Məhkəmə qərarları › İş №2(027)-163/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-163/2022

04.02.2022 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-163/2022 04.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndələri X16 və X15 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, kəndlərində İİ dəfə keçirilmiş torpaq islahatı ilə 24.04.2000-ci il tarixində X3 adına verilmiş № 0032 KOD 30329068 nömrəli 'Torpağın Mülkiyyət hüququna’' dair Dövlət aktının əsasında X4 adına verilmiş bütöv sahənin 1/3 hissəsi olan torpaq payının ona satılması barəsində 29 mart 2000-ci il tarixində bağladığı alqı-satqı müqaviləsinin yenidən bağlanılmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X16 iddia ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, o 2006-cı ildə Quba rayon Məhkəməsinə alqı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsi tələbinə dair qətnamə çıxarılması xahişi ilə iddia ərizəsi təqdim edib. İddia ərizəsinə Quba rayon Məıhkəməsində 01.05.2006-cı il tarixində açıq məhkəmə iclasında baxılmışdır. Məhkəmə hər tərəfli araşdırma apardıqdan sonra ərizənin təmin edərək 2- 176 №-li qətnamə çıxarmışdır. Ancaq hal-hazırda xüsusi mülkiyyət hüququna dair qeydiyyat şəhadətnaməsi almaq istəyərkən əmlak komitəsinin işçiləri ona izah ediblər ki, həmin qətnamənin "qət" hissəsində qətnamə çıxarılmış torpağa mülkiyyət hüququna dair dövlət aktının № 0032 nömrəsi KOD 30329068 nömrələri göstərilməyib. Yəni pay torpağının 1/3 hissəsinin X6 aid hissəsinin alqı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsinə dair dəqiq qeyd olunmayıb, həmin qətnamənin qət hissəsində zəruri düzəlişə ehtiyacı olan yanlışlıq vardır. Həmin yanlışlığın düzəldilməsi xahişi ilə 02.03.2021 -ci il tarixində Quba rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Quba rayon Məhkəməsi iş № 02(027)-176/2006 saylı 15.03.2021-ci il tarixli qərardadı ilə ərizəni təmin etməmişdi. Belə ki. Quba Rayon Məhkəməsinin 01 may 2006-cı il tarixli, 2-176/2006 saylı qətnaməsindən 08.01.2007-ci il tarixində cavabdeh X11 apellyasiya şikayəti vermiş. Sumqayıt Apellyasiya Məhkəməsinin 13 mart 2007-ci il tarixli, 1MK-2537/2007 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 01 may 2006-cı il tarixli, 2-176/2006 saylı qətnaməısi ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 13 mart 2007-ci il tarixli, 1MK- 2537/2007 saylı qətnaməsindən kassasiya şikayəti verib, Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 avqust 2007-ci il tarixli, 6k-1697/07 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 13 mart 2007-ci il tarixli. 1MK-2537/2007 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda vəziyyət dəyişmiş, yeni hallar yaranmışdır: Bildirir ki, X12 öz pay torpağını ona satmaqla, həmin vaxt keçmişdən ona qaytarası olduğu 1000 ABŞ dolları məbləğində olan köhnə borcunu bağlamış və daha 1000.000 manat pul almışdı. O torpağı ona görə satmışdı ki, borcu olub, pula ehtiyacı olub, yaşlı olduğuna görə torpağı becərmək imkanı olmayıb. Bəs nə üçün o alqı-satqı müqaviləsini təkrar imzalamaq üçün notariusa gedə bilmirdi? Ona görə ki, bir nəfər (makler) torpaq dəllalı ortaya düşmüşdü, X7 hədələyirdi ki, müqaviləni pozsun, vəziyyəti həmin dəllalın xeyrinə dəyişsin. X2 nə köhnə borcunu, nə də nəğd aldığı pulu geri qaytara bilmədi. Ona görə də həmin torpaq o vaxtdan (1998-ci ildən) indiyə kimi onun əlindədir, dənli bitkilər əkir. Həmin № 0032 KOD 30329068 "Torpağa mülkiyyət hüququna" dair Dövlət Aktının digər iki payının sahibləri dəyişilmişdir. Payçılar birisi Ağakişiyeva Bahar ailə qurub başqa rayona köçmişdir, ərinin evindədir, soyadı Cavabdeh olub. Bahar atası Nöhbalanın payını vərəsəlik qaydası ilə almış, hər iki payını ona satmışdır. 1998-ci ildən bəri həmin üç paydan ibarət cəmi 0,54 hektar olan sahədə dənli bitkilər əkir. Cavabdeh öz analığı X8 payını heç vaxt özününkü saymamışdır, ona görə ki, X13 öz payını sağ ikən satmışdır. Bahar Zenfiranın vərəsəsi deyildir. Ağakişiyev Nöhbala 1999-cu ildə, Zənfira 2011-ci ildə vəfat etmişlər. İstər Sumqayıt Apellyasiya Məhkəməsinin, istərsə də AR Ali Məhkəməsinin onun əleyhinə qətnamə çıxararkən istifadə etdikləri AR MM-nin 218-ci maddəsi hal-hazırda öz təsir vektorunun istiqamətini 180° onun xeyrimə dəyişmişdir. AR MM-nin 218-ci maddəsinin tələbinə görə torpaq payının payçılarından biri öz payını satmaq istədikdə lap yaxında olan payçılara təklif etməlidir. Hal-hazırda həmin 3 paydan qalan ikisini də satın alıb. Hələ 21 il qabaq aldığı birinci payın ona məxsus olması qeydiyyat şəhadətnaməsində qeydə alınmır. X3 adına 24.04.2000-ci il tarixində verilmiş JN 0032 KOD: 30329068 nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət Aktının oturduğu cəmi sahəsi 0.54 ha olan pay torpağına dair AA № 519830 nömrəli, Quba rayon Təngəaltı kənd sakini İddiaçı adına verilmiş AR ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarış sənədini alıb. Ancaq həmin sənəddə 1/3 payçı kimi X4 adıda yazılmışdır, halbuki, həmin şəxs 2000-ci il 29 mart tarixində ümumi torpaq payının 1/3-ni, yəni öz torpaq sahəsini bütövlükdə ona satmışdır. Özü isə 2011-ci ildə vəfat etmişdir. Hal-hazırda torpağı tamamilə ədalətli və qanuni əsaslarla istifadə edir, dənli bitkilər əkir. Cavabdeh həmin sahədə heç vaxt olmayıb, heç yerin yerləşdiyi koordinatları da bilmir. AR MM-nin 218-ci maddəsinin ona verdiyi üstünlük hüququ varkı, o da onun hüququdur. Buda məhkəməyə müraciət etməyə əsas verir. Onun 30 mart 2021-ci il tarixində həmin xahişlə Quba rayon Məhkəməsinə yazdığı iddia ərizəsi icraata alınmışdır, ancaq 16.06.2021-ci il tarixində çıxardığı qərardadla baxılmamış saxlanılmışdır. Ona məlum olmayan səbəbdən məhkəməyə bir qədər sonra müraciət etməyi məsləhət görmüşlər. Bu sənədin təsərrüfat məqsədləri ilə qanuni qaydalarla istifadə olunması, bankda girov qoyub kredit götürmək, yaxud hökumət orqanlarında təqdim edib layihə vermək üçün ona tam qanuni sənəd lazımdır Göstərilənlərə əsasən kəndlərində İİ dəfə keçirilmiş torpaq islahatı ilə 24.04.2000-ci il tarixində X3 adına verilmiş J№ 0032 KOD 30329068 nömrəli 'Torpağın Mülkiyyət hüququna’' dair Dövlət aktı əsasında X9 məxsus bütöv sahənin 1/3 hissəsi olan torpaq payının ona satılması barəsində 29 mart 2000-ci il tarixində bağladığı alqı-satqı müqaviləsinin yenidən bağlanılmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X25 iddia ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqındaməhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı nümayəndələri X16 və X17 dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Aqrar İslahat Komissiyasının 22.05.1998-ci il tarixli, 07 saylı qərarı ilə verilmiş JN 102; kod 30329068 Dövlət Aktında qeyd edilmiş 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 və onun digər ailə üzvlərinə əmlak payı kimi xüsusi mülkiyyətə verilib. İş materiallarında olan Quba rayon Aqrar İslahat Komissiyasının 24.06.2000-ci il tarixli, 07 saylı qərarı ilə verilmiş JN 0032; kod 30329068 Dövlət Aktında qeyd edilmiş 0.54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 və onun digər ailə üzvlərinə əmlak payı kimi xüsusi mülkiyyətə verilib. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin reyestr nömrəsi **********99, qeydiyyat nömrəsi **********3, 16.06.2020-ci il tarixli çıxarışının surətindən görünür ki, Quba rayon Təngəaltı kəndində yerləşən 0.54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.36 ha hissəsi İddiaçı, 0.18 ha hissəsi X4 xüsusi mülkiyyətinə verilib. İş materiallarında olan 29.03.2000-ci il tarixli müqavilənin surəyindən görünür ki, həmin müqavilə Quba rayonu, Çiçi kəndində yaşayan X14 ilə İddiaçı arasında bağlanmış JN 0032; kod 30329068 Dövlət Aktına əsasən X14 özünə məxsus 12416.91 olan 943.98 kv.metr bağ, 2602.33 kv.metr dəmyə sahənin 1/3 hissəsini İddiaçı satıb. İş materiallarında olan AZ-İİ 019873 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X14 25.12.2011-ci il tarixində vəfat edib, ölüm haqqında akt qeydləri kitabında 05.01.2012-ci il tarixində 02 nömrə ilə qeyd edilib. İş materiallarında olan Quba rayon Məhkəməsinin 12.09.2019-cu il tarixli, 2(027)-2061/2019 saylı qətnaməsinə əsasən Torpağa mülkiyyət hüququnq dair JN 0032; kod 30329068 Dövlət X1 və Ağkişiyev Nöhbala babakişi oğluna münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmədə müəyyən edildi ki, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etsə də, iddia ərizəsində 24.04.2000-ci il tarixində X3 adına verilmiş J№ 0032 KOD 30329068 nömrəli Torpağın Mülkiyyət hüququna’' dair Dövlət aktı əsasında X9 məxsus bütöv sahənin 1/3 hissəsi olan torpaq payının ona satılması barəsində 29 mart 2000-ci il tarixində bağladığı alqı-satqı müqaviləsinin yenidən bağlanılmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, iddiaçının iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar