Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-160/2021 10.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba Rayon İcra Hakimiyətinə qarşı oğlu X3 faəliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi xx.xx.2020-ci il tarixində ərizə ilə Məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il təvəllüdlü oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1992-ci il tarixdə X5 ilə ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.1993-cü ildə Sahil adlı uşaqları anadan olmuşdur. Həyat yoldaşı X5 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Oğlu Sahilin anadan gəlmə psixi pozuntuları olmuş və anadan gəlmə əlildir. Oğlunun xəstəliyi ilə əlaqədar onun öz hərəkətlərini idarə edə bilmədiyindən müxtəlif dövlət orqanlarında öz xeyrinə olan müqavilələrin imzalanmasına razılıq verə bilmir və onun adından onun xeyrinə hər-hansı hərəkət etmək mümkünsüz olur. Odur ki, oğku X3 öz hərəkətlərinin mənasını başa düşməməsinə görə onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Quba Rayon İcra Hakimiyəti məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı ollmadan baxmışdır. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, X6 xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. X2, anası isə Ərizəçidır. İş materiallarında olan Quba KPŞ-nin arayışından görünür ki, X6 xx.xx.2006-ci il tarixdən Quba KPŞ-nin psixiatrik kabinetində “epilepsiya” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli, 2512 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X4 Epilepsiya xəstəliyi nəticəsində meydana gələn ağıl zəifliyi, qıcolma tutmaları ilə formasında psixi xəstəlik müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və halhazırkı psixi vəziyyəti (anamnestik məlumatlara görə ilk dəfə yeddi aylığında qıcolama tutmalarının biruzə verməsi, sonralar bu hal davam etməsi, həmçinin uşağının sərbəst yeriyə bilməməsi, nitqinin zəif inkişaf etməsi, qüsurlu olması ilə əlaqədar əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, hal-hazırda yaşayış yeri üzrə xəstəxanın poliklinika şöbəsinin psixiatrik kabinetində “Epilepsiya, tez-tez qıcolma tutmaları ilə və yaddaş intellektin enməsi” diaqnozu ilə qeydiyyatda olmaqla qıcolma əleyhinə dərmanlar qəbul etməsi, İİ qrup əlil olması, hazırkı müayinə zamanı zahirən narahat olması, müayinə gedişatında bilik ehtiyatının zəifliyi, intellektual imkanlarının enməsi, yaddaşında zəifləmə əlamətləri biruzə verməsi, maraq dairəsi adi tələbatları ödəməklə məhdudlaşması və s.) sübut edir. X4 Epilepsiya xəstəliyi nəticəsində meydana gələn ağıl zəifliyi, qıcolma tutmaları ilə diaqnozlu psixi xəstəlik müəyyən edilir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməsi üçün əsaslar vardır. X6 onda müəyyən edilən Epilepsiya xəstəliyi nəticəsində meydana gələn ağıl zəifliyi, qıcolma tutmaları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hallar, yəni oğlu xx.xx.1993-cü il təvəllüdlü X3 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi faktı təsdiq olunur. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli və X6 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 322 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.1993-cü ildə Quba rayonu, Bərqov kəndində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-160/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-160/2021
10.02.2021 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver