Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1627/2020 25.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X36 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba regional “Asan Xidmət” mərkəzi notariat ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əkbərova (Novruzova) Bəsti Məcnun qızı, X34, Əkbərova (Səmədova) Raziyə Məclun qızı, Əkbərova (Mustafayeva) Mizarə Məclun qızı, Əkbərova (Cəfərova) İradə Məclun qızı və Əkbərova (Seyidbalayeva) Şərafət Məcnun qızına qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, X1 miras qalmış Quba rayon Pirvahid kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evinə, eləcə də, X5ndan miras qalmış 0,1457 və 0,554 ha torpaq sahələrinə dair onun, yəni Ərizəçi tərəfindən qəbul edilməsi və həmin əmlaka sahiblik, istifadə və onun barəsində sərəncam vermə faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ona görə də, Ərizəçi iddia tələbini dəqiqləşdirmək barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 və X5ndan miras qalmış Quba rayon Pirvahid kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evinə, eləcə də, X5ndan miras qalmış 0,1457 və 0,554 ha torpaq sahələrinə vərəsəliyin açılma yeri Quba rayonu Pirvahid kəndi olmaqla onun, yəni Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X15 onun atasıdır. Quba rayonu, Pirvahid kəndi ərazisindən 0,11 ha həyətyanı torpaq sahəsi JN-167F Kod 30320028 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən, eləcə də, həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evi xx xxxxxx 1989-cu il tarixli 471 reyestr nömrəli Qeydiyyat vəsiqəsinə əsasən mərhum X2na məxsus olmaqla ondan miras qalmışdır. X2 xx xxxxxx 2006-cı il tarixdə ölmüşdür. Atasının ölümündən sonra anası X6 rayonu Pirvahid kəndi ərazisindən X2na JN-126, Kod 30320028 saylı Torpağa Mülkiyyət Hüququna dair Şəhadətnaməyə əsasən məxsus 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə xx.xx.2012-ci il tarixdə Quba rayon X24 üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnaməyə əsasən də anası Səmayə Əkbərova AR ƏMDK yanında DƏDRX-dan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Quba rayonu, Pirvahid kəndi ərazisində yerləşən 0,554 ha çoxillik əkmələrdən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Seriya RX № ******* saylı, qeydiyyat nömrəli, xx.xx.2012ci il qeydiyyat tarixli və Quba rayonu, Pirvahid kəndində yerləşən 0,1457 ha əkin sahəsinə Seriya RX № ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarışlar almışdır. X5 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Onun ölümündən sonra vərəsələri bacıları Bəsti, Raziyə, Mizarə, İradə, Şərafət, eləcə də, qardaşı Hacı və o, Ərizəçi qalsalar da, atasından miras qalmış Quba rayonu Pirvahid .kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən iki mərtəbəli yaşayış evini, eləcə də anasından qalmış 0,1457 və 0,554 ha torpaq sahələri olan miras əmlakı vərəsələrdən yalnız o, faktiki idarə etməklə mirası qəbul etmişdir. Həmin evə dair bütün kommunal xərcləri, eləcə də torpaq sahələrinə dair vergi borclarını ödəyir. Eləcə də, evdə, həyətdə təmir və təmizlik işlərini o gördürür. Digər vərəsələr bacıları Bəsti, Raziyə, Mizarə, İradə, Şərafət, eləcə də, qardaşı Hacı atasından və anasından miras qalmış əmlakları qəbul etməmişlər. Hazırda o, X1 miras qalmış Quba rayon Pirvahid kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evinə, eləcə də, X5ndan miras qalmış 0,1457 və 0,554 ha torpaq sahələrinə dair çıxarış almaq istəyir. Bunun üçün onun atasının və anasının vərəsəsi olaraq mirası qəbul etməyi, həmin mirasa faktiki sahiblik və istifadə etməyi faktının müəyyən edilməsi tələb olunur. Beləliklə də, qanunvericiliyin tələbləri üzrə atası Məcnun Əkbərovdan miras qalmış Quba rayonu, Pirvahid kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evini və anası Səmayə Əkbərovadan miras qalmış Quba rayonu, Pirvahid kəndində yerləşən 0,1457 və 0,554 ha torpaq sahəsini faktiki idarə etməklə mirası o, qəbul etmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Quba regional Asan xidmət mərkəzində notariat ofisinə müraciət etmiş. Quba regional Asan xidmət mərkəzində notariat ofisinin xx xxxxxx 2020-ci il tarixli, 853 saylı məktubu ilə qanunvericiliklə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxdığı bildirilərək, ona həmin faktın məhkəmə qaydasında müəyyən olunması izah olunmuşdur. Miras əmlakı Quba rayonu ərazisində yerləşdiyindən və miras üzrə mübahisə yarandığından qanunun tələbinə əsasən aidiyyəti üzrə Quba rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdilər. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əkbərova (Novruzova) Bəsti Məcnun qızı, X34, Əkbərova (Səmədova) Raziyə Məclun qızı, Əkbərova (Mustafayeva) Mizarə Məclun qızı, Əkbərova (Cəfərova) İradə Məclun qızı və Əkbərova (Seyidbalayeva) Şərafət Məcnun qızı məhkəmədə izahat verərək, iddianı qəbul etdiklərini, valideynlərindən qalmış mirasın qardaşları Ərizəçi tərəfindən qəbul edilməsinə etirazlarının olmadığını bildirmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əkbərova (Novruzova) Bəsti Məcnun qızı, X34, Əkbərova (Səmədova) Raziyə Məclun qızı, Əkbərova (Mustafayeva) Mizarə Məclun qızı, Əkbərova (Cəfərova) İradə Məclun qızı və Əkbərova (Seyidbalayeva) Şərafət Məcnun qızı məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2012-ci il tarixli Şəhadətnamənin surətindən görünür ki, X15 miras qoyan X13 miras qalmış Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin X46 tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 8/2152 nömrəli arayışa və Azərbaycan Respublikası DTXK Quba rayon tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, JN-126, Kod 30320028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Quba rayonu, Pirvahid kəndində yerləşən 0,95 ha torpaq sahəsi X8 çatan hissədən ibarətdir. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********33 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Quba rayonu, Pirvahid kəndində yerləşən 0,1457 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X20 mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı, **********390 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Quba rayonu, Pirvahid kəndində yerləşən 0,554 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X20 mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X22 xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. Onun atası – X16, anası – X17r. İş materiallarına əlavə olunmuş “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X26 xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. Onun atası – X16, anası – X17r. İş materiallarına əlavə olunmuş “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X27 xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. Onun atası – X16, anası – X17r. İş materiallarına əlavə olunmuş “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X35 xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. Onun atası – X16, anası – X17r. İş materiallarına əlavə olunmuş “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X23 xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Onun atası – X16, anası – X17r. İş materiallarına əlavə olunmuş “evlənmə haqqında şəhadətnamə”nin surətindən görünür ki, X16 ilə X18 arasında xx.xx.1960-cı il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə olunmuş “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. Onun atası – X16, anası – X17r. İş materiallarına əlavə olunmuş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X20 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın İİ Nügədi kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X37 qızı Quba rayonu, Pirvahid kəndində qeydiyyatda olmuş, yaşamış və xx.xx.2016-cı ildə Quba rayonu, İİ Nügədi kəndində vəfat etmişdir. Vəfat etdikdən sonra – Əkbərova (Novruzova) Bəsti Məcnun qızı, X34, Əkbərova (Səmədova) Raziyə Məclun qızı, Əkbərova (Mustafayeva) Mizarə Məclun qızı, Əkbərova (Cəfərova) İradə Məclun qızı və Əkbərova (Seyidbalayeva) Şərafət Məcnun qızı vərəsələri olmuşdur. X20 vəfat edən gündən bu günə kimi adında olan əmlakı oğlu – X28 idarə edir. İş materiallarına əlavə olunmuş Quba RİHB-nın İİ Nügədi kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X3 rayonu, Pirvahid kəndində qeydiyyatda olmuş, yaşamış və xx.xx.2006-cı ildə Quba rayonu, İİ Nügədi kəndində vəfat etmişdir. Vəfat etdikdən sonra – Əkbərova (Novruzova) Bəsti Məcnun qızı, X34, Əkbərova (Səmədova) Raziyə Məclun qızı, Əkbərova (Mustafayeva) Mizarə Məclun qızı, Əkbərova (Cəfərova) İradə Məclun qızı və Əkbərova (Seyidbalayeva) Şərafət Məcnun qızı vərəsələri olmuşdur. X20 vəfat edən gündən bu günə kimi adında olan əmlakı oğlu – X28 idarə edir. İş materiallarına əlavə olunmuş qeydiyyat vərəqəsindən görünür ki, Quba rayonu, Pirvahid kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evi X9 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş X12 dair Şəhadətnamənin surətindən görünür ki, X11 və onun ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 14 saylı qərarına əsasən JN-167F, KOD 30320028 saylı şəhadətnamə tərtib edilərək 0,11 ha torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki,Ərizəçi xx.xx.1966-cı ildə anadan olmuş, X2 və X5 olmuşdur. X15 xx.xx.2006-ci il tarixdə, X20 isə xx.xx.2016-cı il tarixdə vəfat etmişlər. X9 və X14 vəfatından sonra Əkbərova (Novruzova) Bəsti Məcnun qızı, X34, Əkbərova (Səmədova) Raziyə Məclun qızı, Əkbərova (Mustafayeva) Mizarə Məclun qızı, Əkbərova (Cəfərova) İradə Məclun qızı və Əkbərova (Seyidbalayeva) Şərafət Məcnun qızı və Ərizəçi qanun üzrə birinci növbəli vərəsələr kimi qeydiyyata alınmışlar. X4 və X10 miras qalmış Quba rayon Pirvahid kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evinə, eləcə də, X10 miras qalmış 0,1457 və 0,554 ha torpaq sahələrinə Ərizəçi sahiblik etmiş, onu qəbul etmiş, əmlaka dair vergiləri ödəmişdir. Lakin qanunu bilməməzlikdən miras qoyan X15 və X14 vəfat edəndən sonra qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmək üçün Notariat Kontoruna ərizə ilə müraciət etməmişdir. Ata və anasından qalan mirası qəbul etmək üçün Quba regional “Asan Xidmət” mərkəzinin notariat ofisinə müraiət etsə də, oradan ona qanunla müəyyən edilmiş müddəti buraxdığına görə notariat hərəkətinin aparılmasından imtina edilmiş və məhkəməyə müraciət edilməsi məqsədə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Qanunun 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Ərizəçi göstərdiyi hallara əsasən X1 və X5ndan miras qalmış Quba rayon Pirvahid kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evinə, eləcə də, X5ndan miras qalmış 0,1457 və 0,554 ha torpaq sahələri Ərizəçi qəbul etmiş hal-hazırda həmin əmlak onun faktiki sahibliyi və istifadəsindədir. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli, X1 və X5ndan miras qalmış Quba rayon Pirvahid kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evinə, eləcə də, X5ndan miras qalmış 0,1457 və 0,554 ha torpaq sahələrindən ibarət mirasın, mirasın açılma yeri Quba rayonu Pirvahid kəndiolmaqla Ərizəçi tərəfindən qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Miras qoyan X4 və X10 miras qalmış Quba rayon Pirvahid kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evinə, eləcə də, X10 miras qalmış 0,1457 və 0,554 ha torpaq sahələrinin onların ölümündən sonra mirasın açılma yeri Quba rayonu Pirvahid kəndi olmaqla Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1627/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1627/2020
25.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver