Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1499/2023 28.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, onun səlahiyyətli nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa və məcburi buraxılmış günlər üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı işə bərpa və məcburi buraxılmış günlər üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon İcra Hakimiyyət Başçısının 03 aprel 2023-cü il tarxili 19 saylı Əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa olunmağı və məcburi buraxılmış iş günləri üçün onun əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı ərizəsini onunla əsaslandırmışdır ki, o-İddiaçı 2014-cü ildən Cavabdehndə aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhtçi-psixoloqu vəzifəsində işləmişdir. 03 aprel 2023-cü 11 tarixdə rayon İcra Hakimiyyətinin Başçısı güya onun işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunmağı barədə 19 saylı Əmr imzalamış və əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra onun şikayət edəcəyini bildiklərindən, ona bildirdilər ki, ürəyin istəyirsə könüllü işdən getməyi barədə ərizə yazsın və o, da, əmək tarixçəsinin korlanmaması üçün məcbur olaraq, işdən könüllü getməyi barədə ərizə verdi. Qeyd etmək isytəyir ki, rayon İcra Hakimiyəəti Başçısının bir gündə iki əmr imzalaması özü-özlüyündə göstərir ki, onun işdən azad olunmağında AR Əmək Məcəlləsinin tələbləri tam şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya msruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Qeyd edilən maddənin 3-cü bəndində qeyd edilən hallar ona aid deyildir və buna görə də, işə götürən onu əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsinə əsasən həmin günü əmr verə bilməzdi. Yəni o, ümumi qaydada xəbərdarlıq müddəti bitənədək, vəzifəsini icra etməli idi. Ona bu imkan yaradılmadığından, o yenidən 03 aprel 2023-cü il tarixli 19 saylı əmrin ləğv edilməsi və könüllü işdən getməyi barədə İmzaladığı ərizənin etibarsız hesab edilməsi barədə ərizə vermişdir. Qanunun tələbinə görə Rayon İcra Hakimiyyətinin Başçısı yuxarıda qeyd edilən pozuntuları rəhbər tutaraq, onu işinə qaytarmalı idi. Əvvəlki işinə bərpa edilməyi üçün ilkin olaraq, Quba rayon İcra Şöbəsinə təklif ilə, sonra isə Qusar 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. 12 iyun 2023-cü il tarixdə keçirilmiş mediasiya prossesinə cavabdeh tərəfin nümayəndəsi gəlməmiş, bu səbəbdən də mübahisə barədə heç bir razılıq əldə olunmamışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış və ödəniş qəbzi əlavə olunur. Hesab edir ki, onun tutduğu vəzifədən azad edilməyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulması ilə müşayət edildiyindən, o, məhkəmə qətnaməsinə əsasən öz işinə qaytarılmalı və buraxdığı aylar üçün onun əmək haqqı ödənilməlidir. İş üzrə Cavabdeh iddiaya etiraz təqdim edərək, etirazı onunla əsaslandırılmışdır ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.10-cu bəndinə əsasən yerli icra hakimiyyəti başçısının aparatında işləyən dövlət qulluqçularının qulluqkeçmə qaydası “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. İddiaçı 03 aprel 2023-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısına ərizə ilə müraciət edərək, onun həmin tarixdən tutduğu vəzifədən azad edilməsi barədə əmr verilməsini xahiş etmişdir. Qeyd olunan ərizəyə əsasən (yəni dövlət qulluqçusunun öz arzusu ilə) İddiaçı Quba RİHB-nin 03 aprel 2023-cü il tarixli, 19 saylı əmri ilə tutduğu vəzifədən azad edilməklə, dövlət qulluğuna və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilə bilər. İddiaçı iddia tələbini Əmək Məcəlləsinin 69-cu maddəsi ilə əsaslandırmağa çalışmışdır ki, o, işdən azad olunması barədə ərizə versə də, sonradan həmin ərizəsinin etibarsız hesab edilməsi barədə Rayon icra Hakimiyyətinə müraciət etdiyindən o, əvvəlki işinə qayıtmalı idi. Hesab edir ki, iddiaçının bu tələbi əsassızdır. Belə ki, dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu şamil edilir və yalnız bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Dövlət qulluqçusunun işə qəbul edilməsi və işdən azad olunması qaydaları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləndiyindən, hazırki iddia tələbi (mülki iş) üzrə Əmək Məcəlləsinin normalarının tətbiq edilməsi yol verilməzdir. Həmçinin, İddiaçı fəaliyyət qabiliyyəti və müstəqil qərar vermə bacarığı olan bir şəxs kimi təqdim etdiyi ərizənin nədən ibarət olduğunu və onun hansı nəticələr verəcəyini əvvəlcədən dərk etmə bacarığına malikdir. Təsir altında qalaraq ərizə verməsi iddiaçının şəxsi mülahizəsidir. Bununla əlaqədar o, həmin vaxt (ərizə verməzdən əvvəl) müvafiq orqanlara müraciət edə bilərdi, lakin belə bir fakt mövcud deyildir. Qeyd olunanlara əsasən, İddiaçı Cavabdehnə qarşı iddiasını əsassız hesab edərək, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, dövlət qulluğu imtahanında yüksək göstəriciləri olmuşdur. Magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. Buna görə müəyyən vəzifələrə iddialı olmuş, lakin ona qarşı işlədiyi rəhbərlik tərəfindən qərəzli münasibət göstərilib. Boş rəhbər vəzifə ştatı olub. Rəhbər vəzifəyə təyin olunmağı barədə rəsmi müraciəti olmayıb. İradını bildirmişdir ki, ondan sonra gələn işçilər aşağı göstəricilərlə vəzifələrə təyin olunublar. Rəhbərlik kollektivin içində onu nüfuzdan salmağa çalışıb. İclasdan sonra icra başçısı ona işdən çıxması ilə bağlı ərizə verməsini təklif edib, o isə ərizə yazmamışdır. Sonra barəsində akt tərtib etmişdir. O, bir tərəfli izahat yazmış, akta imza etməmişdir. Bülleten almışdır. Əmək Məccəlləsinin 69.3-cü maddəsinin tələbi pozulub. İşdən çıxma ərizəsi yazmamışdır. Əmrin nüsxəsinin onda olmasını bilməmişlər. Ona görə də iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, iddiaçı onun oğludur. Oğlu Elşadı icra başçısı qərəzli olaraq işdən çıxarmışdır. Oğlu heç bir etik qaydanı pozmayıb. Boş rəhbər vəzifəyə 2 il stajı olan şəxsi təyin ediblər. Hansı ki, oğlu 9 ildir ki, Cavabdehndə qüsursuz işləyib. Oğlunun işdən çıxarılma əmri veriləndən 2 saat sonra deyiblər ki, ərizə versin, töhməti götürüblər, fəaliyyəti müsbət qiymətləndiriblər. Həmin günü oğlu bülletendə olub və bülleteni təzyiq edib ləğv etdiriblər. İddianın təmin edilməsini xahiş edir. İş üzrə Cavabdeh nümayəndəsi məhkəməyə ərizə göndərərək, mülki işə iştirakları olmadan baxılaraq, etirazda qeyd olunanlara uyğun qərar verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh Başçısının 03 aprel 2023-cü il tarixli əmrindən görünür ki, aparıcı-məsləhətçi –Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi –psixoloqu İddiaçı dövlət qulluğundan azad edilməklə, “Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir. İş materiallarında olan Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli, 19 nömrəli əmrin surətindən görünür ki, rayon İcra Hakimiyyəti başçısı aparatının məsləhətçisi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu İddiaçı 03 aprel 2023-cü il tarixdən öz arzusu ilə tutduğu vəzifədən azad edilməklə dövlət qulluğuna və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, İddiaçı Cavabdehndə aparıcı məsləhətçi- Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhtçi-psixoloqu vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixli, 19 saylı əmri ilə İddiaçı öz arzusu ilə tutduğu vəzifədən azad edilməklə dövlət qulluğuna və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı iddia ərizəsində göstərdiyi kimi onun məcburiyət qarşısında qalaraq işdən çıxma barədə ərizə yazmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin b bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əsas hüquqları vardır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının 03 aprel 2023-cü tarixli 19 nömrəli əmrlə öz arzusu ilə tutduğu vəzifədən azad edilməklə dövlət qulluğuna və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Cavabdeh Başçısının əmri qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən:
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməməli, İddiaçı Cavabdehnə qarşı işə bərpa və məcburi buraxılmış günlər üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdehnə qarşı işə bərpa və məcburi buraxılmış günlər üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Vüqar Seyidov