Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1503/2022 03.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin vəfat etmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 17 dekabr 2000-ci il tarixdə Quba rayonu Qəcər- Zeyid kəndində anadan olmuş, övladı X3 03 aprel 2022-cı il tarixdə Quba rayonu Qəcər-Zeyid kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X7 onun övladıdır. X13 17 dekabr 2000-ci il tarixdə Quba rayonu, Qəcər-Zeyid kəndində doğulmuş, orta təhsilini kənd məktəbində almışdır. Gülnarə nevroz xəstəsi olmuş, son iki il nevroz diaqnozu ilə müalicə almışdır. Anasının ölümündən sonra dəfələrlə Gülnarənin vəziyyəti pisləşmiş, onu huşsuz vəziyyətdə aşkarlamışdılar. X14 03 aprel 2022-ci il tarixdə yaşadığı Quba ravonu, Qəcər-Zeyid kəndində vəfat etmiş, qohumları və qonşuların iştirakı ilə Quba rayonu, Qəcər-Zeyid kənd qəbiristanlığında dəfn olunmuşdur. Qızının 03 aprel 2022-ci il tarixdə Quba rayonu, Qəcər-Zeyid kəndində vəfat etməsi və həmin kənddə dəfn olunması ərizəyə əlavə olunan şahidlərin iştirakı ilə tərtib edilmiş Akt ilə də təsdiq olunur. Qeyd edir ki, maddi imkanı olmadığından Gülnarə üçün məzar daşı qoyulmamışdır. Lakin məzarı Qəcər- Zeyid kənd qəbiristanlığında yerləşir. X9 ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət edib, Maraqlı şəxs 29 aprel 2022-ci il tarixli 05/ Q-222 saylı məktubu ilə X3 ölümünün qeydə alınması qeyri-mümkün olduğu izah olunmuş, məhkəməyə müraciət edərək məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyyə olunmuşdur. Ona görə də qanunvericiliyin tələbinə əsasən övladı X3 03 aprel 2022-ci il tarixdə Quba rayonu, Qəcər-Zeyid kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X2 bildirdi ki, Ərizəçi onun qonşusudu, 3 qız övladı olub, onlardan ikisi dünyasını dəyişib. X5 bu il aprel ayında vəfat edib, dəfnində qohumlar, qonşular iştirak edib, Qəcər- Zeyid kənd qəbiristanlığında dəfn olunub. Məhkəmə Ərizəçi, şahid X1 dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 177 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan məlum olur ki, Quba rayonu üzrə xx.xx.2022xx.xx.2022-ci illərdə ölüm haqqında akt qeydlərində X5 barəsində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında akt qeydləri kitabına əsasən arayışdan məlum olur ki, X5 17 dekabr 2000-ci il tarixdə Quba rayonu Qəcər-Zeyid kəndində anadan olmuş, xx.xx.2001-ci ildə 07 nömrə ilə qeydiyyata alınıb, atası Ərizəçi, anası X8 qeyd olunub. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q-222 nömrəli məktubundan görünür ki, X5 barəsində ölüm haqqında akt qeydi aşkarlanmamışdır və məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi xx.xx.1957-ci ildə Quba rayonu Qəcər-Zeyid kəndində doğulub, Quba rayonu, Qəcər-Zeyid kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmədə iş üzrə toplanmış sübutlara əsasən müəyyən edildi ki, X4 rayonu, İİ Nügədi kəndində anadan olmuş, lakin onun vəfat etməsi ilə bağlı ölüm haqqında akt qeydlərində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, 17 dekabr 2000-ci il tarixdə Quba rayonu, Qəcər-Zeyid kəndində anadan olmuş X3 03 aprel 2022-ci il tarixdə Quba rayonu, Qəcər-Zeyid kəndində vəfat etməsi faktı tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. 17 dekabr 2000-ci il tarixdə Quba rayonu, Qəcər-Zeyid kəndində anadan olmuş X3 03 aprel 2022-ci il tarixdə Quba rayonu, Qəcər-Zeyid kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1503/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1503/2022
03.08.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver