Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1587/2020 24.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, ƏrizəçiMaraqlı şəxsnə qarşı “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasına” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun adı və soyadının dəyişdirilərək, soyadının – Rəhimov, adının – Ramik kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1983-cü il tarixdə Quba rayonu, İ Nügədi kəndində anadan olmuşdur. Həqiqətdə onun soyadı – Rəhimov, adı isə Ramik olmuşdur. 2014-cü ildə ailəsində baş vermiş müəyyən narazılıqlarla əlaqədar əsəbləşərək Maraqlı şəxsnə soyadının Rəhimov əvəzinə Mirzəyev, adının isə Ramik əvəzinə Rauf ilə dəyişdirilməsi barədə ərizə vermişdir. Maraqlı şəxs xx.xx.2014-cü il tarixdə onun ərizəsini təmin edib soyadı dəyişərək Mirzəyev, adı isə Rauf ilə əvəz edilmişdir. O da, soyadının və adının dəyişdirilməsi barədə şəhadətnamə aldıqdan sonra doğum haqqında şəhadətnamə alıb şəıxsiyyətini təsdiq edən bütün sənədləri dəyişdirərək Ərizəçi adını almışdır. Onu tanıyanlar hal-hazırda ona Ramik adı ilə müraciət edir. Soyadın da Mirzəyev kimi qeyd edilməsi təsərrüfatbaşına kitablarda, mülkiyyət sənədlərində problemlər yaradır. Ona görə də, soyadı və adı öz ilkin siyadı və adı kimi qeyd edilməsi qərarına gəlmiş və ona görədə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmədə Ərizəçi ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Ərizəçi xx.xx.1983-cü ildə Quba rayonu, İ Nügədi kəndində anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində adı, soyadı və atasının adı Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixdə verilmiş “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 xx.xx.1983-cü ildə Quba rayonu, İ Nügədi kəndində anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində adı, soyadı və atasının adı X1 qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ərizəçi ad və soyadının dəyişdirilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, həmin müraciət əsasında xx.xx.2014-cü il tarixdə X2 adı və soyadı dəyişdirilərək, sonuncuya “Ərizəçi” adı verilməsi barədə AZ-İ 009185 nömrəli “adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə” verilmişdir. Həmin şəhadətnamə əsasında ərizəçiyə, yəni Ərizəçi AZ-İİİ 412774 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Hazırda ərizəçinin mövcud ad və soyadı ilə mülkiyyət sənədlərində qeyd edilmiş ad və soyadı uyğunlaşmadığından, sonuncu faktiki ad və soyadının yenidən dəyişdirilərək, soyadının əvvəlki kimi “Rəhimov”, adının isə “Ramik” kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından da göründüyü kimi Ərizəçi əvvəl adı “Ramik” soyadı isə “Rəhimov” olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, Ərizəçi adı və soyadı dəyişdirilməli, soyadı “Rəhimov”, adı “Ramik” kimi qeyd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi adı və soyadı dəyişdirilərək, soyadı “Rəhimov”, adı “Ramik” kimi qeyd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1587/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1587/2020
24.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver