Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-149/2021 18.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi Ruslan Yulchievin və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin mülkiyyətə keçirilməsi, istifadə hüququnun tanınması və alqı-satqı olunması tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onların mülkiyyətinə keçirilməsinə, istifadə hüququnun tanınmasına və alqı- satqı olunmasına dair qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi Ruslan Yulchiev iddia ərizəsini müdafiə edərək bildirdiki, o, İddiaçı həyat yoldaşıdır. 1999-cu ildən 2005-ci ilədək Qusar şəhəri, Şarvili küçəsi, 138 saylı ünvanda yaşayan Cavabdeh məxsus torpaq sahəsini aralarındakı razılaşmaya əsasən istifadə etmişdir. Cavabdeh ona bildirib ki, Quba rayon X8 xx xxxxxx 1999-cu il tarixli, 03 saylı qərarı ilə verilmiş JN 204; kod 30313018 Dövlət Aktında qeyd edilmiş 2,97 ha torpaq sahəsinin 90 sotunu satır, o da onunla razılaşıb, aralarında bağlanmış xx xxxxxx 2005-ci il tarixdə tərtib edilmiş akta əsasən o vaxtkı pul ilə İlə on bir milyon manata, yəni on bir paçka şirvana həmin yeri ondan alıb. Həmin pulu aldığı barədə Cavabdeh öz imzası ilə yazılan ərizəsi də var. Lakin alqı- satqı rəsmiləşdirilməmişdi. Buna kənd sakinləri də şahiddirlər. X14 Federasiyasının vətəndaşı olduğu üçün həmin torpaq sahəsini İddiaçı adına rəsmiləşdirmək istəmişdir. Dəfələrlə bu barədə Cavabdeh deyilsədə, qəsdən boyun qaçırmış, indi isə onu heç yerdə tapa bilmir. Hazırda onun yaşayış yeri barədə dəqiq məlumatı da yoxdur. Onun yaşayış yerinin müəyyən olunması barədə Polis, prokurorluq orqanlırana müraciət olunub. Cavabdeh onlara məktub göndərib ki, tezliklə ona 5000 (beş min) manat verməsəniz, həmin torpağı satacağ. Sizin aidiyyəti orqanlara şikayət etməyiniz əsassızdır. Mənim tanışlarım çoxdur. Cavabdeh Quba rayon məhkəməsinə oların torpaq sahəsindən çıxarılmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. Onlar dəfələrlə Cavabdeh alqı-satqı müqaviləsi bağlanması barədə müraciət etsələrdə, bunu heç bir nəticəsi olmayıb. Bunun müqabilində onlardan pul tələb edir. Göstərilənlərə əsasən Ruslan Yulchiev iddia tələbində göstərilən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onların mülkiyyətinə keçirilməsinə, istifadə hüququnun tanınmasına və alqı- satqı olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirdi ki, Quba rayon X8 xx xxxxxx 1999-cu il tarixli, 03 saylı qərarı ilə verilmiş JN 204; kod 30313018 Dövlət Aktında qeyd edilmiş 2,97 ha torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsusdur. Həqiqətən həmin torpaq sahəsindən Ruslan Yulchievlə razılaşaraq, 0.90 ha torpaq sahəsini on bir milyon (on bir paçka şirvana) manata satıb. Lakin buna baxmayaraq torpağın satılması barədə heç bir sənədə imza atmamışdır və ərizədəki imza ekspertiza rəyinə baxmayaraq ona məxsus deyil. Ruslan Yulchiev həmin puldan ona altı milyon manatını verib, beş milyon manatı isə hələ də qalıb. Dəfələrlə özü həyətlərinə gedib pulunu istəyib, amma heç bir nəticəsi olmayıb. Hətta həmin torpaqda qələm əkiblər, həmin qələmləri çıxarıb atıblarki, pulun qalan hissəsini də verdikdən sonra əkib becərə bilər. Həmçinin cavabdeh qeyd edib ki, həmin mülkiyyət sənədində onun ailə üzvlərinin də payı var. X10 beş milyon manatı indiki məzənnə ilə beş min manat versə özü və həmin torpaqda payı olan ailə üzvləri notariusa gedib alqı-satqı müqaviləsinə imza atacaq. O heç bir yerə də getməyib, öz evində yaşayır. Göstərilənləri nəzərə alaraq ona qarşı verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi Ruslan Yulchievi və Cavabdeh dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Quba rayon X8 xx xxxxxx 1999-cu il tarixli, 03 saylı qərarı ilə verilmiş JN 204; kod 30313018 Dövlət Aktında qeyd edilmiş 2,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh və onun digər ailə üzvlərinə əmlak payı kimi xüsusi mülkiyyətə verilib. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin RX seriyalı ******* saylı reyestr nömrəsi **********19, qeydiyyat nömrəsi **********, xx.xx.2013-cü il tarixli çıxarışının surətindən görünürki, Quba rayon Hacıhüseynli kəndində yerləşən 0.9052 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin Xaçmaz Ərazi idarəsi tərəfindən verilmiş 13.2.2013-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünürki, Quba rayonu Hacıhüseynli kəndi ərazisində ümumi sahəsi 0,9052 ha olan həyətyanı torpaq sahəsi Cavabdeh məxsusdur. İş materiallarında olan Quba RİHB-nın Hacıhüseynli kənd İƏD-si üzrə nümayəndəliyinin verdiyi arayışdan görünürki, Yulchieva X1 yaşayır. İş materiallarında olan Quba RİHB-nın Hacıhüseynli kənd İƏD-si üzrə nümayəndəliyinin verdiyi arayışdan görünürki, X6 kəndində yaşayır. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünürki, Yulchieva X1 qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 664514 seriyalı Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünürki, X7 ilə İddiaçı arasında xx.xx.2011- ci il də nikah bağlanmış və 175 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il Hacıhüseynli kəndində kənd sakinləri tərəfindən tərtib olunmuş və imzalarıla təsdiq olunmuş aktdan görünür ki, Yulchieva Ruslan Cavabdeh və ailə üzvlərinə məxsus 0.90 ha torpaq sahəsinin dəyərini ödəməklə ondan almış, lakin həmin akt Hacıhüseynli bələdiyyəsi tərəfindən təsdiq edilməmişdir. İş materiallarında olan Cavabdeh ilə Yulchieva Ruslan arasında əlyazma ərizədən görünür ki, Cavabdeh açıq sahəni X2 və əvəzində pulun hamısını alıb. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 4/788 saylı ekspert rəyində göstərirki, ekspertizaya təqdim edilmiş, mülki işin 42-ci vərəqəsində “X4 hacıhüseynli" sözləri ilə başlayıb, “...Cavabdeh.” sözləri ilə bitən 2006-cı il tarixli qəbzdəki yazılar (“xx.xx.2006” tarix göstəricisindəki “3” və “6” rəqəmlərindən başqa) həmin qəbzdə “İmza” yazısı qarşısındakı imza və “Cavabdeh” yazılarından aşağıdakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmədə müəyyən edildi ki, Quba rayonu Hacıhüseynli kəndində yerləşən 0,9052 ha torpaq sahəsi xüsusi mülkiyyət olmaqla ümumi birgə mülkiyyət olmaqla beş nəfərə məxsusdur. Belə ki, sübuetmə yükü baxımından iddiaçı İddiaçı məhkəməyə müraciət edərək, 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onların mülkiyyətinə keçirilməsinə, istifadə hüququnun tanınmasına və alqı- satqı olunmasını tələb etsədə, istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, iddiaçının iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onların mülkiyyətinə keçirilməsinə, istifadə hüququnun tanınmasına və alqı- satqı olunması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-149/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-149/2021
18.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver