Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1623/2020 28.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi və onun etibarnamə əsasında nümayəndəsi, həmdə Maraqlı şəxs6, Ərizəçi vəkili X29 və maraqlı şəxs iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, X6, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Quba regional Maraqlı şəxs7nə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək mərhum əri X2 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddəti gecikdirməyinin səbəbi üzürlü sayılaraq uzadılması, mərhum əri X2 miras qalmış ½ hissə miras əmlak olan Quba şəhəri 28 aprel küçəsi 99 nömrəli yaşayış evi və həyətyanı torpaq sahəsinin miras qoyan X3 ölümündən sonra Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizənin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək mərhum əri X2 miras qalmış ½ hissə miras əmlak olan Quba şəhəri 28 aprel küçəsi 99 yaşayış evi və həyətyanı torpaq sahəsinin miras qoyan X3 ölümündən sonra Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o xx xxxxxx 1967-ci ildə X10 ilə ailə qurmuşdur. Birgə nikahdan Zeynəb, Səadət, Salatın, Mehriban, Həsən və Türkan adlı uşaqları doğulmuşdur. O, Bahadır Fərzəliyevlə ailə qurarkən onun yaşadığı Quba şəhəri 28 aprel (indiki M.Ə.Rəsulzadə küçəsi) 99 sayı evə gəlin köçmüşdür. Həmin vaxtdan hal-hazıra kimi həmin evdə yaşamışdır. Həmin evi mərhum X37 və anası Mariya Fərzəliyev xx xxxxxx 1972-ci il tarixdə bağlanmış alqısatqı müqaviləsinə əsasən X19 almışdır. Mərhum X37in anası Mariya Fərzəliyeva xx xxxxxx 1989-cu ildə vəfat etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-1417/2013 nömrəli, xx xxxxxx 2013-cü il tarixli qətnaməsinə əsasən X4 qalmış ½ hissə miras əmlakı olan Quba şəhəri 28 aprel küçəsi 99 saylı yaşayış evi və həyatyanı torpaq sahəsi üzrə X5 miras qəbul etməsi faktı müəyyən edilmişdir. Həmin evin ½ hissəsi də mərhum ərinə məxsus olduğu üçün onun vəfatından sonra həmin evdə o yaşadığından ondan qalmış mirası faktiki olaraq qəbul etmişdir. X37 2015-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra qanuni bilməməzlikdən notariat orqanına ərizə verməmiş, ondan qalmış miras əmlaka dair ölümündən sonra vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Belə ki, mərhum X37indən miras qalan payı vərəsəlik yolu qəbul etmək üçün Quba regional Maraqlı şəxs7 mərkəzinin notariat ofisinə müraciət etsə də, oradan qanunla müəyyən edilmiş müddəti buraxdığı üçün notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında məktub verilmiş və məhkəməyə müraciət etməyi məqsədə müvafiq olduğu qeyd edilmişdir. Miras qoyan Bahadır Fərzəliyevin yəni birinci növbəli vərəsələri olan uşaqları notariusa ərizə təqdim edərək bütün miras əmlakından onlara çatası payı qəbul etmədiklərini, etmək niyyətində olmadıqlarını bildirmiş, notarius tərəfindən isə onlara buraxılmış müddətin bərpası və vərəsəlik payından imtina ərizəsini ləğv etməyin mümkünsüzlüyü izah edilmişdir. Məhkəmədə Ərizəçi və onun etibarnamə əsasında nümayəndəsi Maraqlı şəxs6 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdilər. Əvvəlki məhkəmə iclasında iştirak edən Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs1, X6, Maraqlı şəxs5 məhkəməyə verdikləri izahatlarında ataları X2 onlara çatası miras payını qəbul etmədiklərini, həmin miras payından anaları Ərizəçi qızının xeyrinə imtina etdiklərini bildirmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs1, X6, Maraqlı şəxs5 və Quba Regional Maraqlı şəxs7 mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin, onun etibarnamə əsasında nümayəndəsinin, maraqlı şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxxxxx 2015-ci il tarixdə Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 755491 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx xxxxxxx 2015-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Quba Rayon Məhkəməsinin 2(027)-1417/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qətnaməsindən görünür ki, X4 qalmış ½ hissə miras əmlakı olan Quba şəhəri 28 aprel küçəsi 99 saylı yaşayış evi və həyətyanı torpaq sahəsi üzrə X5 mirası qəbul etmə faktının təsdiq edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 1969-cu il tarixdə Quba rayonu Zaqs bürosu tərəfindən verilmiş AZ ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx xxxx 1969-cu il tarixdə Quba rayonunda doğulmuş, atası X11, anası Ərizəçidır. İş materiallarına əlavə olunmuş xx xxxxx 1950-ci il tarixdə Quba rayonu Zaqs burosu tərəfindən verilmiş İE 437136 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X17 xx xxxxxx 1941-ci il tarixdə doğulmuş, atası X7, anası X8r. İş materiallarında olan xx xxxxxx 1947-ci il tarixli Quba rayonu, Vladimirovka kənd soveti tərəfindən verilmiş İ-İE 545344 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X11 ilə X18 xx xxxxxx 1967-ci il tarixdə nikahları bağlanmış, nikah bağlandıqdan sonra arvad Fərzəliyeva soyadını qəbul etmişdir. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş 552 nömrəli arayışdan görünür ki, X1 şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 99 ünvanında yaşamış və xx xxxxxxx 2015-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra onun Ərizəçi, Bağırova (Fərzəliyeva) Zeynəb Bahadir qızı, İsmayılova (Fərzəliyeva) Səadət Bahadır qızı, İbrahimova (Fərzəliyeva) Salatın Bahadır qızı, Əliyeva (Fərzəliyeva) Mehriban Bahadır qızı, Maraqlı şəxs1 Bahadır oğlu və Əliməmmədova (Fərzəliyeva) Türkan Bahadır qızı adlı vərəsələri qalmışdır. İş materiallarında olan xx xxxxxx 1972-ci il tarixli müqavilənamədən görünür ki, X16 şəhəri 28 aprel küçəsi, 99 nömrəli ünvanda yerləşən torpaq sahəsi və üzərində tikilmiş evi Mariya və Bahadur Fərzəliyevlərə satmışdır. İş materiallarında olan maraqlı şəxslər Maraqlı şəxs5, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs1, X6 tərəfindən Notoriat Kontorunda verilmiş ərizədən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş atası X2 qalmış miras əmlakdan onlara çatası payı qəbul etməmiş və etmək niyyətində də deyildirlər. Müddətin uzadılması ilə bağlı məhkəməyə müraciət etməyəcəklər. İş materiallarına əlavə olunmuş xx xxxxxx 1969-cu il tarixdə Quba rayonu Zaks bürosu tərəfindən verilmiş AZ-1746401 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx xxxx 1969-cu il tarixdə Quba şəhərində anadan olmuş, atası X11, anası X14r. İş materiallarına əlavə olunmuş xx xxxx 1982-ci il tarixdə Quba rayonu VVADQ şöbəsi tərəfindən verilmiş Vİİ-JQ 381476 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs1 xx xxxxxx 1982-ci il tarixdə Quba rayonunda doğulmuş, atası X11, anası X14r. İş materiallarına əlavə olunmuş xx xxxxxx 1967-ci il tarixdə Quba rayon Zaqs bürosu tərəfindən verilmiş AZİ-1406769 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X15 xx xxxxxx 1967-ci il tarixdə Quba şəhərində anadan olmuş, atası X11, anası X14r. İş materiallarına əlavə olunmuş xx xxxxx 1990-cı il tarixdə Quba rayon VVADQ şöbəsi tərəfindən verilmiş XV-JQ 261112 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs2 xx xxxx 1990-cı il tarixdə Quba şəhərində doğulmuş, atası X11, anası X14r. İş materiallarına əlavə olunmuş xx xxxx 1974-cü il tarixdə Quba rayon VVADQ şöbəsi tərəifndən verilmiş İ-JQ 439495 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, FərzMaraqlı şəxs4 Bahadır qızı xx xxxxxx 1974-cü il tarixdə Quba şəhərində anadan olmuş, atası X11, anası X14r. İş materiallarına əlavə olunmuş xx xxxx 1971-ci il tarixdə Quba rayon VVADQ şöbəsi tərəfindən verilmiş İV-JQ 391131 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx xxxx 1976-cı il tarixdə Quba şəhərində anadan olmuş, atası X11, anası X14r. Beləliklə, məhkəmədə müəyyən olundu ki, X20 xx xxxxxx 1967-ci ildə X10 ilə ailə qurmuş, birgə nikahdan Zeynəb, Səadət, Salatın, Mehriban, Həsən və Türkan adlı uşaqları doğulmuş, Bahadır Fərzəliyevlə ailə qurarkən onun yaşadığı Quba şəhəri 28 aprel (indiki M.Ə.Rəsulzadə küçəsi) 99 sayı evə gəlin köçmüş, həmin vaxtdan hal-hazıra kimi həmin evdə yaşamış, həmin evi mərhum X37 və anası Mariya Fərzəliyev xx xxxxxx 1972-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X19 almış, mərhum X37in anası Mariya Fərzəliyeva xx xxxxxx 1989-cu ildə vəfat etmiş, Quba Rayon Məhkəməsinin 2(027)-1417/2013 nömrəli, xx xxxxxx 2013-cü il tarixli qətnaməsinə əsasən X4 qalmış ½ hissə miras əmlakı olan Quba şəhəri 28 aprel küçəsi 99 saylı yaşayış evi və həyatyanı torpaq sahəsi üzrə X5 miras qəbul etməsi faktı müəyyən edilmiş, həmin evin ½ hissəsi də mərhum ərinə məxsus olduğu üçün onun vəfatından sonra həmin evdə o yaşadığından ondan qalmış mirası faktiki olaraq qəbul etmiş, X37 2015-ci ildə vəfat etmiş, onun ölümündən sonra qanunu bilməməzlikdən notariat orqanına ərizə verməmiş, ondan qalmış miras əmlaka dair ölümündən sonra vərəsəlik hüququ haqqında şəhadətnamə almamış, belə ki, mərhum X37indən miras qalan payı vərəsəlik yolu qəbul etmək üçün Quba regional Maraqlı şəxs7 mərkəzinin notariat ofisinə müraciət etsə də, oradan mirası qəbul etməsini təsdiq edən sübutları təqdim edə bilmədiyinə görə notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında məktub verilmiş və məhkəməyə müraciət etməyn məqsədə müvafiq olduğu qeyd edilmiş, miras qoyan Bahadır Fərzəliyevin yəni birinci növbəli vərəsələri olan uşaqları notariusa ərizə təqdim edərək bütün miras əmlakından onlara çatası payı qəbul etmədiklərini, etmək niyyətində olmadıqlarını bildirmiş, notarius tərəfindən isə onlara buraxılmış müddətin bərpası və vərəsəlik payından imtina ərizəsini ləğv etməyin mümkünsüzlüyü bildirilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Ərizəçi göstərdiyi hallar, yəni əri X2 miras qalmış ½ hissə miras əmlak olan Quba şəhəri 28 aprel küçəsi 99 nömrəli yaşayış evi və həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı yaşayaraq və faktiki istifadəsində olaraq qəbul etmiş hal-hazırda həmin əmlak onun faktiki sahibliyi və istifadəsindədir. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli, X2 miras qalmış ½ hissə miras əmlak olan Quba şəhəri 28 aprel küçəsi 99 nömrəli yaşayış evi və həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. X2 miras qalmış ½ hissə miras əmlak olan Quba şəhəri 28 aprel küçəsi 99 yaşayış evi və həyətyanı torpaq sahəsinin miras qoyan X3 ölümündən sonra Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1623/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1623/2020
28.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver