Məhkəmə qərarları › İş №2(027)-1602/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1602/2022

15.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1602/2022 15.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba rayonu Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun X4 ilə birgə nikahlarından Quba rayonu Xaltan kəndində ev şəraitində 18 may 2020-ci il tarixdə İnci adlı uşağının doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 21 aprel 2016-cı il tarixdə Quba rayonu Xaltan kənd sakini X4 ilə rəsmi nikaha daxil olaraq həmin kəndə gəlin köçmüş və həmin vaxtdan orada yaşayır. 18 may 2020-cı il tarixdə yaşadıqları Quba rayonu Xaltan kəndində ev şəraitində uşağı anadan olmuş və həmin uşağa İnci adlı qoyulmuşdur. Həmin uşaq anidən doğulduğundan doğum evinə gedə bilməmiş, lakin doğuş zamanı Quba RMX-nın həkimi Bikəxanım Aqayeva və Töfə Şixəmmədova çağırmışlar və onlar doğuşa köməklik göstərmişlər. Uşaq ev şəraitində doğulduğundan xəstəxana tərəfindən bu barədə müvafiq arayış verilməmişdir. Həmin arayış verilmədiyinə görə isə həmin uşağın adına doğum haqqında şəhadətnamə ala bilməmişlər. Həmin uşaq hazırda yaşadığı kəndin tibb məntəqəsində qeydiyyatda olmaqla tam sağlamdır. Uşağın evdə doğulmasını qonşular və qohumlar da təsdiq edirlər. Bu yaxınlarda həmin uşaq üçün doğum haqqında şəhadətnamə almaq üçün o, Maraqlı şəxsnə müraciət etmiş, lakin orada ona yazılı şəkildə bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarına əsasən təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası»-nm doğumun qeydə alınması bölməsinin 2.5.3 və 2.5.4 bəndlərinə əsasən doğumun qeydə alınması üçün uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmadığına görə doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət olunmalıdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, 18 may 2020-ci il tarixdə doğulmuş İncinin atasıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə Maraqlı şəxs səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X4 arasında 21.042016-cı il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Quba rayon Rustov kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X8 xx.xx.2020-ci ildə Quba rayonu Xaltan kəndində doğulmuş və doğulduğu gündən həmin kənddə yaşayır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 180 nömrəli məktubdan görünür ki, X9 barəsində Maraqlı şəxsndə doğum haqqqında akt qeydləri aşkar olunmamışdır. İş materiallarında olan Quba rayonu Xaltan kəndində yaşayan X2, X10, X3 tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həqiqətən 18 may 2020-ci ildə X1 ev şəraitində doğumunda iştirak etmiş, doğuşda Quba RMX-nın həkimi Aqayeva Bikəxanım və Şixəmmədova Töfə köməklik göstərmişlər. Həqiqətən həmin tarixdə onun bir qız usağı doğulmuş və hal-hazırda sağ-salamatdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlər sadalanmışdır. Həmin sənədlərdən biri “doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd” kimi göstərilmişdir. Ərizəçi uşağı tibb müəssisəsindən kənarda dünyaya gətirdiyinə görə doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin sənədi yoxdur. Qaydaların 2.6-cı bəndində isə göstərilib: “Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir.” Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, X5 xx.xx.2020-ci il tarixdə Quba rayonu, Xaltan kəndində Ərizəçi doğulması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. xx.xx.2020-ci il tarixdə Quba rayonu, Xaltan kəndində Ərizəçi X4 ilə birgə nikahlarından ev şərairində qız uşağı (İnci adlı) doğması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar