Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1673/2020 12.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X28 oğlunun katibliyi, Ərizəçi1 və maraqlı şəxs Ərizəçi2 iştirakı ilə, Ərizəçi1 maraqlı şəxs X30 və Maraqlı şəxsnə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi1 məhkəməyə ərizə ilə müraciət edərək, nənəsi X3 qalmış miras əmlakın X19 tərəfindən qəbul edilməsi, qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməyinin səbəbi üzürlü sayaraq uzadılması, X19ndan miras qalmış ünvan 1, indiki Quba şəhəri, Ərdəbil küçəsi 63 ünvanında yerləşən 183 kv.m torpaq sahəsinin onun ölümündən sonra onun, yəni Ərizəçi1 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi1 ərizəsini dəqiqləşdirərək nənəsi X3 miras qalmış ünvan 1, indiki Quba şəhəri, Ərdəbil küçəsi 63 ünvanında yerləşən 183 kv.m torpaq sahəsinin onun ölümündən sonra özünün, yəni Ərizəçi1 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 ərizəsini onunla əsaslandırmışdır ki, X19 xx xxx 1951-ci il tarixdə Quba şəhərində, anası Ərizəçi2 isə xx xxxxxx 1955-ci il tarixdə Quba şəhərində anadan olmuşdur. X19 və anası Ərizəçi2 xx xxxx 1977-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların nikahından üç uşaq olmuşdur. X19 08 fevral 2009-cu il tarixdə vəfat etmişdir. Atasının ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələr kimi özü Ərizəçi1 və anası Ərizəçi2 qalmışdır. X15 və X1ndan qalmış Quba rayon Dövlət Notariat Kontorunun xx xxxxxx 1985-ci il tarixli 19-151 saylı qanuni vərəsəlik şəhadətnaməsinə əsasən 183 kv.m fərdi yaşayış evi tikmək üçün verilmiş torpaq sahəsi miras qalmışdır. X19 xx xxxxxx 2009-cu ildə vəfat etmişdir. X1 xx xxxx 2009-cu il tarixdə vəfat etdikdən sonra vərəsə kimi ondan qalmış miras əmlak olan torpaq sahəsinə sahiblik etmiş, onu qəbul etmiş, əmlaka dair vergiləri ödəmişdir. Lakin qanunu bilməməzlikdən nənəsi X11 vəfat edəndən sonra qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmək üçün Notariat Kontoruna ərizə ilə müraciət etməmişdir. Nənəsindən qalan miras əmlakı vərəsəlik yolu ilə qəbul etmək üçün Quba regional “Asan” Xidmət mərkəzinin notariat ofisinə müraiət etsə də, oradan ona qanunla müəyyən edilmiş müddəti buraxdığına görə notariat hərəkətinin aparılmasından imtina edilmiş və məhkəməyə müraciət edilməsi məqsədə uyğun hesab edilmişdir. Məhkəmədə Ərizəçi1 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə maraqlı şəxs Ərizəçi2 məhkəməyə verdiyi izahatında bildirdi ki, miras qoyan X21 Qasımov adında bir uşağı olmuş, X29 Qasımova və uşaqları ilə birlikdə yaşamış. Nazim Qasımov xx xxxxxx 2009-cu il tarixdə vəfat etmiş. Onun ölümündən bir aydan miras qoyan Bibixanım Qasımova vəfat etmişdir. Bibixanım Qasımovanın vəfatından sonra onun vərəsələrində əri Nazim Qasımovun oğlu olan onunla birlikdə yaşayan Ərizəçi1 mirası idarə edərək ona baxmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1985-ci il tarixdə Quba şəhərində anadan olmuşdur. İş materiallarına əlavə olunmuş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1955-ci il tarixdə Quba şəhərində anadan olmuşdur. İş materiallarına əlavə olunmuş xx xxxxxx 1985-ci il tarixdə Quba rayonu VVADQ şöbəsi tərəfindən verilmiş Jİ-JQ 327084 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1 xx.xx.1985-ci il tarixdə anadan olmuş, X19, anası Ərizəçi2dır. İş materiallarına əlavə olunmuş xx xxxx 1977-ci il tarixdə Quba rayonu VVADQ şöbəsi tərəfindən verilmiş İ-JQ 442199 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X32 ilə X31 xx.xx.1977-ci il tarixdə nikahlarını rəsmiləşdirmiş, nikah bağlandıqdan sonra arvada Qasımova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxxx 1953-cü il tarixdə Quba rayonu Zaks bürosu tərəfindən verilmiş İJ 051286 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X32 xx.xx.1951-ci il tarixdə anadan olmuş, anası X8r. İş materiallarında olan 18 fevral 2009-cu il tarixdə Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 329475 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X32 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş xx xxxx 2009-ci il tarixdə Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 355596 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan 2531 nömrəli Torpaq qeydindən görünür ki, ünvan 3 Ərdəbil) 63 ünvanında yerləşən ümumi sahəsi 183,0 kv.m olan torpaq sahəsi X4 məxsusdur. İş materiallarında olan Dövlət Notariat Kontorunda yazılmış ərizədən görünür ki, X2 vərəsəsi X6r. İş materiallarında olan 1984-cü il tarixli, 6347 nömrəli arayışdan görünür ki, X9 xx xxxx 1961ci il tarixdə ölmüş, ölümündən sonra onun vərəsəsi qızı X10 qalmışdır. İş materiallarında olan xx xxxxxx 1985-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, ünvan 3 Ərdəbil) 63 ünvanında yerləşən ümumi sahəsi 183,0 kv.m olan torpaq sahəsində yerləşən bir mərtəbəli, iki otaqdan ibarət olan fərdi yaşayış evinə dari X7 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əlillər Cəmiyyəti İctimai Birliyi Quba rayonlarası Təşkilatının xx xxxx 2020-ci il tarixli 07 nömrəli arayışdan görünür ki, X24 vərəsələri Ərizəçi2, X26, Ərizəçi1dur. Beləliklə, məhkəmədə müəyyən olundu ki,Ərizəçi1 xx xxxxxx 1985-ci ildə anadan olmuş, X19 xx xxx 1951-ci il tarixdə Quba şəhərində anadan olmuş, X24 anası X12 olmuş, miras əmlak ünvan 4 ünvanında yerləşən 183,0 kv.m olan torpaq sahəsi miras qoyan Bibixanım Qasımovanın atası Əbülqasım Qasımovdan qalmış, miras qoyan X21 Qasımov adlı bir vərəsəsi olmuş, Nazim Qasımov 08 fevral 2009-cu il tarixdə vəfat etmiş, onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələr kimi Ərizəçi1, X27 və anası Ərizəçi2 qalmış, miras qoyan X13 xx xxxx 2009-cu il tarixdə vəfat etdikdən sonra ondan qalmış miras əmlak olan torpaq sahəsinə Ərizəçi1 sahiblik etmiş, onu qəbul etmiş, əmlaka dair vergiləri ödəmişdir. Lakin qanunu bilməməzlikdən miras qoyan X13 vəfat edəndən sonra qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmək üçün Notariat Kontoruna ərizə ilə müraciət etməmişdir. Nənəsindən qalan mirası qəbul etmək üçün Quba regional “Asan Xidmət” mərkəzinin notariat ofisinə müraiət etsə də, oradan ona qanunla müəyyən edilmiş müddəti buraxdığına görə notariat hərəkətinin aparılmasından imtina edilmiş və məhkəməyə müraciət edilməsi məqsədə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Qanunun 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Ərizəçi1 göstərdiyi hallar, yəni Torpaq Qeydinə və Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən nənəsi X3 qalmış mirası (ünvan 4 ünvanında yerləşən 183,0 kv.m olan torpaq sahəsi) Ərizəçi1 qəbul etmiş hal-hazırda həmin əmlak onun faktiki sahibliyi və istifadəsindədir. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli, X3 miras qalmış ünvan 5 ünvanında yerləşən 183 kv.m torpaq sahəsindən ibarət mirasın, mirasın açılma yeri Quba şəhəri olmaqla Ərizəçi1 tərəfindən qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi1 ərizəsi təmin edilsin. Miras qoyan X3 miras qalmış ünvan 6 Sovet küçəsi) 63 ünvanında yerləşən 183 kv.m torpaq sahəsinin onun ölümündən sonra mirasın açılma yeri Quba şəhəri olmaqla Ərizəçi1 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1673/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1673/2020
12.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver