Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1556/2020 25.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Dövlət Aktında ata adında yaranmış uyunsuzluğun aradan qaldırılmaqla, Ərizəçi kimi düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərziəçi Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı X10 Quba rayon Şöbəsinə rəsmi ərizə ilə müraciət edərək, Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş JN-428, KOD 30301004 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən ailə üzvləri: X5, Ərizəçi, X8 və X4 adlarına torpaq sahəsi ayrılmışdır. Həmin adların dövlət aktında qeyd olunmağına baxmayaraq “X6” əvəzinə səhvən “Ərizəçi Surət qızı” olaraq qeyd edilmişdir.Dövlət Aktına düzəliş olunması və yeni çıxarışın verilməsi ilə əlaqədar DƏDRX-nin Quba rayon Ərazi İdarəsinə rəsmi ərizə ilə müraciət etməyinə baxmayaraq imtina etmiş və həmin yalnışlığın aradan qaldırılması üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Ərizəçi xx.xx.1945-ci il tarixdə Quba rayonu, Növdün kəndində anadan olmuşdur. Həmin şəhadətnamədə və şəxsiyyət vəsiqəsində onun atasının adı “Qubat” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “nikahın bağlanması haqqında şəhadətnamə”nin surətidən görünür ki, X5 ilə X2 arasında xx.xx.1965-ci ildə nikah bağlanmışdır. Nikahdan sonra X1 “Əliyeva” soyadı verilmişdir. X3 Əliyevanın atasının adı “Qubat” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Ərizəçi və onun ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli 05 saylı qərarına əsasən JN-428, KOD 30301004 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı tərtib edilərək 0,80 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli 05 saylı qərarına əsasən Ərizəçi və onun ailə üzvlərinə JN- JN-428, KOD 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib edilərək 0.80 ha torpaq sahəsi verilmişdir. Həmin Dövlət Aktında ərizəçinin adı “Ərizəçi” əvəzinə səhvən “Ərizəçi Surət qızı” kimi qeyd olunmuşdur. Ərizəçi məhkəmədən JN-428, KOD 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni JN-428, KOD 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının X5, X8 və X9 ilə yanaşı ona, yəni Ərizəçi məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN-428, KOD 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı Ərizəçi münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1556/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1556/2020
25.09.2020 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver