Məhkəmə qərarları › İş №2(027)-162/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-162/2022

09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-162/2022 09.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 və Cavabdeh3-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3-nə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3-dən, müştərək qaydada, 09.12.2015-ci il tarixli 2000/15 nömrəli Kredit müqaviləsinə əsasən ödənilməmiş 282.900 ABŞ dolları əsas, 31.520,07 ABŞ dolları faiz, 72.209,93 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 68.010,99 ABŞ dolları borc olmaqla, cəmi 454.640,99 ABŞ dolları və 24.11.2015-ci il tarixli 1992/15 nömrəli Kredit müqaviləsinə əsasən ödənilməmiş 100.000 ABŞ dolları əsas, 11.000 ABŞ dolları faiz, 28.066,67 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 24.251,94 ABŞ dolları borc olmaqla, cəmi 163.318,61 ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın girov predmetinə yönəldilməsi, həmin malların açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X7 iddialarının təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsində göstərmişdi ki, TexnikaBank” ASC ilə Cavabdeh3 arasında bağlanmış 09.12.2015ci il tarixli 2000/15 nömrəli Təminatlı Kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə illik 12 % dərəcəsi ilə 282.900 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni tərəflər arasında bağlanmış, 24.11.2015-ci il tarixli 1992/15 nömrəli Təminatlı Kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə illik 12 % dərəcəsi ilə 100 000 ABŞ dolları məbləğində kredit verilmişdir.Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu olaraq İddiaçı ASC ilə Cavabdeh3 arasında 09.12.2015-ci il tarixli 2000/15 nömrəli və 24.11.2015-ci il tarixli 1992/15 nömrəli Girov müqavilələri bağlanmış və həmin girov müqavilələrinə Əlavə 1-də qeyd olunan mallar Cavabdeh3 tərəfindən girov qoyulmuşdur. Eyni zamanda sözü gedən kredit müqavilələri üzrə öhdəliklərin təminatı qismində X6 ilə 09.12.2015-ci il tarixli 2000/15 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zamin bank qarşısında olan öhdəliklərinin yerinə yetirməməsi ilə əlaqədar faizlərin, cərimələrin məhkəmə xərclərin və digər xərclərin ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Daha sonra Cavabdeh3 ilə Cavabdeh1 arasında 30.12.2015-ci il tarixli Öhdəçilik Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh3-nin İddiaçı ASC qarşısında olan bütün kredit müqavilələri üzrə öhdəlikləri Cavabdeh1 ötürülmüş və həmin müqavilənin şərtləri İddiaçı ASC tərəfindən də təsdiq edilmişdir. Göründüyü kimi, Cavabdeh3 tərəfindən kredit müqaviləsi üzrə borclu qismində ona məxsus öhdəliklər Cavabdeh1 ötürülmüş və 09.12.2015-ci il tarixli 2000/15 nömrəli və 24.11.2015-ci il tarixli 1992/15 nömrəli Girov və zaminlik müqavilələrinin şərtləri olduğu kimi qüvvədə qalmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən borc alan tərəfindən müqavilə ilə müəyyən olunmuş məbləğ və ona hesablanmış faizlər hər ayın müvafiq günü tam şəkildə ödənilməlidir. Eyni zamanda kredit müqaviləsinə əsasən müvafiq olaraq göstərilir ki, borc alanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir. Belə ki, borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin müvafiq məbləğində dəbbə pulu ödəməlidir. Kredit müqaviləsinə əsasən borc alan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımı qaydada yerinə yetirilməməsinə görə borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Belə ki, zaminlik müqaviləsində göstərilmişdir ki, əgər “borcalan” kredit müqaviləsinin şərtlərinə əsasən krediti və onun faizlərini vaxtında ödəməzsə, zamin bankın ona göndərdiyi bildirişin alınması vaxtından müvafiq sayda gündən gec olmamaq şərti ilə “borcalan”-ın bütün borclarının ödənilməsinə zamin olur. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də cavabdehlərin ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 09.12.2015-ci il tarixli 2000/15 nömrəli Kredit müqaviləsinə əsasən ödənilməmiş 282.900 ABŞ dolları əsas, 31.520,07 ABŞ dolları faiz, 72.209,93 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 68.010,99 ABŞ dolları borc olmaqla, cəmi 454.640,99 ABŞ dolları və 24.11.2015-ci il tarixli 1992/15 nömrəli Kredit müqaviləsinə əsasən ödənilməmiş 100.000 ABŞ dolları əsas, 11.000 ABŞ dolları faiz, 28.066,67 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 24.251,94 ABŞ dolları borc olmaqla, cəmi 163.318,61 ABŞ dolları məbləğində kredit borcu vardır. Göstərilənləri nəzərə alaraq, cavabdehlərdən müştərək qaydada 09.12.2015-ci il tarixli 2000/15 nömrəli Kredit müqaviləsinə əsasən ödənilməmiş 282.900 ABŞ dolları əsas, 31.520,07 ABŞ dolları faiz, 72.209,93 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 68.010,99 ABŞ dolları borc olmaqla, cəmi 454.640,99 ABŞ dolları və 24.11.2015-ci il tarixli 1992/15 nömrəli Kredit müqaviləsinə əsasən ödənilməmiş 100.000 ABŞ dolları əsas, 11.000 ABŞ dolları faiz, 28.066,67 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 24.251,94 ABŞ dolları borc olmaqla, cəmi 163.318,61 ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın girov predmetinə yönəldilməsi, həmin malların açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh3-nin nümayəndəsi X8 onlara qarşı verilmiş iddianı qəbul etməyərək, bildirdi ki, ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh3-nə C.Y.Quliyevə qarşı iddia tələbləri tam əsassızdır, tərəflərin arasında olan bu işlərlə bağlı Nərimanov Rayon Məhkəməsinin və Quba Rayon Məhkəmsinin mövcud qətnamələri var. İddia tələbi qüvvədə olan məhkəmə aktları ilə ziddiyət təşkil edir. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı var ki, Konstitusiya Məhkəməsinin qərarları da bir sözlə müzakirə olunmur. Göründüyü kimi Mülki Məcəllənin yuxarıda göstərilən maddələrinə əsasən iddiaçı iddia müddətini ötürmüşdür və bu barədə Cavabdeh3-nin direktoru X5 iddia müddətinin tətbiq edilməsi ilə əlaqədar, məhkəməyə ərizə təqdim etmişdir. Həmin ərizəni müdafiə edərək, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh3-nin direktoru X5 ərizə ilə məhkəməyə müraciət edərək, ərizədə göstərmişdi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti verinə yetirməyi və ya verinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir və həmin Məcəllənin 373.2-ci maddəsində qeyd olunur ki, Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi Mülki Məcəllənin yuxarıda göstərilən maddələrinə əsasən iddiaçı iddia müddətini ötürmüşdür və göstərilənləri nəzərə alaraq iddia ərizəsindən imtina barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdi. İş üzrə Cavabdeh1 məhkəmədə iştirak edən zaman iddianı qəbul etməyərək bildirmişdi ki, həmin krediti Etibar Əliyev alıb, Camaləddinə verib. Sonradan onu yanlarına çağırıb öhdəliyi imzalatdırıblar. Heç bir bank işçisi və ya digər şəxslər krediti verərkən onun hansı əmlakla, nə öhdəliyini götürdüyünə baxmayıblar. Onun heç bir əmlakı olmayıb. Özləri öz aralarında razılaşıblar, girovda güya balıq qoyulub. Belə olan halda bank gedib girovuna nəzarət eləsin. Pulu Etibar və Camaləddin aparıblar, Etibar işdən çıxanda kredit müqavilələrini özü ilə aparıb. Kreditin mənə aidiyyəti yoxdur. İddianı heç bir hissədə qəbul etmir. Faiz, dəbbə və digər hesablamalarda şişirtmələr var. Kredit müqavilələrində ona ancaq öhtəçiliyə imza etdiriblər. Ona qarşı verilmiş iddianın rədd edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi ilə əlaqədar, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-375-ci maddələrinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ərizədə göstərmişdi ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3-dən, müştərək qaydada, 09.12.2015-ci il tarixli 2000/15 nömrəli Kredit müqaviləsinə əsasən ödənilməmiş 282.900 ABŞ dolları əsas, 31.520,07 ABŞ dolları faiz, 72.209,93 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 68.010,99 ABŞ dolları borc olmaqla, cəmi 454.640,99 ABŞ dolları və 24.11.2015-ci il tarixli 1992/15 nömrəli Kredit müqaviləsinə əsasən ödənilməmiş 100.000 ABŞ dolları əsas,11.000 ABŞ dolları faiz, 28.066,67 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 24.251,94 ABŞ dolları borc olmaqla, cəmi 163.318,61 ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın girov predmetinə yönəldilməsi, həmin malların açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsində göstərmişdi ki, TexnikaBank” ASC ilə “X13.Azerbaijan" MMC arasında bağlanmış 09.12.2015-ci il tarixli 2000/15 nömrəli Təminatlı Kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə illik 12 % dərəcəsi ilə 282.900 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni tərəflər arasında bağlanmış, 24.11.2015-ci il tarixli 1992/15 nömrəli Təminatlı Kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə illik 12% dərəcəsi ilə 100.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu olaraq “TexnikaBank" ASC ilə "X13.Azerbaijan” MMC arasında 09.12.2015-ci il tarixli 2000/15 nömrəli və 24.11.2015-ci il tarixli 1992/15 nömrəli Girov müqavilələri bağlanmış və həmin girov müqavilələrinə Əlavə 1-də qeyd olunan mallar Cavabdeh3 tərəfindən girov qoyulmuşdur. Eyni zamanda sözü gedən kredit müqavilələri üzrə öhdəliklərin təminatı qismində X6 ilə 09.12.2015-ci il tarixli 2000/15 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zamin bank qarşısında olan öhdəliklərinin yerinə yetirməməsi ilə əlaqədar faizlərin, cərimələrin məhkəmə xərclərin və digər xərclərin ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Daha sonra Cavabdeh3 ilə Cavabdeh1 arasında 30.12.2015-ci il tarixli Öhdəçilik Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh3-nin İddiaçı ASC qarşısında olan bütün kredit müqavilələri üzrə öhdəlikləri Cavabdeh1 ötürülmüş və həmin müqavilənin şərtləri İddiaçı ASC tərəfindən də təsdiq edilmişdir. Qeyd etdi ki, kredit müqaviləsi 09 dekabr 2015-ci ildə bağlanılıb və 12 ay müddətinə verilib, yəni 09 dekabr 2016-cı ilədək icra edilməli idi. Bununla bağlı iddia ərizəsi son icra tarixindən 3 il ərzində, yəni 09 dekabr 2019-ci il tarixədək irəli sürülməli idi. Lakin, buna baxmayaraq iddiaçı iddia müddətini ötürərək iddia ərizəsini məhkəməyə 1 il 10 ay gecikdirməklə 2021-ci ilin sentyabrnda məhkəməyə verilmişdir. Odur ki, Cavabdeh1 MM-n 375-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin keçməsi ilə bağlı iddiadan imtina barəsində qətnamə qəbul ediməsini xahiş etmişdi. İş üzrə cavabdeh X3 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh X5 ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti verinə yetirməyi və ya verinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir və həmin Məcəllənin 373.2-ci maddəsində qeyd olunur ki, Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Mülki Məcəllənin yuxarıda göstərilən maddələrinə əsasən iddiaçı iddia müddətini ötürmüşdür. Göstərilənləri nəzərə alaraq iddia ərizəsindən imtina barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 və Cavabdeh3-nin nümayəndəsi X4 izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş TexnikaBank” ASC ilə Cavabdeh3 arasında bağlanmış 09.12.2015-ci il tarixli 2000/15 nömrəli Təminatlı Kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə illik 12 % dərəcəsi ilə 350 000 ABŞ dolları məbləğində kredit xəttin açılmasını öhdəsinə götürür. Borcalan bumüqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarına olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 09.12.2015-ci il tarixli 2000/15 nömrəli zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu olaraq, X5 Cavabdeh3-nin öhdəliklərinin yeinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüş və həmin kredit müqaviləsi üzrə öhdəliyə borclu ilə birgə məsuliyyət daşıyr. İş materiallarına olan TexnikaBank” ASC ilə Cavabdeh3 arasında bağlanmış bağlanmış, 24.11.2015-ci il tarixli 1992/15 nömrəli Təminatlı Kredit müqaviləsinə əsasən, borcverən 12 ay müddətinə illik 12 % dərəcəsi ilə 100 000 ABŞ dolları məbləğində kredit xəttin açılmasını öhdəsinə götürür. Borcalan bumüqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarına olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 24.11.2015-ci il tarixli 1992/15 nömrəli zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu olaraq, X5 Cavabdeh3-nin öhdəliklərinin yeinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüş və həmin kredit müqaviləsi üzrə öhdəliyə borclu ilə birgə məsuliyyət daşıyr. İş materiallarına olan Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış 30.12.2015-ci il tarixli Öhdəçilik Müqaviləsindən məlum olur ki, həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh3-nin İddiaçı ASC qarşısında olan bütün kredit müqavilələri üzrə öhdəlikləri Cavabdeh1 ötürülmüş və həmin müqavilənin şərtləri İddiaçı ASC tərəfindən də təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 24.11.2015-ci il tarixli 1992/15 Girov müqaviləsindən görünür ki, Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq həmin müqaviləyə əsasən, əlavə 1-də qeyd olunan mallar Cavabdeh3 tərəfindən İddiaçı ASC-nin xeyrinə girov qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiz Mərkəzinin 25.04.2022-ci il tarixli, 9/522 nömrəli rəyinə əsasən, Cavabdeh3-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə hesabdan çıxarış məlumatları, 09.12.2015-ci il tarixli 2000/15 saylı təminatlı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh3 MMC-nin 09.12.2016-cı il tarixə (kredit müqaviləsinin bitmə tarixinə) banka olan əsas və faiz borcu 313.924,70 ABŞ dolları məbləğində və 30.09.2021-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 381.938,58 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: 09.12.2016-cı il tarixə əsas borc üzrə 282.900,00 ABŞ dolları, faiz borcu üzrə 31.024,70 ABŞ dolları (illik 12%-lə), 30.09.2021-ci il tarixə əsas borc üzrə 282.900,00 ABŞ dolları, faiz borcu üzrə 31.024,70 ABŞ dolları (illik 12%-lə), faiz borcu üzrə 68.013,88 ABŞ dolları (illik 5%-lə),İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 09.12.2015-ci il tarixli 2000/15 saylı təminatlı kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə bank tərəfindən cərimə hesablanmamışdır. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh3-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə hesabdan çıxarış məlumatları, 24.11.2015-ci il tarixli 1992/15 saylı təminatlı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh3MMC-nin 24.11.2016-cı il tarixə (kredit müqaviləsinin bitmə tarixinə) banka olan əsas və faiz borcu 111.000,00 ABŞ dolları məbləğində və 30.09.2021-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 135.250,00 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən 24.11.2016-cı il tarixə əsas borc üzrə 100.000,00 ABŞ dolları, faiz borcu üzrə 11.000,00 ABŞ dolları (illik 12%-lə) 30.09.2021-ci il tarixə əsas borc üzrə 100.000,00 ABŞ dolları, faiz borcu üzrə 11.000,00 ABŞ dolları (illik 12%-lə), faiz borcu üzrə 24.250,00 ABŞ dolları (illik 5%-lə) İddiaçıASC ilə Cavabdeh3 arasında bağlanmış 24.11.2015-ci il tarixli 1992/15 saylı təminatlı kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə bank tərəfindən cərimə hesablanmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 09.12.2015-ci il tarixli 2000/15 nömrəli Təminatlı Kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə illik 12 % dərəcəsi ilə 282.900 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni tərəflər arasında bağlanmış, 24.11.2015-ci il tarixli 1992/15 nömrəli Təminatlı Kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə illik 12 % dərəcəsi ilə 100 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu olaraq İddiaçı ASC ilə Cavabdeh3 arasında 09.12.2015-ci il tarixli 2000/15 nömrəli və 24.11.2015-ci il tarixli 1992/15 nömrəli Girov müqavilələri bağlanmış və həmin girov müqavilələrinə Əlavə 1-də qeyd olunan mallar Cavabdeh3 tərəfindən girov qoyulmuşdur. Eyni zamanda sözü gedən kredit müqavilələri üzrə öhdəliklərin təminatı qismində X6 ilə 09.12.2015-ci il tarixli 2000/15 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zamin bank qarşısında olan öhdəliklərinin yerinə yetirməməsi ilə əlaqədar faizlərin, cərimələrin məhkəmə xərclərin və digər xərclərin ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Daha sonra Cavabdeh3 ilə Cavabdeh1 arasında 30.12.2015-ci il tarixli Öhdəçilik Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh3-nin İddiaçı ASC qarşısında olan bütün kredit müqavilələri üzrə öhdəlikləri Cavabdeh1 ötürülmüş və həmin müqavilənin şərtləri İddiaçı ASC tərəfindən də təsdiq edilmişdir. Cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Beləliklə, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsini qanunla müəyyən edilmiş vaxtı ötürməklə vermiş və iddia müddətini ötürmüşdür. Qeyd edilənlərə məhkəmə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 554.1 və 554.4-cü maddələrinə əsasən-müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 372.1 və 372.2-ci maddələrinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 373.3-cü maddəsində göstərlir ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra-Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş üzrə cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3-nin direktoru X5 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 09.12.2015-ci il tarixli 2000/15 nömrəli Təminatlı Kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə illik 12 % dərəcəsi ilə 282.900 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni tərəflər arasında bağlanmış, 24.11.2015-ci il tarixli 1992/15 nömrəli Təminatlı Kredit müqaviləsinə əsasən sonuncuya 12 ay müddətinə illik 12 % dərəcəsi ilə 100 000 ABŞ dolları məbləğində kredit verilmişdir.Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu olaraq İddiaçı ASC ilə Cavabdeh3 arasında 09.12.2015-ci il tarixli 2000/15 nömrəli və 24.11.2015ci il tarixli 1992/15 nömrəli Girov müqavilələri bağlanmış və həmin girov müqavilələrinə Əlavə 1-də qeyd olunan mallar Cavabdeh3 tərəfindən girov qoyulmuşdur. Eyni zamanda sözü gedən kredit müqavilələri üzrə öhdəliklərin təminatı qismində X6 ilə 09.12.2015-ci il tarixli 2000/15 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zamin bank qarşısında olan öhdəliklərinin yerinə yetirməməsi ilə əlaqədar faizlərin, cərimələrin məhkəmə xərclərin və digər xərclərin ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Daha sonra Cavabdeh3 ilə Cavabdeh1 arasında 30.12.2015-ci il tarixli Öhdəçilik Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh3-nin İddiaçı ASC qarşısında olan bütün kredit müqavilələri üzrə öhdəlikləri Cavabdeh1 ötürülmüş və həmin müqavilənin şərtləri İddiaçı ASC tərəfindən də təsdiq edilmişdir, kreditlərin bitmə tarixi, müvafiq olaraq, 09 dekabr 2016-cı il və 24 noyabr 2016-cı il müəyyən edilmişdir. İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmə iddianın rədd edilməsi nəticəsinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3-dən, müştərək qaydada, 09.12.2015-ci il tarixli 2000/15 nömrəli Kredit müqaviləsinə əsasən ödənilməmiş 282.900 ABŞ dolları əsas, 31.520,07 ABŞ dolları faiz, 72.209,93 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 68.010,99 ABŞ dolları borc olmaqla, cəmi 454.640,99 ABŞ dolları və 24.11.2015-ci il tarixli 1992/15 nömrəli Kredit müqaviləsinə əsasən ödənilməmiş 100.000 ABŞ dolları əsas, 11.000 ABŞ dolları faiz, 28.066,67 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 24.251,94 ABŞ dolları borc olmaqla, cəmi 163.318,61 ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın girov predmetinə yönəldilməsi, həmin malların açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar