Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1631/2021 01.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Quba Maraqlı şəxstariat ofisinə qarşı mirasın qəbul edilməsi faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 24.05.1956-cı ildə vəfat edən atası Ərizəçi miras qalmış ünvan 1 ünvanında yerləşən 130.6 kv.m torpaq sahəsində yerləşən fərdi evinə dair mirası özü, Ərizəçi tərəfindən qəbul edilməsi faktının təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçiqızı ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərir ki, ailə üzvləri atası X9, X1, bacıları Ağayeva (Ramazanova) Müşkünaz Paşa qızı, Məmmədova (Ramazanova) Tamilla Paşa qızı, qardaşı X10 və özü Ərizəçi olmuşdur. Atası və anası 17 noyabr -1931-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurub. X1 05 mart 1955-ci ildə, atası X9 isə 24 may 1956-ci ildə, bacıları Ağayeva (Ramazanova) Müşkünaz Paşa qızı 02.07 2014-cü ildə, X7 08.10.2018-ci ildə, qardaşı Ramazanov Yunis 23.09.2013-cü ildə vəfat etmişlər. Hal-hazırda miras qoyanın bir vərəsəsi- Ərizəçidur. ünvan 2 ünvanında yerləşən texniki pasport və torpaq qeydinə əsasən 130.6 kv/m torpaq sahəsində yerləşən fərdi yaşayış evi, valideynləri 24,05.1956-cı ildə vəfat edən X9 və 05.03.1985-ci ildə vəfat edən X2 miras qalmışdır. Hal-hazırda qeyd olunan miras qalmış əmlaka vərəsəlik hüququna dair şəhadətnamə almaq istəyir. Bununla ələqədar Quba Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə müraciət edib. Notariat Ofisinin 31 may 2021-ci il tarixli 1569 nömrəli məktubu ilə mirasın qəbulu müddətini ötürməməyi, mirasın faktiki qəbulu, ona sahiblik etməyi barədə sübutlar təqdim etmədiyindən qanun üzrə vərəsəlik hüququna dair şəhdətnamənin verilməsindən imtina edilmiş, mirası qəbul etmək faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək izah edilmişdir. Göstərilənləri nəzərə alaraq, 24.05.1956-cı ildə vəfat edən atası Ərizəçi miras qalmış ünvan 1 ünvanında yerləşən 130.6 kv.m torpaq sahəsində yerləşən fərdi evinə dair mirası Ərizəçi tərəfindən qəbul edilməsi faktı təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf Quba “ASAN xidmət” mərkəzinin notariat ofisi qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmiş, Quba “ASAN xidmət” mərkəzinin notariat ofisi məktubla məhkəməyə müraciət edərək, məhkəmədən notariat ofisinin iş rejimini və əhalinin sıxlığını nəzərə alaraq, mülki iş üzrə təyin olunmuş məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, maraqlı tərəf Quba Maraqlı şəxstariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X11 bildirdi ki, Ərizəçi ilə paralel məhlədə yaşayır, qardaşı mərhum X10 ilə hərbi xidmətdə olub. Paşa onun atasıdır. İki qardaş iki bacı olublar, onlar atasına məxsus evdə yaşayıblar. İki bacısı və qardaşı dünyadan köçüb, evin tək varisi kimi Ərizəçi tanıyır. Məhkəmə Ərizəçi və şahid X8 dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Quba RİHB-nın Quba şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 06.07.2021-ci il 1853 nömrəli arayışdan görünür ki, X3 05 mart 1955-ci ildə, X9 24 may 1956-ci ildə vəfat etmiş, onların aşağıdakı vərəsələri, xx.xx.1950-ci il təvəllüdlü Ərizəçi, 02.07 2014-cü ildə vəfat etmiş Ağayeva (Ramazanova) Müşkünaz Paşa qızı, 08.10.2018-ci ildə vəfat etmiş X7, 23.09.2013-cü ildə vəfat etmiş X10 qalmışdır. İş materiallarına əlavə olunmuş Quba şəhər kənarında yerləşən torpaqdan istifadə hüququ haqqında 550 nömrəli notarial qaydada təsdiq edilmiş və tərcümə olunmuş torpaq qeydinə əsasən “ Lenin küçəsi, (indiki M. Rəsulzadə küçəsi ) ev 51, məhəllə 31, sahə 18 ünvanında yerləşən 2 otaqlı, 1 mərtəbəli mülkün ayrılması ilə bağlı torpaq qeydi 1937-ci ilin iyun ayının 15-i günündə vətəndaş Paşa Ramazanova verilmişdir. İş materialında olan İİİ-ЖГ 286076 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 05 mart 1955-ci ildə vəfat etmiş, ölüm haqında akt qeydləri kitabında 09.03.1955-ci il tarixdə 39 nömrə ilə qeyd edilmişdir. İş materialında olan AZ-İ 908145 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 24 may 1956-ci ildə vəfat etmiş, ölüm haqında akt qeydləri kitabında 25.05.1956-ci il tarixdə 81 nömrə ilə qeyd edilmişdir. İş materialında olan AZ-İ 695453 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ağayeva (Ramazanova) Müşkünaz Paşa qızı 02.07 2014-cü ildə vəfat etmiş, ölüm haqında akt qeydləri kitabında 11.08.2014-cü ildə 187 nömrə ilə qeyd edilmişdir. İş materialında olan AZ-İ 655994 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 23.09 2013-cü ildə vəfat etmiş, ölüm haqında akt qeydləri kitabında 08.11.2013-cü ildə 230 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba «ASAN Xidmət» Mərkəzinin Notariat ofisinin Ərizəçi ünvanladığı 31.05.2021-ci il tarixli 1569 nömrəli məktubundan görünür ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürmüş, mirasın faktiki qəbulu, ona sahiblik etməsi barədə sübutlar təqdim edilmədiyindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu k, ünvan 4 ünvanında yerləşən torpaq qeydinə əsasən 130.6 kv/m torpaq sahəsində yerləşən fərdi yaşayış evi, ərizəçinin valideynləri 24,05.1956cı ildə vəfat edən X9 və 05.03.1985-ci ildə vəfat edən X2 miras qalmışdır, həmin evdə atası X9, X1, bacıları Ağayeva (Ramazanova) Müşkünaz Paşa qızı, Məmmədova (Ramazanova) Tamilla Paşa qızı qardaşı X10 və Ərizəçi yaşamışdır. X1 05 mart 1955-ci ildə, atası X9 isə 24 may 1956-ci ildə, bacıları Ağayeva (Ramazanova) Müşkünaz Paşa qızı 02.07 2014-cü ildə, X7 08.10.2018-ci ildə, qardaşı Ramazanov Yunis 23.09.2013-cü ildə vəfat etmişlər. Hal-hazırda X4 miras qalmış ünvan 5 ünvanında yerləşən 130.6 kv. metr torpaq sahəsində yerləşən fərdi yaşayış evinin, X5 ölümündən sonra, vərəsəsi-Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsini məhkəmədən xahiş edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsiliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Ona görə ərizəçilər məhkəməyə müraciət edərək, mirası qəbul etmələri faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən edir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, X4 miras qalmış ünvan 5 ünvanında yerləşən 130.6 kv. mütr torpaq sahəsində yerləşən fərdi yaşayış evinin, X14 oğlunun ölümündən sonra, Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən olunması barədə ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X4 miras qalmış ünvan 5 ünvanında yerləşən 130.6 kv. mütr torpaq sahəsində yerləşən fərdi yaşayış evinin, X14 oğlunun ölümündən sonra, Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən olunsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1631/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1631/2021
01.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver