Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1583/2022 16.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Ərizəçi İsmayl qızının iştirakı ilə, Ərizəçi İsmayl qızının maraqlı tərəf Maraqlı şəxsnə qarşı “qohumluq faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə içlasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “qohumluq faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X6 ilə ər-arvad-qohumluq münasibətində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, o, 18 dekabr 1997-ci il tarixdə el adəti ilə toy məclisi keçirilməklə Quba rayonu Nügədi kənd sakini X6 ilə Qeydiyyat İdarəsində qeydiyyata alınmadan vətəndaş nikahına girib. Birgə nikahdan uşaqları olmamışdır. Quba rayon Aqrar İslahat Komissiyasının 1999cu il 23 mart tarixli 07 saylı qərarı ilə birgə təsərrüfat kimi 0.39 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə "Torpağa mülkiyyət hüququna dair" JN-367 kod 30319018 nömrəli Dövlət Aktı ilə mülkiyyətinə torpaq sahəsi ayrılmışdır. X10 kitabında 800 nömrə ilə 10 avqust 2001-ci ildə qeydiyyata alınıb. Həmin tarixdən torpaq sahəsindən istifadə edərək birgə sahiblik ediblər. Həyat yoldaşı X6 xx.xx.2005-ci il tarixdə komaya düşərək vəfat etmişdir. Qeydiyyat İdarəsindən AZ-İ 953050 nömrəli "Ölüm haqqında Şəhadətnamə" alıb. Həyat yoldaşının vəfatından sonra onun yeganə vərəsəsi odu, birgə mülkiyyətləri olan torpaq sahəsindən həyat yoldaşına aid pay torpağı miras əmlakı faktiki qəbul edərək sahiblik edir. Lakin onun mərhum həyat yoldaşıyla rəsmi nikahı olmadığı üçün həyat yoldaşıyla birgə mülkiyyətlərində olan ona məxsus pay torpağı sahəsinə vərəsəlik şəhadətnaməsi ala bilmir. Nikahları dövlət qeydiyyatına alınmadığından vərəsəlik məsələlərini həll edə bilmir. Bu fakt yalnız məhkəmə qaydasında həll edilməlidir. Belə ki, zəruri sənədləri, Quba rayon İHB-nın Nügədi kənd İƏD üzrə ninayəndəsindən xx.xx.2022-ci tarixli 377 nömrəli vərəsəlik arayışı, ölüm haqqında şəhadətnamə Dövlət Aktını və şəxsiyyət vəsiqəsi ilə xx.xx.2005- ci il tarixdə vəfat etmiş həyat yoldaşı X1 qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı notariat kontorunun nümayəndəsi vasitəsi ilə xx.xx.2022-ci il tarixli 1278 nömrəli məktbuna AR MM-nin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsələr sırasına daxil olmadığından şəhadətnamənin verilməsi mümkün olmadığı və məsələ ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunur. Vərəsəlik şəhadətnaməsinin verilməsi üçün mərhum həyat yoldaşı X6 ilə qohumluq - ər-arvad nikahında olmağı faktının müəyyən edilməsi mərhum həyat yoldaşından miras qalmış torpaq sahəsinə vərəsəlik şəhadətnaməsi almaq üçün lazımdır. Bu fakt Quba rayon İHB-nın Nügədi kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci tarixli 377 nömrəli vərəsəlik arayışı, Quba rayon İHB-nın Nügədi kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 292 nömrəli arayışı, birgə mülkiyyət haqqında Dövlət Aktı və toylarının foto şəkilləri ilə təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, mərhum həyat yoldaşı X6 ilə ər-arvadqohumluq münasibətində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf Maraqlı şəxsnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X4 bildirdi ki, Ərizəçi onun qonşusudu, onun əri X3 atası ilə onun atası xalaoğludu. Zümrüdün əri Ələkbər Qasımov 2005-ci ildə vəfat edib .Ələkbər vəfat edən günə kimi onlar Zümrüdlə bir yerdə ər-arvad kimi yaşayıblar, amma övladlar olmayıb. Məhkəmə Ərizəçi, şahid X2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş sənədlərində olan Quba RİNH-nın İ Nügədi İƏD-si üzrə nümayəndəliyindən verilmiş, xx.xx.2022-ci il tarixli, 292 nömrəli arayışdan görünür ki, xx.xx.1997-ci ildən Nügədi kənd sakini olmuş mərhum X6 ilə Ərizəçi ilə nikahsız ailə qurub və həyat yoldaşı vəfat edən günə kimi bir evdə yaşayıblar. İş materiallarında olan AZ-İ 953050 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X6 xx.xx.2005-ci ildə Quba rayonu, İ Nügədi kəndində vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 51 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 1278 nömrəli məktubundan məlum olur ki, xx.xx.2005-ci ildə vəfat etmiş X5 vərəsələri sırasına daxil olmadığından ona vərəsəlik haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmədə müəyyən edildi ki, Ərizəçi ilə X6 18 dekabr 1997-ci il tarixdə rəsmi nikah qeyd etdirmədən ailə qurublar.Övladları olmayıb. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərində olma faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinə əsasən məhkəmə ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; faktını müəyyən edir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Ərizəçi İsmayl qızının X6 ilə ər-arvad-qohumluq münasibətində olması müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi : Ərizə təmin edilsin. Ərizəçi İsmayl qızının X6 ilə ər-arvad-qohumluq münasibətində olması faktı müəyyən edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1583/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1583/2022
16.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver