Məhkəmə qərarları › İş №2(027)-1522/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1522/2024

08.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1522/2024 08.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi vəkili və eyni zamanda X1 nümayəndəsi Nümayəndə və Ərizəçi nümayəndəsi X10 iştirakı ilə Ərizəçi maraqlı tərəf Quba regional Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Amsar kəndi AİK-nın 03 may 1997-ci il tarixli 04 saylı qərarı ilə mərhum oğlu X7 verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinə dair mirası qəbul etməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, oğlu X8 xx.xx.1971-ci il tarixdə anadan olmuş, boya-başa çatdıqdan sonra Rusiya Federasiyasına işləməyə getmişdir. X3 xx.xx.2006-cı il tarixdə Rusiya Federasiyasının Omsk vilayətində ölmüşdür. Mərhum oğlu Bəxtiyar Ərzumanovun mülkiyyətində 0.06 ha həyətyanı torpaq sahəsi olmuşdur. Qeyd edilən həyətyanı torpaq sahəsi oğluna Quba rayon Amsar kənd AİK- nın 03 may 1997-ci il tarixli 04 saylı qərarı ilə verilmişdir. Qeyd edilən torpaq sahəsinə Torpaq sahəsinin planı və ölçüsü Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 28.01,2015-ci il tarixdə AN-531792 seriya və 26 saylı nömrə ilə qeydiyyata alınmışdır. O, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin alınması üçün Quba regional “Asan xidmət” mərkəzinə müraciət etmişdir. 03 fevral 2023-cü il tarixli imtina məktubuna əsasən, güya sübutlar təqdim etmədiyimə görə və vaxtı ötürdüyümə görə mənə vərəsəlik haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Ona görə də, məhkəməyə müraciət etməyə məcbur oldu. Məhkəməyə müraciət etdikdən sonra, məhkəmə iclasında bizə bildirildi ki, notariusun imtinası əsassızdır və konstitusiya məhkəməsinin qərarına əsasən şəhadətnamə verilməlidir. Bundan sonra o yenə də, Quba regional “Asan xidmət” mərkəzinə müraciət etdi. Notariat ofisi yenə də xx.xx.2024-cü il tarixli imtina məktubu ilə məhkəməyə müraciət etməyimi tövsiyyə etmişdir. Ona görə də, yenidən məhkəməyə müraciət edir. Hesab edir ki, mərhum oğlu X4 Quba rayonu, Amsar kəndində yerləşən miras qalmış 0.06 ha həyətyanı torpaq sahəsinə onun tərəfindən qeyd edilən mirası qəbul etməyim faktı müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X15 və onun nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdilər. İş üzrə maraqlı tərəf Quba regional Asan Xidmıt” Mərkəzində Notariat Ofisinin notariusu Süleyman Məmmədov məhkəməyə məktub göndərərək, Quba Regional ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinin iş rejimi və vətəndaş müraciətlərinin çoxluğu səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan: Azərbaycan Respublikasının Dövlət Toraq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsündən görünür ki, X5 Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli 04 saylı qərarı ilə 600 kv.m torpaq sahəsi verilmişdir; Quba rayon İHB-nın Amsar kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 510 №li arayışından görünür ki, X8 xx.xx.2006-cı il tarixdə Rusiya Federasiyası Omsk X9 vəfat emtişdir. Vəfat etdikdən sonra vərəsəsi anası Ərizəçi qalmışdır; Quba RİHB-nın Amsar kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 511 №li arayışından görünür ki, X8 vəfat etdikdən sonra ondan miras qalmış Amsar kəndində yerləşən 06 ha həyətyanı torpaq sahəsi onun istifadəsindədir və təsərrüfatı o idarə edir; Quba RİHB-nın Amsar kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 65 №li arayışından görünür ki, Amsar kənd sakini X8 vəfat etdikdən sonra (xx.xx.2006-cı il tarix vəfat edib) dəfn xərcini anası Ərizəçi çəkmişdir; İV-JQ seriyalı 330573 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1971-ci ildə X11 ilə Ərizəçi birgə nikahından anadan olmuşdur; xx.xx.2003-cü il tarixli, AZ-İİ seriyalı 266877 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2015-cü il tarixdə ölmüşdür; Quba rayon qeydiyat şöbəsinin 27 yanvar 2023-cü il tarixli 34 №li arayışından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 01,04.1954-cı il tarixində Quba rayonu Amsar kəndində anadan olmuş Ərizəçi ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə xx.xx.1972-ci ildən xx.xx.2023-cü ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış Ərizəçi nikah haqqında akt qeydi aşkar edilməmişdir; Quba rayon qeydiyat şöbəsinin 01 fevral 2023-cü il tarixli 43 №li arayışından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1971-cı il tarixində Quba rayonu Amsar kəndində anadan olmuş X6 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə xx.xx.1989-ci ildən xx.xx.2006-cı ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış X6 nikah haqqında akt qeydi aşkar edilməmişdir; Quba regional Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 17 may 2024-cü il tarixli 1886№li Ərizəçi ünvanlanan məktubundan görünür ki, mirasa faktiki sahiblik etməsi barədə sübutlar təqdim etmədiyindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 46-cı maddəsinə əsasən İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. «Beynəlxalq müqavilələrin bağlanması, dəyişdirilməsi və denonsasiyası haqqında» 1969-cu il Vyana Konvensiyasının 3-cü maddəsində deyilir ki, Beynəlxalq müqavilələr onların tətbiqi təcrübəsi ilə birlikdə məcburi qüvvəyə malikdir. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, yaşayış və qeyriyaşayış sahəsinə, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. «X19rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə kompensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəməyə müraciət etməyibsə, deməli, faktiki olaraq ərizəçinin həmin tikintiyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə, susmaq razılıq əlamətidir ki, dövlət də bu halda susmaqla, Önər Yıldızın heç bir icazə almadan parkda tikinti inşa edərək, ailəsi ilə yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. İşdəki sübutlar əsasında müəyyən olunur ki,Quba rayonu Amsar kəndi ərazisində yerləşən Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli 04 saylı qərarına əsasən verilmiş 0,06 ha torpaq sahəsi ərizəçinin oğlu X7 məxsus olmuş, X8 xx.xx.2006-cı il tarixdə ölmüşdür. X2 mülkiyyətində olan 0,06 ha torpaq sahəsi onun mirası sayılmalıdır. X6 ölümündən sonra ondan miras qalmış, 0,06 ha torpaq sahəsini Ərizəçi faktiki idarə etməklə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən miras miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Həmin Məcəllənin 1259-cu maddəsinə əsasən əgər müxtəlif əsaslar üzrə vərəsəyə mirasdan bir neçə pay düşərsə, o, bir payı qəbul edə, digərindən imtina edə bilər, yaxud bütün paylardan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının və həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən olunması xüsusi icraat qaydasında məhkəmə tərəfindən həyata keçirilir. Beləliklə, məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin olunmalı, Quba rayonu, AİK-nın 03 may 1997-ci il tarixli 04 saylı qərarı ilə mərhum X7 verilmiş Quba rayonu, Amsar kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə dair mirası Ərizəçi qəbul etməsi faktının müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Quba rayonu, AİK-nın 03 may 1997-ci il tarixli 04 saylı qərarı ilə mərhum X7 verilmiş Quba rayonu, Amsar kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə dair mirası Ərizəçi qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar