Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1579/2021 23.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X6 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, Ərizəçi maraqlı tərəf Quba Maraqlı şəxstariat ofisinə və müstəqil tələəb irəli sürməyən üçün cü şəxs X3 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X8 JN-682F kod 30319018 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən mülkiyyət hüququ əsasında məxsus olmaqla, ondan miras qalmış Quba rayonu İ Nügədi kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi üzrə vərəsəliyin açılma yerinin Quba rayonu olması və həmin mirasın X7 ölümündən sonra Ərizəçi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi nümayəndəsi X12 ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərir ki, miras qoyan X13 onun doğma qardaşıdır. Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi JN-682F kod 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair məxsus olmaqla ondan miras qalmışdır. X19 05 sentyabr 2005-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra vərəsələri Ərizəçi və bacısı X9 qalıb. Qardaşı Ələkbər ailə qurmamış və övladı olmamışdır. Valideynləri, anası X11 09.04.1987-ci il tarixdə, atası X14 15.10.1989-cu il tarixdə vəfat ediblər. Vərəsələrdən bacısı Firəngiz Qasımova qardaşının ölümündən əvvəl ailə quraraq ər evinə köçmüş, Ələkbər Qasımovdan qalmış miras əmlakı olan 0,07 ha həyətyan torpaq sahəsi ilə əlaqəsi olmamış, mirası nə faktiki idarə etməklə, nədə ki, notariat kontoruna ərizə verməklə mirası qəbul etməmişdir. Miras qoyanın sağlığında və ölümündən sonra miras qalmış 0,07 ha torpaq sahəsindən yalnız faktiki idarə etməklə mirası o qəbul edib. Həmin torpaq sahəsinə dair bütün torpaq vergi ödənişlərini ödəyir. Eləcə də, təmizlik işlərini görür. Hazırda, X19dan miras qalmış Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinə dair çıxarış almaq istəyir. Bunun üçün qardaşı Ə.Qasımovun vərəsəsi olaraq mirası qəbul etməyi, həmin mirası istifadə etməyi faktının müəyyən edilməsi tələb olunur. Bildirir ki, Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün X25 xidmət mərkəzində notariat ofisinə müraciət edib. X25 xidmət mərkəzində notariat ofisinin 30 iyun 2021-ci il tarixli,tutulmuş müddət buraxıldığına görə, müddətin uzadılması ilə bağlı məhkəməyə müraciət ilunması tövsiyyə olunmuşdur. Göstərilənləri nəzərə alaraq, mərhum qardaşı X8 JN-682F kod 30319018 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən mülkiyyət hüququ əsasında məxsus olmaqla, ondan miras qalmış Quba rayonu İ Nügədi kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi üzrə vərəsəliyin açılma yerinin Quba rayonu olması və həmin mirasın X7 ölümündən sonra Ərizəçi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf X25 Xidmət Mərkəzində Notariat Ofisi qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, maraqlı tərəf X25 Xidmət Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf X25 Xidmət Mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iş üzrə üçüncü şəxs X9 bildirdi ki, Sərdar və Ələkbər onun qardaşlarıdı. Onlar ailədə iki qardaş, üç bacı olublar, bir qardaş və bir bacı rəhmətə gedib, hal-hazırda bir bacısı bir qardaşı var. Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi mərhum qardaşı Ələkbərin adınadı. Ələkbər ailə qurmuşdu, lakin rəsmi nikahı olmayıb, evlilikdən övladı da yoxdur. Qardaşı Ələkbər 2005-ci ildə rəhmətə gedib, yoldaşı hal-hazırda həmin torpaq sahəsində tikilmiş evdə yaşayır və xadimə işləyir. Qardaşı Sərdar isə heç bir vaxt Ələkbərin torpağından istifadə etməyib və miras əmlak kimi qəbul etməyib.Sərdarın guya Ələkbəri evləndirməsi həqiqətə uyğun deyil. Göstərilənləri nəzərə alaraq, ərizənin təmin edilməməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə iş üzrə şahid X24 bildirdi ki, ərizəçini bir qonşu kimi tanıyır. Sərdar Rusiyaya gedib gəlir. Bir gün hələ o Rusiyaya getməmişdən əvvəl Sərdar ona söhbət əsnasında qardaşı Ələkbərdən danışmışdı ki, qardaşı Ələkbəri evləndirib, onun bütün toy xərcini çəkib, sonra da Ələkbər rəhmətə gedib, onun yas xərclərini də o çəkib. O, Ələkbərin toyunda iştirak etməyib. Qeyd edib ki, mərhum Ələkbər Qasımovun övladı olmayıb, yoldaşı Zümrüd hal-hazırda da Ələkbərin evındə yaşayır.Sərdar, Ələkbərin adına olan torpaqdan istifadə etməsini görməyib. Məhkəmə Ərizəçi nümayəndəsi X10, iş üzrə üçüncü şəxs X4 və şahid X17 dinləyib iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş JN-682F kod 30319018 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Quba rayon AİK-nın 10.06.1997-ci il tarixli 06 saylı qərarı ilə Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ ulə X7 mülkiyyətinə verilib. İş materialında olan AZ-İ 153391 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 05.09.2005- ci ildə vəfat etmiş, ölüm aktları kitabında 25.10.2005-ci il tarixdə 51 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın İ Nügədi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 16.06.2021- ci il 532 nömrəli arayışdan görünürki, X1 rayonu, 1-ci Nügədi kənd sakini olub, 05.09.2005- ci ildə həmin kənddə vəfat etmiş, qardaşı , Ərizəçi, bacısı X9 adlı vərəsələri qalmışdır. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın İ Nügədi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 04.06.2021- ci il 505 nömrəli arayışdan görünürki, Ərizəçi Quba rayonu, 1-ci Nügədi kənd sakinidir,hal- hazırda həmin kənddə yaşayır. İş materiallarına əlavə olunmuş Quba regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinin 30.06.2021-ci il tarixli məktubundan görünür ki, mərhum X5 miras qalmış Quba rayonu İ Nügədi kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi üzrə mirası qəbul etmək haqqında nəzərdə tutulmuş müddətin buraxıldığı üçün şəhadətnamə verilməsindən imtina edilmiş, buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, JN-682F kod 30319018 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasnda X7 mülkiyyətinə Quba rayonu İ Nügədi kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi verilib, o,rəhmətə getdikdən sonra, torpaq sahəsində və orada tikilən evdə mərhumun yoldaşı Zümrüd yaşayır. Mərhumun qardaşı Ərizəçi o torpaqdan heç vaxr istifadə etməyib və miras əmlak kimi qəbul etməyib. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsiliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Ona görə ərizəçi məhkəməyə müraciət edərək, mirası qəbul etməyi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən edir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Ərizəçi Quba Maraqlı şəxstariat ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi maraqlı tərəf Quba Maraqlı şəxstariat ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1579/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1579/2021
23.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver