Məhkəmə qərarları › İş №2(027)-1612/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1612/2020

28.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1612/2020 28.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X16 oğlunun katibliyi, Ərizəçi vəkili və nümayəndəsi X11 iştirakı ilə Ərizəçi Maraqlı şəxs1nə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1993-cü il tarixdə ölmüş X3 onun atası, xx.xx.2011-ci il tarixdə ölmüş X5 onun anası olmaqla qohumluq münasibətində olması faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1963-cü il tarixdə Quba rayonu, Alekseyevka kəndində anadan olmuş, adına AZ 704696 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Miras əmlakla bağlı vərəsəlik məsələlərini həll edən zaman doğum haqqında şəhadətnaməsində ata qrafasının boş olması məlum olmuşdur. Onun valideynlərinin rəsmi nikahı olmamış, doğum haqqında şəhadətnamə verilərkən ana qrafasında Qurbanova Gülçöhrə Əhməd qızı qeyd edilmiş, ata qrafası isə boş saxlanılmışdır. Atası X6 xx.xx.1925-ci ildə doğulmuş, xx.xx.1993-cü ildə ölmüşdür. Anası Qurbanova Gülçöhrə Əhməd qızı xx.xx.1926-cı ildə doğulmuş, xx.xx.2011-ci ildə ölmüşdür. Anasının doğum və ölüm haqqında şəhadətnaməsində adı X2 qeyd olunmuşdur. Lakin onun doğum haqqında şəhadətnaməsində anasının adı “Gülçöhrə” kimi yazılmışdır. Valideynlərinin nikahı olmasa da, doğum haqqında şəhadətnaməsində anasının soyadı “Qurbanova” kimi yazılmışdır. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsində və nikah haqqında şəhadətnaməsində ata adı “Mirzəbala” kimi, doğum haqqında şəhadətnaməsində ana adı “Gülçöhrə” kimi qeyd olunmuşdur. Hazırda atası X6 və anası Qurbanova Gülçöhrə Əhməd qızı öldüyündən doğum haqqında şəhadətnaməsində ata qrafasında X1, anası Qurbanova Gülçöhrə Əhməd qızının adı “Küçeyrə” kimi düzəliş edə bilmir. Doğum haqqında şəhadətnaməsində ata qrafasının boş saxlanılması və ana qrafasında Qurbanova Gülçöhrə Əhməd qızı kimi yazılmasına görə vərəsəlik məsələləri ilə bağlı çətinliklə üzləşmişdir. Bu haqda Maraqlı şəxs1nə müraciət etmiş, Maraqlı şəxs1 xx.xx.2020-ci il tarixli, 468 nömrəli məktubu ilə atası X6 vəfat etdiyindən atalığın müəyyən edilməsinin mümkün olmaması barədə imtina verilmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi X17 ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X12 bildirdi ki, onun dayısı qızı olan Ərizəçi X6 ilə X5 övladıdır. Ərizəçi Sənubərin anasının doğum haqqında şəhadətnaməsində “Gülçöhrə” yazılsa da, əsl adı “Küçeyrə”dir. Məhkəmədə şahid X4 bildirdi ki, ərizəçi onun həmkəndlisidir, sonuncunun anasının əsl adı “Küçeyrə”dir, atasının adı isə Mirzəbala. Məhkəmə Ərizəçi vəkili və nümayəndəsi X13 və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi atasının adı Mirzəbaladır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətlərindən görünür ki, xx.xx.1993-cü il tarixdə ölən X6, xx.xx.2011-ci il tarixdə ölən X7r. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs1 arayışından görünür ki, vətəndaşlıq aktları üzrə yoxlama zamanı X8 aid akt qeydi aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1993-cü il tarixdə ölmüş X3 və xx.xx.2011-ci il tarixdə ölmüş X5 birgə qızıdır. Şahid ifadələrindən göründüyü kimi, ərizəçinin anasının əsl adı Küçeyrədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, xx.xx.1993-cü il tarixdə ölmüş X3 Ərizəçi atası, xx.xx.2011-ci il tarixdə ölmüş X5 Ərizəçi anası olmaqla qohumluq münasibətində olması faktı iş materialları ilə təsdiq olunduğu üçün, ərizə əsaslıdır və təmin olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1993-cü il tarixdə ölmüş X3 Ərizəçi atası, xx.xx.2011-ci il tarixdə ölmüş X5 Ərizəçi anası olmaqla qohumluq münasibətində olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar