Məhkəmə qərarları › İş №2(027)-1535/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1535/2021

09.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1535/2021 09.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2nə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun Maraqlı şəxs1 ilə rəsmi nikah münasibətlərindən anadan olmuş uşağı X3 25.02.2021-ci il tarixdə Quba rayon Xınalıq kəndində doğulması faktının müəyyən edilməsi, X4 doğum haqqında şəhadətnamə verilərkən ata qarfasında “Maraqlı şəxs1” və ana qrafasında “Ərizəçi” kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 08.06.2006-cı ildə Maraqlı şəxs1 ilə nikahlarını qeyd etdirərək ailə qurmuş, birgə nikahlarından 3 uşaqları doğulmuşdur. 25.02.2021-ci ildə Quba rayon Xınalıq kəndində Gülcamal adlı qızları doğulmuşdur. Yaşayış yeri Quba şəhər xəstəxanasından uzaqda olduğundan doğuşu xəstəxanaya çatdıra bilməmişlər və ev şəraitində doğulmuşdur. Ondan sonra maddi imkanı pis olduğundan uşağın doğumunu rəsmiləşdirə bilməmişlər və bu səbəbdən uşağa doğum haqqında tibbi şəhadətnamə ala bilməmişlər. Bu yaxınlarda o, Maraqlı şəxs2nə müraciət edərək uşağın doğumunun qeydə alınması ilə bağlı müraciət etmişdir. Lakin doğum haqqında tibbi şəhadətnamənin olmadığı səbəbindən onun doğumunun qeydə alınmasından imtina olunmuşdur və bu barədə ona imtina məktubu və arayış verilmişdir. Uşaqları artıq böyüyüb və ona görə də ona doğum haqqında şəhadətnamə almaq məcburiyyətində qalmışdır. 29 iyul 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, qızı Gülcamal 25.02.2021-ci il tarixdə Quba rayon Xınalıq kəndində qaynanası və qonşuların iştirakı ilə ev şəraitində doğulmuşdur. Qızı Gülcamalın ev şəraitində doğulması Quba rayonu Xınalıq kənd sakinlərinin iştirakı ilə tərtib olunmuş Aktla da təsdiq olunur. Uşaq hazırda sağ və salamat olaraq onun yanında yaşayır. Həmçinin qeyd edir ki, səhhəti ilə əlaqədar və yolu uzaq olduğnundan növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını və növbəti məhkəmə icalsının onun iştirakı olmadan keçirilməsini xahiş edir. 29 iyul 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 izahatında göstərmişdir ki, Ərizəçi ilə 08 iyun 2006-cı il tarixdə rəsmi nikah əsasında evlənib ailə qurmuşlar. Birgə nikah dövründə 25.02.2021-ci il tarixdə Gülcamal adlı uşaqları anadan olmuşdur. Uşaq Quba rayonu Xınalıq kəndində ev şəraitində doğulmuşdur, hal-hazırda sağ və salamatdır və onların yanında yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs2 nümayəndəsini məhkəmə iclasına göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə 29 iyul 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən ərizəçi və maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında 08 iyun 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 233219 №-li şəhadətnamədən görünür ki, Maraqlı şəxs1 ilə X6 arasında nikah 08 iyun 2006-cı ildə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2006-cı il iyun ayının 08 günü 07 № ilə qeyd edilmişdir. Nikahdan sonra arvad «Əskərova» soyadı verilmişdir. İş materiallarında Quba RİHB-nın Xınalıq İƏD üzrə nümayəndəliyinin 31 may 2021ci il tarixli, 137 saylı arayışdan görünür ki, Maraqlı şəxs1 və həyat yoldaşı Ərizəçi Quba rayonu, hal-hazırda Xınalıq kəndində yaşayırlar. İş materiallarında olan 28.02.2021-ci il tarixdə Quba rayonu Xınalıq kənd sakinləri X5, X7, X1 iştirakı ilə tərtib olunmuş Aktda göstərilir ki, həqiqətən də 25.02.2021-ci il tarixdə X2 ev şəraitində doğumunda iştirak etmişlər. Həqiqətən həmin tarixdə onun bir qız uşağı doğulmuşdur. İş materiallarında olan Quba Mərkəzi Rayon Xəsətəxanasının Xınalıq kənd Həkim Məntəqəsinin 11 mart 2021-ci il tarixli, 07 №li arayışından görünür ki, Ərizəçi həqiqətən onun 25.02.2021-ci il tarixində sağlam bir qızı olmuşdur. Uşağın sağlamlığı qənaətbəxşdir. Uşağın adı Gülcamal qoyulmuşdur. Uşağın boyu 49 sm, çəkisi 2900 qram olub. İş materiallarında olan, Maraqlı şəxs2 tərəfindən verilmiş 31 may 2021-ci il tarixli, 134 №-li Arayışdan görünür ki, 01.01.2018-31.05.2021-ci ilədək olan dövrdə X3 doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs2 tərəfindən verilmiş 31 may 2021-ci il tarixli, 288 saylı məktubda qeyd olunmuşdur ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 №-li qərarında qeyd edilmişdir ki, Doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Bu qaydalarda nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Ərizəçi gəlinidir. Şəmsiyyənin 25.02.2021-ci ildə Quba rayon Xınalıq kəndində Gülcamal adlı qızı doğulmuş, həmin uşağın doğumunu özü ev şəraitində qonşuların iştirakı ilə həyata keçirmişdir. Məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, Ərizəçi ilə Maraqlı şəxs1 08 iyun 2006-cı ildə birgə nikaha girmişlər. Birgə nikahlarından 25.02.2021-ci il tarixdə X8 doğulmuşdur. Uşaq evdə anadan olduğundan və onun anadan olmasını təsdiq edən tibb müəssisəsinin sənədi olmadığından onun doğumun rəsmi olaraq qeyd etdirə bilməmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə müəyyən olunmuş faktiki hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi Maraqlı şəxs1 ilə rəsmi nikah münasibətlərindən anadan olmuş uşağı X3 25.02.2021-ci il tarixdə Quba rayon Xınalıq kəndində doğulması faktının müəyyən edilməli, X4 doğum haqqında şəhadətnamə verilərkən ata qarfasında “Maraqlı şəxs1” və ana qrafasında “Ərizəçi” kimi qeyd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin olunsun. Ərizəçi Maraqlı şəxs1 ilə rəsmi nikah münasibətlərindən anadan olmuş uşağı X3 25.02.2021-ci il tarixdə Quba rayon Xınalıq kəndində doğulması faktı müəyyən edilsin. X4 doğum haqqında şəhadətnamə verilərkən ata qarfasında “Maraqlı şəxs1” və ana qrafasında “Ərizəçi” kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrilk edən : Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar