Məhkəmə qərarları › İş №2(027)-167/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-167/2021

19.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-167/2021 19.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı və Cavabdeh Nəsrulla oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Nəsrulla oğluna qarşı “mülkiyyətin müdafiəsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən xx xxxxxxx 2017-ci il tarixdə ********** saylı ******* № li çıxarışla ona verilmiş 0,684 ha torpaq sahəsini zəbt etmiş Cavabdeh, həmin torpaq sahəsinin alınaraq, qanuni istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, O, atası X8 və anası X1, xx xxxxxxx 2017-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında, 0,684 ha torpaq sahəsini əldə edərək, xx xxxxxxx 2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən ********** saylı ******* № li çıxarış alsa da, qeyd edilən torpaq sahəsi, cavabdeh şəxs, Quba rayonunun Alekseyevka kənd sakini Cavabdeh tərəfindən istifadə edilərək, onun torpaq üzərində olan mülkiyyət, istifadə və ya icarə hüququnu pozmuşdur. Ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən tərk edilməsini və zəbt edilmiş 0,684 ha torpaq sahəsindən çıxmasını Cavabdeh dəfələrlə tələb etməsinə baxmayaraq, sonuncu, mülkiyyət hüququ əsasında ona məxsus torpaqdan istifadə etməsini davam etdirir və həmin torpaq sahəsindən müxtəlif bəhanələrlə çıxmaq istəmir. Qeyd etdiyi və mülkiyyət hüququ əsasında ona məxsus və adına çıxarış verilmiş torpaq sahəsini cavabdehin zəbt etməsinə heç bir hüquqi əsası yoxdur. Cavabdeh bildirir ki, onlara verilmiş torpaq sahələrinin yerləri səhv düşmüş və bu səbəbdən də onun torpaq sahəsi cavabdehə verilmişdir. O, isə izah etmişdir ki, hər bir şəxs, qanunla və dövlət aktı ilə ona verilmiş torpaq sahəsi üzərində sahiblik, istifadə və ya sərəncam vermək səlahiyyətinə malikdir. Müəyyən edilmişdir ki, adına olan torpaq sahəsinin 3300 kv.m sahəsi xx xxxx 2004-cü il tarixdə alğı-satqı müqaviləsi əsasında Quba rayonunun Alekseyevka kənd sakini X3, 3399,23 kv.m torpaq sahəsi isə xx xxxx 2004-cü il tarixdə Alekseyevka kənd sakini X5 doğma bacısı X6 tərəfindən alınmış və hər iki torpaq sahəsi, atası X7 adına keçərək, ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən xx xxx 2017-ci il tarixdə ********** saylı ******* № li çıxarış verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxxx 2017-ci il tarixli şəhadətnamədən görünür ki, atası X8, xx xxxxxxx 2016-cı il tarixdə vəfat etmiş doğma bacısı X2 vərəsə olaraq miras qalmış əmlakın hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Ərazi idarəsi tərəfindən xx xxxxxx 2014-cü il tarixdə X4 verilmiş **********59 nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında ümumi sahəsi 0.684 ha olan torpaq sahəsindən ibarətdir. Quba rayonunun Alekseyevka kənd sakini Cavabdeh, ona məxsus torpaq sahəsindən istifadə etməyə heç bir hüquqi əsası yoxdur. Əgər ona torpaq sahəsi verilmişdirsə də, həmin torpaq sahəsi, başqa ərazidə yerləşir. Göründüyü kimi, Quba rayonunun Alekseyevka kənd sakini Cavabdeh, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən ********** saylı ******* № li çıxarışla xx xxxxxxx 2017-ci il tarixdə ona verilmiş 0,684 ha torpaq sahəsini zəbt edərək uzun müddətdir ki, torpaq sahəsindən istifadə edir, onun Azərbaycan Respublikasının Konstitusuyasının 29-cu maddəsi ilə nəzərdə tutulmuş hüquqlarını kobud şəkildə pozmaqla, Azərbaycan Respublikası CM-nin 188-ci maddəsində nəzərdə tutulmuş cinayətə yol vermişdir. Lakin həmin vaxtdan dörd il keçməsinə baxmayaraq, torpağını qanunsuz zəbt etməsi ilə əlaqədar Cavabdeh etmiş olduğu müraciətləri öz qanuni həllini tapmamışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Nəsrulla oğlu iddianı qismən qəbul edərək, ekspertizanın rəyi ilə razılaşdığını, tələbinin olmadığını və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən 0,684 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ünvan 1ində yerləşən 0,684 ha torpaq sahəsi X8 tərəfindən İddiaçı bağışlanmışdır. İş üzrə təyin edilmiş “xxxx”MMC-nin 01/576 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən iddiaçıya məxsus ünvan 1ində yerləşən 0.684 hektar torpaq sahəsi JN-2xx xxx 30304018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən cavabdehə məxsus 0,90 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. İddiaçı məxsus ünvan 1ində yerləşən 0,684 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları üzrə 0,58 ha hissəsi Cavabdeh Nəsrulla oğlu tərəfindən faktiki istifadə edildiyi müəyyən edilmişdir. İddiaçı məxsus ünvan 1ində yerləşən 0,684 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları üzrə Cavabdeh Nəsrulla oğlu tərəfindən faktiki istifadə edildiyi müəyyən edilmiş və cavabdeh faktiki istifadəni Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən həyata keçirildiyini bildirmişdir. İş üzrə təyin edilmiş Məhkəmə Tikinti-Texniki Ekspertizasının 10/3789 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, “xxxx”MMC-nin 01/576 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən iddiaçıya məxsus ünvan 1ində yerləşən 0.684 hektar torpaq sahəsi JN-2xx xxx 30304018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən cavabdehə məxsus 0,90 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. İddiaçı məxsus ünvan 1ində yerləşən 0,684 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları üzrə 0,58 ha hissəsi Cavabdeh Nəsrulla oğlu tərəfindən faktiki istifadə edildiyi müəyyən edilmişdir. İddiaçı məxsus ünvan 1ində yerləşən 0,684 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları üzrə Cavabdeh Nəsrulla oğlu tərəfindən faktiki istifadə edildiyi müəyyən edilmiş və cavabdeh faktiki istifadəni Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən həyata keçirildiyini bildirmişdir. Ekspert tərəfindən qeyd olunur ki, mülk iş materiallarına mübahisəli əraziyə dair baza məlumatları (kompleks yerquruluşu xəritələri, torpaq sahəsinin bölgü layihəsi) əlavə edilmədiyindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Beləliklə tərəflərin izahatları və məhkəmə araşdırılmaları zamanı müəyyən olunmuşdur ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən rayonu, Alekseyevka kəndində yerləşən fərdi 0,684 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının mülkiyyətindədir. İddiaçı cavabdehin ona məxsus olan dövlət reyestri xidməti tərəfindən xx xxxxxxx 2017-ci il tarixdə ********** saylı ******* № li çıxarışla ona verilmiş 0,684 ha torpaq sahəsini zəbt etmiş Cavabdeh, həmin torpaq sahəsinin alınaraq, qanuni istifadəsinə verilməsini xahiş edir. Cavabdeh isə iddianı qismən qəbul edərək, iddiaçının torpaq sahəsindən istifadə etdiyini etiraf edir. Mülki iş üzrə təyin edilmiş “xxxx”MMC-nin 01/576 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən iddiaçıya məxsus ünvan 1ində yerləşən 0.684 hektar torpaq sahəsi JN-2xx xxx 30304018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən cavabdehə məxsus 0,90 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. İddiaçı məxsus ünvan 1ində yerləşən 0,684 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları üzrə 0,58 ha hissəsi Cavabdeh Nəsrulla oğlu tərəfindən faktiki istifadə edildiyi müəyyən edilmişdir. İddiaçı məxsus ünvan 1ində yerləşən 0,684 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları üzrə Cavabdeh Nəsrulla oğlu tərəfindən faktiki istifadə edildiyi müəyyən edilmiş və cavabdeh faktiki istifadəni Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən həyata keçirildiyini bildirmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən iddiaçıya məxsus ünvan 1ində yerləşən 0.684 hektar torpaq sahəsinin 0,58 ha hissəsinin cavabdeh tərəfindən istifadə olunduğu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X10 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X10 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da iddia qismən təmin edilməli, Cavabdeh Nəsrulla oğlunun ünvan 1ində yerləşən İddiaçı məxsus Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən iddiaçıya məxsus 0,684 hektar torpaq sahəsinin 0,58 hektar hissəsindən çıxarılmalıdır. Həmçinin iş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh Nəsrulla oğlundan tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Nəsrulla oğlunun ünvan 1ində yerləşən İddiaçı məxsus Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən iddiaçıya məxsus 0,684 hektar torpaq sahəsinin 0,58 hektar hissəsindən çıxarılsın. İş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh Nəsrulla oğlundan tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar