Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1509/2022 30.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Mikayılovna, Cavabdeh5, Cavabdeh6 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 və Cavabdeh5 ilə aralarında bağlanılmış 02 mart 2001-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 2000-ci il 24 vefral tarixli 02 saylı qəran ilə Quba rayon Qəzər-Zeyid kənd sakinləri Cavabdeh2 və Cavabdeh5 (ailə üzvlərinə) torpağa mülkiyyət hüququna dair JN-055 kod 30304058 və İN-0056 kod 30304058 nömrəli 03 avqust 2000-ci il tarixli Dövlət Aktlarına əsasən müvafiq olaraq 0.64 ha və 0.43 ha torpaq sahələri mülkiyyətlərinə verilmişdir. Cavabdehlər Türkiyə Respublikasına köçmək istədiklərindən mülkiyyətində olan torpac sahələrini satmaq niyyətlərinin olduğunu bildirmişlər. Torpaq sahəsini almağa razılıc vermiş və aramızda 02 mart 2001-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır Müqaviləyə əsasən iki şahidin iştirakları ilə torpaq sahəsinin dəyərini 1070 (bir min yetmiş) manat məbləğində pulu ödəməklə Dövlət Aktlrındakı koordinatlarla torpac sahəsini təhvil alaraq 22 ildir ki, istifadə etməklə sahiblik edir. Müqavilənin 3.1.2 maddəsinə əsasən həmin şəxslər, Quba rayon 2 saylı Dövlət Notariat Kontoruna ərizə müraciət edərək Qəcər-Zeyid kəndində yerləşən Dövlət Aktları ilə mülkiyyətlərində olan torpaq sahələrinin satılmasına razılaşdıqları və gələcəkdə də bu haqda etirazlarının və iddialarının olmayacaqlarını bildirmişlər. Bir müddət keçdikdən sonra aralarındakı müqaviləyə əsasən torpaq sahəsi ilə bağlı notariat qaydasında alqı-satqı müqaviləsini bağlamaq məqsədilə cavabdehlərə müraciət etmək istədikdə məlum olub ki onlar Azərbaycan Respublikası vətəndaşlığından çıxaraq Türkiyə Respublikasına köçüb getmişlər. Hazırda harada yaşamaları barədə məlumatım yoxdur. Bu səbəbdən Müqaviləni notariat kontorunda təsdiq etdirmək mümkün olmamışdır. Ona görə də aralarında da bağlanılmış müqavilənin etibarlı hesab edilməsi üçün məkəməyə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh5 nal oğluna - ailə üzvlərinə torpağa mülkiyyət hüququna dair JN-055 kod 30304058 və 0056 kod 30304058 nömrəli 03 avqust 2000-ci il tarixli Dövlət Aktlarına əsasən müvafiq olaraq 0.64 ha və 0.43 ha torpaq sahələri barədə cavabdehlərlə aralarında bağlanmış alqı-satqı müqaviləsi məhkəmə qaydasında tanınmalıdır. Məhkəmə iclasında İddiaçı qız iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh5 ilə aralarında bağlanılmış 02 mart 2001-ci il tarixli alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddiasının təmin olunmasını və iddia tələbinə qiyabi icraat qaydasında baxılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Mikayılovna, Cavabdeh5, Cavabdeh6 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehlərin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - torpağa mülkiyyət hüququna dair JN-055 kod 30304058 saylı dövlət aktından görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 02 saylı qərarı ilə Cavabdeh2, X2, Cavabdeh4 Mikaylovnaya Quba rayonu, Qəcər-Zeyid kəndi ərazisindən 0,64 ha torpaq sahəsi verilmişdir. - torpağa mülkiyyət hüququna dair JN-056 kod 30304058 saylı dövlət aktından görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 02 saylı qərarı ilə Cavabdeh5, Cavabdeh6 Quba rayonu, Qəcər-Zeyid kəndi ərazisindən 0,43 ha torpaq sahəsi verilmişdir. - 2 saylı notariat kontoruna verilmiş ərizələrdən görünür ki, Cavabdeh2 və Cavabdeh5 Quba rayonu, Qəcər-Zeyid kəndi ərazisində yerləşən 0,64 ha və 0,43 ha torpaq sahəsinin satılmasına etirazın olmadığı qeyd etmişlər. - 02 mart 2001-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh2 və Cavabdeh5 ilə aralarında olan razılığa əsasən, sonuncular özlərinə məxsus Quba rayonu, Qəcər- Zeyid kəndi ərazisində yerləşən 0,64 ha və 0,43 ha torpaq sahələrini İddiaçı satmışlar. Məhkəmədə şahid Nümayəndə bildirmişdir ki, İddiaçı cavabdehlər ilə razılaşaraq alqı-satqı müqaviləsi tərtib etmişlər. Məhkəmə hesab edir ki, tərəflər arasında alqı-satqı müqaviləsi 02 mart 2001-ci il tarixdə imzalandığına və tərəflər arasında həmin münasibərlər 2001-ci ildə yarandığına görə hazırkı mübahisə üzrə işin həlli zamanı həmin dövrdə qüvvədə olmuş qanunvericilik norması tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin dövrdə - xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Göründüyü kimi, tərəflərdən biri – hazırkı iş üzrə iddiaçı notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etmiş, yəni alqı-satqı predmeti olan torpaq sahəsi üçün razılaşdırılmış məbləği ödəmiş, digər tərəf, yəni hazırkı iş üzrə cavabdehlər isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırmışlar. Ona görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Mikayılovna, Cavabdeh5, Cavabdeh6 məxsus olan torpağa mülkiyyət hüququna dair JN-055 kod 30304058 və JN-0056 kod 30304058 nömrəli dövlət aktlarına əsasən 0,64 ha və 0,43 ha torpaq sahələri barədə öz aralarında, öz razılıqları ilə alqı-satqı müqaviləsi tərtib edərək 02 mart 2001-ci il tarixdə İddiaçı satmışlar. Sonra cavabdehlər həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsini notarial qaydada rəsmiləşdirməkdən boyun qaçırdıqlarına görə iddiaçı məhkəməyə müraciət edərək cavabdehlərlə aralarında bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh5 arasında 02 mart 2001-ci il tarixdə Quba rayonu, Qəcər- Zeyid kəndi ərazisində yerləşən 0,64 ha və 0,43 ha torpaq sahələrinə dair bağlanmış alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh5 arasında 02 mart 2001-ci il tarixdə Quba rayonu, Qəcər-Zeyid kəndi ərazisində yerləşən 0,64 ha və 0,43 ha torpaq sahələrinə dair bağlanmış alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamədən, onun alındığı və ya təqdim edildiyi vaxtdan 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1509/2022
Quba Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(027)-1509/2022
30.06.2022 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver