Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1532/2020 11.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Dövlət X1 filialına qarşı əmək müqaviləsinin təsdiqlənmiş surətinin iddiaçıya təqdim edilməsi tələbinə dair iddia ərizəsinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Dövlət X1 filialına qarşı əmək müqaviləsinin təsdiqlənmiş surətinin iddiaçıya təqdim edilməsitələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsindən görünür ki, İddiaçı Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının direktoru X2 ilə İddiaçı arasında Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında Kadrlar üzrə mütəxəssis vəzifəsinə xx.xx.2005-ci il tarixli müddətsiz bağlanmış xx.xx.2005-ci il tarixindən xx.xx.2009-cu il tarixinə kimi mövcud əmək müqaviləsinin rəsmi təsdiqlənmiş surətinin Azərbaycan Dövlət X1 filialı tərəfindən İddiaçı təqdim edilməsinin təmin edilməsi barədə qətamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinin tələblərinə uyğun olaraq, iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Göründüyü kimi, qanunvericilik mübahisələrin məhkəmə aidiyyətini müəyyən edərkən normativ hüquqi aktlara əsasən müdafiəsi məhkəmədənkənar qaydada həyata keçirilən hüquq və azadlıqların müdafiə olunmasını məhkəmədə baxılmalı olan işlərin dairəsindən istisna edir. Hüquq və azadlıqların müdafiəsinin digər orqanlar tərəfindən həyata keçirilməsi normativ hüquqi aktlarda nəzərdə tutulmuşdursa bu halda ərizəyə məhkəmədə baxılmalı deyil. İddiaçı ərizəsində tələb kimi qoyulmuş “əmək müqaviləsinin təsdiqlənmiş surətinin iddiaçıya təqdim edilməsi” məsələsi Azərbaycan Dövlət X1 filialının səlahiyyətinə aiddir və o, əslində Azərbaycan Dövlət X1 filialının hərəkətini mübahisələndirmişdir. Bunun üçün ilk növbədə iddiaçı qeyd edilən orqana müraciət etməli idi. Qeyd edilən orqan tərəfindən cavabdehə sənədlər verilmədiyi halda iddiaçı məhkəməyə müraciə edə bilər.nLakin iş materillarından görünür ki, cavabdeh orqan həmin sənədləri iddiaçıya təqdim etmişdir. Ümumiyyətlə iddiaçı dəfələrlə mahiyyət etibarı ilə eyni olan ərizələrlə cavabdehə qarşı iddia qaldırmışdır. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Dövlət X1 filialına qarşı əmək müqaviləsinin təsdiqlənmiş surətinin iddiaçıya təqdim edilməsi tələbinə dair ərizəsinə məhkəmədə baxılmalı olmadığı üçün iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməli və iddiaçıya izah olunmalıdır ki, o, qeyd edilən məsələ ilə bağlı ilk növbədə Azərbaycan Dövlət X1 filialına müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152-ci və 263-264- 269-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Dövlət X1 filialına qarşı əmək müqaviləsinin təsdiqlənmiş surətinin iddiaçıya təqdim edilməsi tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunsun. İddiaçıya qeyd edilən məsələ ilə bağlı Azərbaycan Dövlət X1 filialına müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1532/2020
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1532/2020
11.08.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver