Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1687/2021 06.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə inşa etdiklər Quba rayonu Alpan kəndində yerləşən 1 mərtəbəli , 2 otaqlı və 1 eyvandan ibarət fərdi yaşayış evinə onun və uşaqları 02 may 2011-ci il təvəllüdlü X6 və 11 aprel 2019-cu il təvəllüdlü X4 fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizələrini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 07 mart 2011-ci il tarixdə rəsmi nikahı qeyd etdirərək, ailə qurmuşdur. Birgə nikahlarından 02 may 2011-ci il təvəllüdlü X6 və 11 aprel 2019-cu il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Cavabdehlə ailə qurduqları ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan pisləşmişdir. Quba Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(027)-146/2021 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahlarından doğulmuş 02 may 2011-ci il təvəllüdlü X6 və 11 aprel 2019-cu il təvəllüdlü X8 onun yanında saxlanılmış, 02 may 2011ci il təvəllüdlü X6 və 11 aprel 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. O, cavabdehlə ailə quraraq Bakı şəhəri Yasamal rayonunda kirayə evdə yaşamışdır. Kirayə qaldığı vaxt onlar Quba rayonu, Alpan kəndində qaynatasına məxsus torpaq sahəsində fərdi yaşayış evi tikməyə başlamışlar. 2015-ci ildə onlar evi tam tikərək həmin evə köçmüşlər. Həmin fərdi yaşayış evi 1 mərtəbəli, 2 otaqlı, 1 eyvandan ibarətdir. Cavabdehlə ayrıldıqdan sonra o, uşaqları ilə birlikdə məcbur olaraq öz evini tərk edərək, iki uşaqla kirayədə qalmağa başlamışdır. Ona məxsus cehiz əmlakı da Quba rayonu, Alpan kəndində yerləşən fərdi yaşayış evində qalmışdır. Hazırda maddi vəziyyəti çox pisdir. Cavabdeh hazırda Quba Mənzil Kommunal Təsərrüfat birliyində işləyir. Özünə məxsus evi olsa da, o, həmin evdən yaşaya, oradan istifadə edə bilmir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların ona qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə o, məhrum edildiyi evə uşaqları ilə birlikdə köçürülməlidir. Onun evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı (mənzildə yaşamaq səlahiyyəti verilsəydi) bu halda onun istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Xüsusilə o hal nəzərə alınmalıdır ki, onun müqavilə bağlamaqla evə istifadə hüququnun əldə etməsi hazırkı vaxta qədər mümkün deyildir. Belə ki, müqavilənin bağlanması üçün o, oferta (təklif) göndərməli, lakin ofertanı qəbul etməyə səlahiyyəti olan şəxs - akseptant mövcud deyilidir. Akseptant o şəxs ola bilər ki, ev üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış olsun. Yalnız həmin şəxs başqa şəxsin evə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında müqavilə bağlaya bilər. Göründüyü kimi, hazırkı vaxtda onun oferta göndərməyi mümkün deyildir. Bu isə o deməkdir ki, onun Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin göstərişinə əməl etməyi də mümkün deyildir. Ona görə də, məhkəmə qeyd edilən normaları rəhbət tutaraq iddianı təmin etməli, onun pozulmuş hüquqları bərpa edilməlidir. Cavabdehlər qeyri-müəyyənlikdən (ev üzərində heç kəsin hüququnun qeydə alınmadığından) istifadə edərək zor tətbiq etməklə onu və uşaqlarını evdən məhrum etmək istəyirlər. Ona görə cavabdehlərin bu hərəkətinin qarşısı alınmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin olunmasını xahiş etdil. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, fərdi yaşayış evinin anasının adına qeydiyyata alındığını,çıxarışın 2019-cu ildə əldə edildiyini, iddiaçı ilə ailə həyatı qurduqdan sonra qeyd edilən evin tikildiyini, iddiaçının həmin evin tikilməsində kömək etdiyini, həmin vaxt evə dair heç bir sənədin olmadığını, uşaqları 18 yaşına çatdıqdan sonra həmin evə köçürəcəyini, iddiaçının həmin evə köçürülməməsini, evin bir otağının qiymətinin müəyyən edilərək və iddiaçıya verilməsini xahiş etmişdir. Məhkəmə, iclasda iştirak edən tərəfləri dinləyib, iş materiallarını araşdırıb iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “doğum haqqında şəhadətnamə”lərin və “şəxsiyyət vəsiqə”lərinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından – 02.05.2011-ci il təvəllüdlü X6 və 11.04.2019-cu il təvəllüdlü X9 anadan olmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-146/2021 saylı, 23.04.2021-ci il tarixli qətnaməsi ilə, Cavabdeh ilə İddiaçı arasında 07.03.2011-ci il tarixində bağlanmış və Quba rayonu Alpan İƏD üzrə nümayəndəliyi tərəfindən həmin tarixli 08 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş uşaqlar- 02.05.2011-ci il təvəllüdlü X6 və 11.04.2019-cu il təvəllüdlü X9 anaları İddiaçı himayəsinə verilməsi, nikahın pozulmasından sonra tərəflərin nikahından doğulmuş 02.05.2011-ci il təvəllüdlü X6 və 11.04.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment hazırki qətnamə üzrə onun anasının himayəsinə verilməsi ilə bağlı icra edildiyi vaxtdan hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməsi qərara alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ********** qeydiyyat nömrəli, **********16-10301 reyestr nömrəli, 04.12.2019-cu il qeydiyyat tarixli Çıxarışına əsasən, Quba rayonu Alpan kəndində yerləşən fərdi yaşayış evi cavabdehin ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN-374F, KOD 30306018 saylı Şəhadətnamədən görünür ki, Quba rayonu, Alpan kəndində yerləşən 0,12 ha torpaq sahəsi X1, X2, Cavabdeh və X3 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı» qərarında ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə emiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” 2 saylı Qərarının 7-ci bəndinə əsasən ərin (arvadın) yaşayış sahəsinə hüququ haqqında mübahisəni həll edərkən məhkəmə işin konkret hallarını nəzərə almaqla icarədarın və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin ər (arvad) mənzilə köçürülərkən etiraz etmədiklərini faktiki razılıq kimi qəbul edib, onların mənzilə pasport qeydiyyatı olmadığı hallarda belə yaşayış sahəsinə hüquqlarını tanıya bilər. Uşaq hüquqları haqqında BMT-nin 20 noyabr 1989-cu il tarixli Konvensiyasının 16.1-ci maddəsinə əsasən heç bir uşaq onun şəxsi həyat, ailə həyatı, mənzil toxunulmazlığı və ya yazışma sirri hüququnun həyata keçirilməsinə özbaşına və ya qanunsuz müdaxilə və ya şərəf və nüfuzuna qanunsuz qəsd obyekti ola bilməz. Uşaq hüquqları haqqında 19 may 1998-ci il tarixli Azərbaycan Respublikası qanunun 20.1-ci maddəsinə əsasən hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Məhkəmə araşdırması zamanı təsdiq edilir ki, İddiaçı qızı ilə Cavabdeh 07.03.2011-ci il tarixdə ailə qurmuşlar və həmin tarixdən onlar ailə kimi yaşamağa başlamışlar. Onların birgə nikahından 02.05.2011-ci il təvəllüdlü X6 və 11.04.2019-cu il təvəllüdlü X9 anadan olmuşdur. Tərəflər birgə nikah dövründə inşa etdikləri Quba rayonu, Alpan kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. Hmin dövrdə evin yerləşdiyi torpağın mülkiyyət sənədi olsa da, evin mülkiyyət sənədi olmamışdır. Yəni tərəflər arasında hüquq münasibəti yaranarkən qeyd edilən ev özbaşına tikili olmuşdur. İş materiallarından görünür ki, mübahisə predmeti olan Quba rayonu, Alpan kəndində yerləşən fərdi yaşayış evi hal-hazırda Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ********** qeydiyyat nömrəli, **********16-10301 reyestr nömrəli, 04.12.2019-cu il qeydiyyat tarixli Çıxarışına əsasən, cavabdehin anası X2 mülkiyyətindədir. Quba rayon Məhkəməsinin 2(027)-146/2021 saylı, 23.04.2021-ci il tarixli qətnaməsi ilə, Cavabdeh ilə İddiaçı arasında 07.03.2011-ci il tarixində bağlanmış və Quba rayonu Alpan İƏD üzrə nümayəndəliyi tərəfindən həmin tarixli 08 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş uşaqlar- 02.05.2011-ci il təvəllüdlü X6 və 11.04.2019-cu il təvəllüdlü X9 anaları İddiaçı himayəsinə verilmişdir. Ailə münasibətləri pozulduqdan sonra iddiaçı iki azyaşlı uşağı ilə birlikdə kirayə mənzildə yaşamağa başlamışdır. İddiaçı birgə nikah dövründə yaşadıqları evdə yaşamaq istəsə də, cavabdeh iddiaçı və uşaqlarının mübahisəli evdə yaşamasına maneələr yaratmışdır. İddiaçı hazırda birgə nikah dövründə yaşadığı və uşaqlarını dünyaya gətirdiyi Quba rayonu, Alpan kəndində yerləşən mənzildən istifadə edə bilmir. Tərəflərin birgə nikah dövründə əldə etdikləri və cavabdehin anasının mülkiyyətində olan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan mənzil hal-hazırda cavabdeh və onun ailə üzvlərinin istifadəsindədir. İddiaçı, bu evə cavabdehin razılığı ilə köçmüş və bu zaman onun qarşısında evə köçməyi, orada yaşamağı ilə bağlı hər hansı bir şərt qoyulmamışdır. O, bu evə orada müvəqqəti yaşamaq üçün deyil, daimi yaşayış yeri olaraq köçmüşdür. Ona görə də onun da mübahisəli evdən burada yaşayan cavabdeh və onun ailə üzvləri ilə bərabər surətdə orada yaşayan şəxslərin yaşamış olduğu şərtlər daxilində yaşamaq imkanına malikdir. Beləliklə köçürülməyini tələb etdiyi ev onun yaşayış yeri olmuş, cavabdehin onu və uşaqlarını bu evdən məhrum etmək səlahiyyəti yoxdur. Məhkəməyə müraciət edərək uşaqları ilə birlikdə ora köçürülməsini xahiş edir. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarını iddia tələbinə tətbiq etməklə belə qənaətə gəlir ki, İddiaçı mübahisəli yaşayış evinə köçürülməldir. Bundan başqa iş materiallarından görünür ki, Cavabdeh və İddiaçı birgə nikahından 02.05.2011-ci il təvəllüdlü X6 və 11.04.2019-cu il təvəllüdlü X9 adlı uşaqları var. Cavabdeh və İddiaçı ərarvad münasibətlərindən doğulmuş yetkinlik yaşına çatmayan uşağı 02.05.2011-ci il təvəllüdlü X6 və 11.04.2019-cu il təvəllüdlü X9 anaları İddiaçı yanında olmaqla, onun himayəsində yaşayır. Həmin uşaqların yaşayış yeri İddiaçı yaşayış yeri sayıldığından, onlar da mübahisəli yaşayış evə köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1 və 27.2-ci maddələrinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüququnu itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, İddiaçı azyaşlı övladı 02.05.2011-ci il təvəllüdlü X6 və 11.04.2019-cu il təvəllüdlü X9 ilə birlikdə Cavabdeh mülkiyyətində olan Quba rayonu, Alpan kəndində yerləşən mənzilə köçürülməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı azyaşlı övladları 02.05.2011-ci il təvəllüdlü X6 və 11.04.2019-cu il təvəllüdlü X9 ilə birlikdə əvvələr Cavabdeh sahibliyində olmuş, hazırda Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ********** qeydiyyat nömrəli, **********16-10301 reyestr nömrəli, 04.12.2019-cu il qeydiyyat tarixli Çıxarışına əsasən cavabdehin ümumi birgə mülkiyyətində olan Quba rayonu, Alpan kəndində yerləşən mənzilə köçürülsünlər. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1687/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1687/2021
06.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver