Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1676/2021 13.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Quba rayon Qeydiyyat Şöbəsinə qarşı uşağın anadan mənşəyinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 07.08.2005-ci ildə Quba şəhərində doğulmuş Məryəm adlı uşağın ondan-Ərizəçi doğulması hüquqi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, onunla əsaslandırmışdır ki, o, X5 ilə 2003-cü ildə ailə qurmuşdur. Lakin, faktiki nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşadığları dövrdə 07.08.2005-ci ildə bir qız uşağı anadan olmuşdur. Onun üçün vaxtında həkim arayışı alınsa da, qanunla müəyyən edilmiş müddətdə Maraqlı şəxsnə tərəflərindən müraciət edilməmişdir. Övladları Məryəm hal-hazırda sağlamdır və onların-yəni, valideynlərin himayəsindədir. Uşağın doğumundan uzun müddət keçdiyi üçün Qeydiyyat Şöbəsindən məhkəmənin qərarı olmadan doğum haqqında şəhadətnamə ala bilmirlər. Qeyd olunanları nəzərə alaraq, həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon X1 Poliklinika Şöbəsinin 24.07.2014-cü il tarixli arayışından görünür ki, 07.08.2005-ci il təvəllüdlü X2 uşaq məsləhətxanasında tibbi qeydiyyatdadır və hal-hazırda sağlamdır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəsinin 12.07.2021-ci il tarixli, 1892 saylı arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Maraqlı şəxs 14 iyul 2021-ci il tarixli, 58 №li arayışından görünür ki, Nəsirova Məryəm Murad qızı barəsində Quba rayonu Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydi aşkar edilmədi. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlanmış 14.07.2021-ci il tarixli, 370 №li məktubundan görünür ki, doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edə bilmədiyinə görə 07.08.2005-ci il təvəllüdlü X3 doğulmasının qeydə alınmasından imtina edilmiş və bu barədə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Ərizəçi ilə X7 2003cü ildə birgə nikaha girmişlər. Birgə nikahlarından 07.08.2005-ci il tarixdə X6 doğulmuşdur. Uşaq üçün doğum haqqında şəhadətnamənin alınması barədə qanunla müəyyən edilmiş müddətdə Maraqlı şəxsnə müraciət edilməmiş, uşağın doğumundan uzun müddət keçdikdən sonra Maraqlı şəxsnə müraciət edilmiş, Quba rayon Qeydiyyat Şöbəsi onun doğumun qeydə alınmasından imtina etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə yuxarıda göstərilən qanun normalarına istinad edərək, qeyd edir ki, uşaqla anası arasında hüquq münasibətləri onların qan qohumluğu faktı əsasında yaranır. Doğum haqqında sənəddə uşaq haqqında məlumatlar və uşağın doğum tarixi ilə yanaşı, ananın adı, ata adı və soyadı yazılır. Uşağın anadan mənşəyi, əgər uşaq tibb müəssisəsindən kənarda anadan olmuşdursa və uşağın doğulmasını təsdiq edən sənədlər yoxdursa, onda şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilir. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 7.1-ci maddəsinə əsasən uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir. 19 may 1998-ci il tarixli “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 07.08.2005-ci ildə Quba şəhərində doğulmuş X3 Ərizəçi Musa qızından doğulması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. 07.08.2005-ci ildə Quba şəhərində doğulmuş X3 Ərizəçi doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrilk edən : Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1676/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1676/2021
13.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver