Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-165/2024 23.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış nikahın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə təsadüfən tanış olduğu zaman ona bildirdi ki, gəmidə işləyir və bir sıra ölkələrə səyahət edir. Həmin səyahətlərdə onun da iştirak etmək istədiyini dedikdə, cavabdeh bunun üçün ona kömək edə biləcəyini, lakin nikah şəhadətnamələrinin olması şərtini irəli sürdü, o da onun bu vədinə aldanaraq, cavabdehlə xx.xx.2022-ci il tarixdə Maraqlı şəxsndə nikah bağladılar. Lakin cavabdeh vədinə əməl etməyərək onu aldatdı. Faktiki olaraq nikah münasibətləri olmamışdır. Ölkədə nikah münasibətlərinə xüsusi həssaslıqla yanaşıldığından onunla cavabdeh arasında bağlanan saxta nikah etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən ailə cəmiyyətin əsas özəyi olmaqla dövlətin xüsusi himayəsindədir. Dövlətin ailə və nikah siyasətinin əsas məqsədi ailə həyatının keyfiyyətinin yüksəldilməsi, onun əsas funksiyalarının həyata keçirilməsi üçün zəruri şəraitin təmin edilməsi və bütün vasitələrlə ailənin müdafiəsindən ibarətdir. Bu baxımdan, nikah hüququ fərdin ayrılmaz və təbii hüququ kimi Konstitusiyada əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında yer almışdır. Belə ki. Konstitusiyanın 34-cü maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Nikah və ailə dövlətin himayəsindədir. Nikah hüququ “İnsan hüquqları haqqında” maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. Nikahın etibarsız hesab edilməsi tələbi ailə mübahisələrinə aid edildiyindən xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş və cavabdeh iştirak etmədiyindən müvafiq arayış təqdim edilmişdir. Göründüyü kimi onun ailə qurmaq niyyəti olmamışdır, cavabdeh ona yalan vədlər verərək nikah bağlamışdır. Ümumiyyətlə onlarn nikahı sadəcə formal xarakter daşıyır və o bu nikah dövründə öz valideynləri ilə yaşamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edib, iddiaçı ilə aralarında bağlanmış nikahın etibarsız hesab ediməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş AZ-İİ 498701 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Tahir oğlu ilə İddiaçı arasında nikah 31 oktyabr 2022-ci il tarixdə Maraqlı şəxsndə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 0028 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Qusar 1 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli, MSQ-MT-027-2023-001481 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərc ödədi. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədi. İş materiallarında olan Mediaz Hospitalın xx.xx.2024-cü il tarixli X1 görünür ki, İddiaçı endoservikal kanal qapalıdır, uşaqlıqdaxili hamiləlik müəyyən olunmadı. Məhkəmə hesab edir ki, iddiaçı tələbinin faktiki əsası kimi cavabdehlə ailə qurmaq niyyətinin olmamasına və hüquqi əsas kimi isə Ailə Məcəlləsinin 25-ci maddəsinə istinad edib. Belə olan halda, iddianın təmin olunmasının əsas şərti nikah bağlanarkən tərəflərdən birinin və ya hər ikisinin həqiqətən də ailə qurmaq niyyətinin olmaması halı müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən Bu məcəllənin 10-12ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Belə ki, tərəflər rəsmi nikaha daxil olarkən onlar öz iradələrinə uyğun hərəkət etməmişlər və niyyətləri rəsmi nikaha formal olaraq daxil olmaq olmuşdur. Yəni, tərəflər ailə qurmaq niyyəti olmadan nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Məhkəmə iş üzrə müəyyən olunmuş faktiki hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində Maraqlı şəxsndə bağlanmış 0028 nömrəli nikah qeydi etibarsız hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində Maraqlı şəxsndə bağlanmış 0028 nömrəli nikah qeydi etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-165/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-165/2024
23.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver