Məhkəmə qərarları › İş №2(027)-1634/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1634/2020

30.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1634/2020 30.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X40 oğlunun katibliyi, Ərizəçi, onun etibarnamə əsasında nümayəndəsi və vəkili X30 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba Regional “ASAN Xidmət” X14rşı «mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, X3ndan qalmış mirasın atası X11 düşən hissəsinin qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməyinin səbəbi üzrlü sayılaraq uzadılması, X3ndan miras qalmış JN 181A KOD 30316018 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən atası X11 düşən hissəsinə ölümündən sonra onun, yəni Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, atası X18 xx xxxxxxx 1973-cü il tarixdə Quba rayonu, Zərdabi kəndində, anası X34 xx xxxxxxxx 1978-cu il tarixdə Xaçmaz rayonu, Arzu kəndində anadan olmuşdur. X18 və X29 nikahlarını xx xxxxxx 2001-ci il tarixdə rəsmiləşdirmişlər. Onların nikahından Ərizəçi xx xxx 2002-ci il tarixdə anadan olmuşdur. Anası atası ilə ailə quraraq babası və nənəsinə məxsus Quba rayonu Zərdabi qəsəbəsində olan JN 181A KOD 30316018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən babasına məxsus fərdi yaşayış evinə gəlin köçərək yaşamış, orada doğulmuşdur. Atası və anasının nikahları pozulana kimi orada yaşamışdır. Sonradan atası və anasının nikahları pozulduğu üçün o anası ilə birlikdə Xaçmaz rayonu Arzu kəndində qayıtmışdır. Lakin atası babası və nənəsi ilə birlikdə həmin evdə yaşamışdır. X37 xx xxxx 2014-cü ildə vəfat etmişdir. Babasının vəfatından sonra atası nənəsilə evdə yaşamış və torpaq sahəsini birgə idarə edərək, babasından qalmış mirası qəbul etmişlər. X47 xx xxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. Onun vəfatında sonra ondan qalmış miras əmlakın qəbul edilməsi üçün yeganə vərəsə kimi o Notariat Kontoruna ərizə vermiş və faktiki olaraq mirası qəbul etmişdir. X41 xx xxxx 2020-ci il tarixdə vəfat etmiş, nənəsindən X47ə düşən pay həcmində mirasın qəbul edilməsi üçün Notariat Kontoruna ərizə vermişdir və ərizəm qəbul edilmişdir. X3 xx xxxx 2014-cü il tarixdə vəfat etdiyindən, onun vəfatından sonra qalan miras əmlakı atası və nənəsi idarə edərək faktiki olaraq qəbul etdiyindən, atasından qalmış miras əmlakı qəbul etdiyindən, nənəsindən qalmış miras əmlakın qəbul edilməsi notariat kontoruna ərizə verdiyindən dolayısı ilə babasından qalmış miras əmlakını da qəbul etmişdir. Lakin babasından qalmış miras əmlakın atası X11 düşən hissəsindən ibarət miras əmlaka payı vərəsəlik yolu qəbul etmək üçün Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət etsə də, oradan ona qanunla müəyyən edilmiş müddəti buraxdığım üçün notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında məktub verilmiş və məhkəməyə müraciət etməyin məqsədə müvafiq olduğu qeyd edilmişdir. Məhkəmədə Ərizəçi və onun etibarnamə əsasında nümayəndəsi X45 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs Quba Regional “ASAN Xidmət” X32nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və onun etibarnamə əsasında nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.2002-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Quba Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli, 2(027)-224/09 saylı qətnaməsindən görünür ki, X18 ilə X29 arasında Quba rayonu VVADQ şöbəsində bağlanmış xx.xx.2001-ci il tarixli nikah qeydi pozulmuş, birgə nikahdan doğulmuş Ərizəçi anası X15 yanında saxlanılmış, xx.xx.2002-ci il təvəllüdlü Ərizəçi yetkinlik yaşına çatana kimi X7 hər ay sabit pul məbləğində olmaqla 30 manat aliment tutukaraq X20 verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş X54 Xidmət X32nin xx xxxxxx 2020-ci il tarixli 839 nömrəli məktubundan görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2 olduğu müddətdə mirasın faktiki qəbulu, ona sahiblik etməsi barədə sübutlar təqdim edilmədiyindən onun vərəsəsi Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Quba Rayon qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli, 05/Q449 saylı məktubundan görünür ki, X19 xx.xx.2014-cü ildə X31 xx.xx.2020-ci ildə Quba rayonu Zərdabi kəndində vəfat etmişlər. X23 və X9 doğum haqqında akt qeydləri barədə elektron informasiya sistemində məlumatlar aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Quba Regional “ASAN Xidmət” X32 tərəfindən verilmiş **********545 nömrəli ərizədən görünür ki, xx.xx.2020-ci nənəsi Quba rayonu Zərdabi kəndi ünvanında yaşayan X31 vəfat etmiş, miras qalmış əmlak Quba rayonu Zərdabi kəndində yerləşən torpaq sahəsində ibarətdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X18 xx.xx.1973-cü il tarixdə Quba rayonu, Zərdabi kəndində anadan olmuşdur. X4, anası X24r. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixdə Quba Regional “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 099883 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2018-ci il tarixdə Quba rayonunda ölmüşdür. İş materiallarına əlavə olunmuş xx xxxx 2002-ci il tarixdə Quba rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ 250644 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.2002-ci il tarixdə anadan olmuş, atası X18, anası X21r. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X43 xx.xx.2020-ci il tarixli, məktubundan görünür ki, X8 adına Quba rayonu Zərdabi qəsəbəsində 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş JN-400 KOD ********* saylı Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət aktı” X9 adına Zərdabi qəsəbəsində fərdi yaşayış evi və ümum birgə JN- 181A KOD 30316018 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeydə alınmışdır. X12 və X25 0,78 ha torpaq sahəsinə JN-39xx xxx 30316018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət aktı” verilmiş, lakin həmin torpaq sahəsi xx xxxx 2002-ci il tarixdə 4ə/18 nömrəli alqı-satqı müqaviləsinə əsasən Quba Notariat X1 adına özgəninkiləşdirilmişdir. İş materiallarına əlavə olunmuş Torpağın Mülkiyyətə verilməsinə dair JN-181A KOD 30316018 saylı Şəhadətnamədən görünür ki, Quba rayon Aqrar islahat Komissiyasının xx xxxxxx 1999-cu il tarixli 115 saylı qərarı ilə Quba rayonu Zərdabi kəndindən X19, X31, X16 fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki,X18 ilə X26 nikahından Ərizəçi xx xxx 2002-ci il tarixdə anadan olmuş, o valideynlərilə X3an və nənəsinə X27 məxsus Quba rayonu Zərdabi qəsəbəsində olan JN 181A KOD 30316018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən babasına məxsus fərdi yaşayış evində yaşamış, atası və anasının nikahları pozulandan sonra anası ilə birlikdə Xaçmaz rayonu Arzu kəndində qayıtmış, lakin atası babası və nənəsi ilə birlikdə həmin evdə yaşamış, X37 xx xxxx 2014-cü ildə vəfat etmiş, babasının vəfatından sonra atası nənəsilə evdə yaşamış və torpaq sahəsini birgə idarə edərək, babasından qalmış mirası qəbul etmiş, X47 xx xxxxxx 2018-ci il tarixdə vəfat etmiş, onun vəfatında sonra ondan qalmış miras əmlakın qəbul edilməsi üçün yeganə vərəsə kimi o Notariat Kontoruna ərizə vermiş və faktiki olaraq mirası qəbul etmiş, X41 xx xxxx 2020-ci il tarixdə vəfat etmiş, nənəsindən X47ə düşən pay həcmində mirasın qəbul edilməsi üçün Notariat Kontoruna ərizə vermiş və ərizəsi qəbul edilmiş, X3 xx xxxx 2014-cü il tarixdə vəfat etdiyindən, onun vəfatından sonra ondan qalan miras əmlakı atası və nənəsi idarə edərək faktiki olaraq qəbul etdiyindən, atasından qalmış miras əmlakı qəbul etdiyindən, nənəsindən qalmış miras əmlakın qəbul edilməsi notariat kontoruna ərizə verdiyindən dolayısı ilə babasından qalmış miras əmlakını da qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Qanunun 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Ərizəçi göstərdiyi hallar, yəni atası X7 qalmış miras əmlakı qəbul etmiş, nənəsi X17 qalmış miras əmlakın qəbul edilməsi ilə bağlı Notariat Ofisinə qanunla müəyyən edilmiş müddətdə ərizə vermiş, miras qoyan X9 vəfatından sonra ondan miras qalmış əmlakı atası X18 və nənəsi X31 qəbul etdiyinən, Ərizəçi də göstərilən şəxslərdən qalmış miras əmlakı qəbul etdiyindən X10 qalmış miras əmlakı da qəbul etmiş sayılır. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli, X6 qalmış mirasın X11 düşən hissəsinin qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməyinin səbəbi üzrlü sayılaraq uzadılması, X6 miras qalmış JN 181A KOD 30316018 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən X11 düşən hissəsinə ölümündən sonra onun, yəni Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. X6 qalmış mirasın X11 düşən hissəsinin qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməyinin səbəbi üzrlü sayılaraq uzadılsın; X5 miras qalmış JN 181A KOD 30316018 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən X11 düşən hissəsinə ölümündən sonra onun, yəni Ərizəçi tərəfindən qəbul etməsi faktı müəyyən müəyyən edilsin. Qətnamə miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi və qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqlarının qeydə alınması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar