavabdehlərin qanunsuz sahibliyindən geri alınmalı, həmin torpaq sahəsinə dair iddiaçıların adlarına Çıxarışın verilməsi ilə əlaqədar AR ƏMDK yanında DƏDRX 5 saylı Ərazi İdarəsinin əməkdaşlarına ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak eldən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X12 və Cavabdeh3 JN:221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X24 əsasında iddiaçılar İddiaçı2, X7, X8, X9 və digər ailə üzvləri X11 Quba rayonu, Aşağı Xuc kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 3,34 ha əkin və bağ sahəsindən ibarət torpaq sahəsi qanunsuz sahibliyindən geri alınsın. Həmin torpaq sahəsinə dair iddiaçılar Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, İddiaçı2, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızının və Məmmədova (Yaqubova) Emma Yaqub qızının adlarına Çıxarışın verilməsi ilə əlaqədar AR ƏMDK yanında DƏDRX 5 saylı Ərazi İdarəsinin əməkdaşlarına ölçmə işlərinin aparılmasına cavabdehlər Cavabdeh1, X20, Cavabdeh3 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar