Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1513/2020 30.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi, onun etibarnamə əsasında nümayəndəsi və vəkili X23 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba Regional “ASAN Xidmət” X9rşı «mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və » tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx xxxxxxxx 1994-cü ildə vəfat etmiş X1 qalmış mirasın (Quba rayonu İqriq kəndində yerləşən 0,19 ha torpaq sahəsi və üzərində 1944-cü ildə tikilmiş fərdi yaşayış evi) qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti gecikdirməsi səbəbi üzürlü sayılaraq uzadılması, xx xxxxxxxx 1994-cü ildə vəfat etmiş X1 qalmış mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1965-ci ildə anadan olmuşdur. Atası Abbasov Söhrab Abasəli oğlu, anası X18r. Atası xx xxxxxx 1939-cu il təvəllüdlü Abbasov Söhrab Abbasəli oğlu ilə anası xx xxxxxxx 1947-ci il təvəllüdlü X27 xx xxxxxx 1964-cü ildə ailə qurmuşlar. X11 X2nun tək uşağı olmuş, xx xxxxxx 1996-ci ildə ölmüşdür. X2 xx xxxx 1916-cı ildə doğulmuş, xx xxx 1946-cı ildə X19 ilə ailə qurmuşdur. Quba rayonu İqriq kəndində yerləşən 0,19 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamışdır. X4 xx xxxxxx 2004-cü ildə, X2 isə xx xxxxxxxx 1994-cü ildə ölmüşdür. O, hələ babası sağ olandan ona məxsus evdə yaşamışdır. Hətta babası ölməmişdən əvvəl xx xxx 1987-ci ildə Quba rayon Notariat Kontorunda özünə məxsus evi və bütün əmlakını ona vəsiyyət etmişdir. Babası və nənəsi öləndən sonra onlardan qalmış miras əmlakı faktiki olaraq o idarə etməklə qəbul etmişdir. Babasından qalmış miras əmlaka dair vergiləri ödəmiş, təsərrüfatı o idarə etmişdir. Lakin qanunu bilməməzlikdən və savadsızlıqdan babası vəfat etdikdən sonra notariat kontorunda ərizə verməmişdir. X1 qalmış əmlakı vərəsəlik yolu qəbul etmək üçün Quba regional “ASAN xidmət” mərkəzinin notariat kontoruna müraciət etmiş, oradan qanunla müəyyən edilmiş müddəti buraxdığı üçün ona notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında xx xxx 2020-ci il tarixli imtina məktubu verilmiş və məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmədə Ərizəçi və onun etibarnamə əsasında nümayəndəsi X36 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 məhkəməyə verdiyi izahatında Ərizəçi tanıdığını, onun qonşusu olduğunu, Ərizəçi anası Leyla Əmrahova olduğunu, X32 Əmrahovun tək uşağı olduğunu, babası İslam Əmrahov vəfat etməmişdən qabaq ona məxsus evdə yaşadığını, babası öldükdən sonra ondan miras qalmış fərdi yaşayış evində yaşayaraq təsərrüfatı idarə etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 və X7 şahid X12 izahatına uyğun izahat verərək şahid X12 izahatını bir daha təsdiq etdilər. Məhkəmə ərizəçinin, onun etibarnamə əsasında nümayəndəsinin və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AA******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş xx xxxxxx 1993-cü il tarixdə Quba rayon VVAQ şöbəsi tərəfindən verilmiş, Vİ-JQ 337406 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X28 xx.xx.1993-cü ildə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra arvad Abasova soyadını qəbul etmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 1966-cı il tarixdə Quba rayon VVAQ bürosu tərəfindən verilmiş AZ ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Abbasov Abas Söhrab oğlu xx.xx.1965-ci il tarixdə Quba rayonunda anadan olmuş, atası Abbasov Söhrab Abasəli oğlu anası X18r. İş materiallarına əlavə olunmuş xx xxxxxx 1964-cü il tarixdə Quba rayonu VVAQ bürosu tərəfindən verilmiş, İ-İE 428844 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, Abbasov Söhrab Abasəli oğlu ilə X27 xx.xx.1964-cü ildə 97 nömrə qeydlə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra arvad Abbasova soyadını qəbul etmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon VVAQ bürosu tərəfindən verilmiş AA633951 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X27 xx.xx.1947-ci il tarixdə Quba rayonunda anadan olmuş, atası X13 anası X14r. İş materiallarına əlavə olunmuş xx xxxxxx 1999-cu il tarixdə verilmiş, V-JQ 303997 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X29 xx.xx.1996-cı ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.1952-ci il tarixdə Quba rayonu ZAQS bürosu tərəfindən verilmiş, İE 766452 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.1916-cı ildə Quba rayonunda anadan olmuş, atası X8, anası X3r. İş materiallarında olan Quba rayon ZAQS bürosu tərəfindən verilmiş 10 nörməli evlənmək haqqında şəhadətnamədən görünür ki, X16 ilə X19 xx xxx 1946-cı ildə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra arvada Amraxova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2004-cü il tarixdə Quba RİHB-nın Alekseyevka İƏD tərəfindən verilmiş, AZ-İ 086041 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X24 xx xxxxxx 2004-cü ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2005-ci il tarixdə Quba rayonu İHB-nın Alekseyevka kənd İƏV üzrə nümayəndəliyi tərəfindən verilmiş 156391 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.1994-cü ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş Dövlət Arxivinin Quba filialı tərəfindən xx xxxxxxx 2005-ci il tarixli, 1094 nömrəli arxiv arayışından görünür ki, Quba rayonu Alekseyevka sovetliyinin İqriq kəndində aid 1969-1971-ci illər üzrə təsərrüfatbaşına kitabında X13 təsərrüfat başçısı kimi qeyd edilmiş, X6 şəxsi mülkiyyətində 1944-cü ildə tikilmiş yaşayış evi və istifadəsində 0,19 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Quba rayonu Alekseyevka bələdiyyəsi tərəfində verilmiş xx xxx 2020-ci il tarixli 205 nömrəli arayışdan görünür ki, Ərizəçi Quba rayonu Alekseyevka bələdiyyəsinin İqriq kəndində özünə məxsus 0,18 ha həyətyanı torpaq sahəsinə tikilmiş bir mərtəbəli üç otaqlı yaşayış evinin xx.xx.2020-ci ilədək olan əmlak və torpaq vergilərini tam ödəmişdir. İş materiallarına əlavə olunmuş Alekseyevka İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 630 nömrəli arayışdan görünür ki, Ərizəçi 1994-cü ilədək ərazi dairəsinin İqriq kəndində yaşamış və xx xxxxxxx 2005-ci il tarixli, AZ-İ 156391 saylı ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.1994-cü il tarixdə vəfat etmiş mərhum X10 məxsus İqriq kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsindən və üzərindəki fərdi yaşayış evindən hazırda özü istifadə edir. İş materiallarına əlavə olunmuş Quba Regional “ASAN XİDMƏT” Mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, məktubundan görünür ki, X13 barəsində Quba rayon Alekseyevka kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli, 058 nömrəli ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri Quba rayonu, İsnov kəndi qeyd edilmiş, həmçinin ailə üzvlü uşaq-X27 qeyd edilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Ərizəçi xx xxxxxx 1965-ci ildə anadan olmuş, atası Abbasov Söhrab Abasəli oğlu, anası X18r. X11 X2nun tək uşağı olmuş, xx xxxxxx 1996-ci ildə ölmüş, X2 xx xxxx 1916-cı ildə doğulmuş, xx xxx 1946-cı ildə X19 ilə ailə qurmuş, Quba rayonu İqriq kəndində yerləşən 0,19 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamış, X4 xx xxxxxx 2004-cü ildə, X2 isə xx xxxxxxxx 1994-cü ildə ölmüş, Ərizəçi hələ babası sağ olandan ona məxsus evdə yaşamış, babası və nənəsi öləndən sonra onlardan qalmış miras əmlakı faktiki olaraq o idarə etməklə qəbul etmiş, babasından qalmış miras əmlaka dair vergiləri ödəmiş, təsərrüfatı o idarə etmişdir. Lakin qanunu bilməməzlikdən və savadsızlıqdan babası vəfat etdikdən sonra notariat kontorunda miras qəbul edilməsi barədə ərizə verməmişdir. X1 qalmış əmlakı vərəsəlik yolu qəbul etmək üçün Quba regional “ASAN xidmət” mərkəzinin notariat kontoruna müraciət etmiş, oradan mirası qəbul edilməsi barədə sübutlar təqdim edilmədiyindən və qanunla müəyyən edilmiş müddətdə buraxdığı üçün miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Qanunun 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Ərizəçi göstərdiyi hallar, yəni arxiv arayışına əsasən X1 qalmış mirası (Quba rayonu İqriq kəndində yerləşən 0,19 ha torpaq sahəsi və üzərində 1944-cü ildə tikilmiş fərdi yaşayış evi) Ərizəçi qəbul etmiş hal-hazırda həmin əmlak onun faktiki sahibliyi və istifadəsindədir. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli, xx xxxxxxxx 1994-cü ildə vəfat etmiş X1 qalmış mirasın (Quba rayonu İqriq kəndində yerləşən 0,19 ha torpaq sahəsi və üzərində 1944-cü ildə tikilmiş fərdi yaşayış evi) qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti gecikdirməsi səbəbi üzürlü sayılaraq uzadılmalı, xx xxxxxxxx 1994-cü ildə vəfat etmiş X1 qalmış mirasın onun tərəfindən qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx xxxxxxxx 1994-cü ildə vəfat etmiş ərizəçinin X1 qalmış mirasın (Quba rayonu İqriq kəndində yerləşən 0,19 ha torpaq sahəsi və üzərində 1944-cü ildə tikilmiş fərdi yaşayış evi) qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti gecikdirməsi səbəbi üzürlü sayılaraq uzadılsın, xx xxxxxxxx 1994-cü ildə vəfat etmiş X1 qalmış mirasın onun tərəfindən qəbul etməsi faktı müəyyən müəyyən edilsin. Qətnamə miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi və qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqlarının qeydə alınması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1513/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1513/2020
30.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver