Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1633/2020 18.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Dövlət X3 filialına qarşı əmək müqaviləsinin təsdiqlənmiş surətinin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, işəgötürən Azərbaycan Müəİİimlər İnstitutunun Quba filialının direktoru X6 ilə işçi İddiaçı arasında Azərbaycan Müəİİimlər İnstitutunun X10 üzrə mütəxəsis vəzifəsinə xx.xx.2005-ci il tarixli müddətsiz bağlanmış, xx.xx.2005-ci il tarixindən xx.xx.2009-cu il tarixinə kimi mövcud əmək müqaviləsinin rəsmi təsdiqlənmiş surətini, Azərbaycan Müəİİimlər İnstitutunun Quba filiialı tərəfindən İddiaçı təqdim edilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının direktoru X6 ilə işçi İddiaçı arasında xx.xx.2005-ci il tarixli müdətsiz bağlanmiş əmək müqaviləsi əsasında Azərbaycan Müəllimlər İnstitutunun X12 qəbul olunmaq haqqında xx.xx.2005-ci il tarixli, 97 nömrəli Əmr ilə filialda Kadrlar üzrə Mütəxəsis vəzifəsinə təyin edilərək Kadrlar Şöbəsinə rəhbərlik etmiş,Azərbaycan Müəllimlər İnstitutunun Quba Filialında xx.xx.2005-ci il tarixli müdətsiz bağlanmış Əmək Müqaviləsinə əsasən xx.xx.2005-ci il tarixindən xx.xx.2009-cu il tarixinə kimi fasiləsiz Azərbaycan Müəllimlər İnstitutunun X10 üzrə Mütəxəsis vəzifəsində Əmək faliyyəti göstərmişdir.Azərbaycan Məİİimlər İnistitutunun Quba filialında xx.xx.2005-ci ildən xx.xx.2009-cu ilə kimi filial kadrlar üzrə mütəxəsis vəzifəsində əmək faliyyəti göstərmiş İddiaçı atası və nümayəndəsi X4 tərəfindən xx.xx.2005-ci il tarixindən xx.xx.2009-cu il tarixinə kimi tərəflər arasında müddətsiz bağlanmış mövcud filial kadrlar üzrə mütəxəsisi vəzifəsində əmək müqaviləsinin təsdiqlənmiş surətinin təqdim edilməsi haqqında xx.xx.2020-ci il tarixli yazılmış və rəsmi poçt xəbərnaməsi ilə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəsi Azərbaycan Məİİimlər İnstitutunun Quba filialı tərəfindən xx.xx.2020-ci il tarixindən hal-hazıra kimi rəsmi təsdiqli müracətinin təmin olunmamışdır. Məhkəmədə İddiaçı nümayəndəsi X5 iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmuş iş üzrə cavabdeh Azərbaycan Dövlət X3 filialının nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməmisin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən hazırki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə İddiaçı nümayəndəsi X2 dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan digər sənədlərdən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixindən müqavilə əsasında Azərbaycan Dövlət X3 filialında kadrlar üzrə mütəxəssis vəzifəsinə təyin edilməsi barədə əmr imzalanmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı nümayəndəsi X1 müraciətinə əsasən Azərbaycan Dövlət X3 filialı tərəfindən İddiaçı aid əmək müqaviləsinin surəti təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 44.3-ci maddəsinə əsasən, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. İş materiallarından göründüyü kimi, işəgötürən Azərbaycan Dövlət X3 filialı ilə işçi İddiaçı arasında əmək münasibətlərinin yaranmış və işçiyə əmək müqaviləsinin surəti təqdim edilmişdir. Hazırda iddiaçı əmək müqaviləsinin təsdiqlənmiş surətinin verilməsini xahiş edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, işəgötürən Azərbaycan Müəİİimlər İnstitutunun Quba filialının direktoru X6 ilə işçi İddiaçı arasında Azərbaycan Müəİİimlər İnstitutunun X10 üzrə mütəxəsis vəzifəsinə xx.xx.2005-ci il tarixli müddətsiz bağlanmış, xx.xx.2005-ci il tarixindən xx.xx.2009-cu il tarixinə kimi mövcud əmək müqaviləsinin təsdiqlənmiş surəti Azərbaycan Müəİİimlər İnstitutunun Quba filiialı tərəfindən İddiaçı təqdim edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İşəgötürən Azərbaycan Müəİİimlər İnstitutunun Quba filialının direktoru X6 ilə işçi İddiaçı arasında Azərbaycan Müəİİimlər İnstitutunun X10 üzrə mütəxəsis vəzifəsinə xx.xx.2005-ci il tarixli müddətsiz bağlanmış, xx.xx.2005-ci il tarixindən xx.xx.2009-cu il tarixinə kimi mövcud əmək müqaviləsinin təsdiqlənmiş surəti Azərbaycan Müəİİimlər İnstitutunun Quba filiialı tərəfindən İddiaçı təqdim edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1633/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1633/2020
18.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver