Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1689/2021 26.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili X3, Cavabdeh1 və onun vəkili X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə istifadə hüququnun tanınması və köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə istifadə hüququnun tanınması və köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikah dövründə tikdiyi, onun qeydiyyatda olduğu, son bir aya kimi yaşadığı, qaynı digər Cavabdeh2 məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən evə istifadə hüququnun tanınması, onun və uşaqları 18.12.2007-ci il təvəllüdlü X4 və 10.02.2009-cu il təvəllüdlü X2 Cavabdeh2 məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən evə köçürülmələri, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 21.12.2006-cı il tarixdə ailə qurmuş, birgə nikahdan 18.12.2007-ci il təvəllüdlü X4 və 10.02.2009-cu il təvəllüdlü X6 doğulmuşdur. Cavabdehlə ailə quran zaman sonuncunun atasına məxsus Quba rayonu, Xanagah kəndində yerləşən evə gəlin köçmüşdür. Bir müddət sonra onlar Quba rayonu, Alekseyevka kəndində torpaq sahəsi almışlar. Həyat yoldaşı Cavabdeh1 isə malqara alveri ilə pul qazanmış, o isə evdə uşaqlara baxmış, ərinin valideynlərinin və qardaşının qulluğunda durmuş və kənddə saxladıqları mal-qaraya baxmışdır. Uşaqların gələcəyi və təhsili üçün kənddə qalmaq mümkün olmadığından onlar Quba rayonu, Alekseyevka kəndində torpaq sahəsi alaraq ev tikməyə qərar vermişlər. Həyat yoldaşı onun baxıb saxladığı heyvanların puluna Quba rayonu, Alekseyevka kəndində 0,08 ha torpaq sahəsi almış və üzərində 2 mərtəbəli yaşayış evi tikmişlər. Həmin evin tikintisi zamanı əri ilə birgə xərc çəkmişlər. Belə ki, həmin evin torpaq sahəsinin pulunu Cavabdeh1 vermiş, lakin evi birlikdə tikib yaşamışlar. Ona bu yaxınlarda məlum olmuşdur ki, əri torpaq sahəsini qardaşı Mübarizin adına rəsmiləşdirmişdir. Qaynı Mübariz bir gün də olsa həmin evdə yaşamamışdır. Əri Cavabdeh1 onu sözügedən evdən qovsa da, o, həmin evdə qeydiyyatdadır və cehiz əmlakı həmin evdə yerləşir. Onların yaşadıqları evdən başqa əri birgə nikah dövründə iki torpaq sahəsi almış, həmin torpaq sahələrində fərdi yaşayış evi tikmişdir. Ailə münasibətləri dəyişdiyi üçün o, uşaqlarını götürüb yaşadığı evdən çıxmaq məcburiyyətində qalmışdır. Onun cehiz əşyaları həmin evdə qalmışdır. İki uşaqla valideynlərinin yanında qalmağa çətinlik çəkdiyi üçün cavabdehlə birgə nikah dövründə tikdiyi evə uşaqları ilə birlikdə istifadə hüququnun tanınaraq həmin evə köçmək istəyir. Onun başqa yerdə yaşamağa yeri yoxdur. O, yaşadığı evə köçməyə məcburdur. Lakin cavabdehlər ev üzərində heç kəsin hüququnun qeydə alınmamasından istifadə edərək, onu və uşaqlarını evdən məhrum etmək istəyirlər. Məhkəmə iclasında İddiaçı məhkəməyə 24.08.2021-ci il tarixli barışıq sazışı təqdim edərək sazişin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 24.08.2021-ci il tarixli barışıq sazişini şəxsən imzaladığını və şərtləri ilə razı olduğunu bildirərək, barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdər olunmuş, lakin məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin məhkəməyə təqdim etdiyi barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır:
1. Mən Cavabdeh1 07 avqust 2013-cü il tarixdə Quba rayon Notariat Kontorunda bağlanmış AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən aldığım Quba rayonu Alekseyevka kəndində yerləşən 0,09 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini həmin torpaq sahəsi və üzərində yerləşən evə 1 ay müddətinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış aldıqdan sonra 10 gün müddətinə İddiaçı bağışlayıram.
2. Mən İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı olan evə istifadə hüququnun tanınması və köçürülmə tələbinə dair, Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlaka payların müəyyən edilməsi və əmlak tələbinə dair iddiadan imtina edirəm.
3. Mən İddiaçı 07 avqust 2013-cü il tarixdə Quba rayon Notariat Kontorunda bağlanmış AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən alınmış Quba rayonu Alekseyevka kəndində yerləşən 0,09 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini Cavabdeh1 tərəfindən mənə bağışladıqdan sonra, 1 ay müddətinə hazırda yaşadığım Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh2 məxsus fərdi yaşayış evindən özümü və uşaqlarımı qeydiyyatdan çıxaracağam.
4. Mən Cavabdeh1 İddiaçı ilə 21 dekabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurduğum zaman İddiaçı gətirdiyi cehiz əşyalarını 5 gün ərzində İddiaçı qızma verirəm, birgə nikah dövründə alınmış cehiz əşyalarını isə yarıya bölünməsinə razıyam.
5. Mən İddiaçı Cavabdeh1, hazırda qeydiyyatda olduğum evlə bağlı Cavabdeh2 qarşı heç bir iddia və tələbim olmayacaqdır.
6. Mən İddiaçı Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdiyimiz əmlaklarla bağlı tərəfimizdən barışıq sazişi bağlandıqdan sonra Cavabdeh1 qarşı heç bir iddia tələbim olmayacaqdır.
7. Mən Manafov Cavabdeh1 Aidə Nurbaba qızma qarşı heç bir iddia tələbim olmayacaqdır.
8. Mən Cavabdeh1 bu şərtlərlə razıyam.
9. Mən İddiaçı bu şərtlərlə razıyam. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh1 ilə arasında 24.08.2021-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə təsdiq edilsin:
1. Cavabdeh1 07 avqust 2013-cü il tarixdə Quba rayon Notariat Kontorunda bağlanmış AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən aldığı Quba rayonu Alekseyevka kəndində yerləşən 0,09 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini həmin torpaq sahəsi və üzərində yerləşən evə 1 ay müddətinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış aldıqdan sonra 10 gün müddətinə İddiaçı bağışlayacağını öhdəsinə götürür.
2. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı olan “evə istifadə hüququnun tanınması və köçürülmə” tələbinə dair, Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka payların müəyyən edilməsi və əmlak” tələbinə dair iddiadan imtina edir.
3. 07 avqust 2013-cü il tarixdə Quba rayon Notariat Kontorunda bağlanmış AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən alınmış Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,09 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi İddiaçı bağışlandıqdan sonra, İddiaçı 1 ay müddətinə hazırda yaşadığı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh2 məxsus fərdi yaşayış evindən qeydiyyat çıxacağını və uşaqlarını qeydiyyatdan çıxaracağını öhdəsinə götürür.
4. Cavabdeh1 İddiaçı ilə 21 dekabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurduğu zaman İddiaçı gətirdiyi cehiz əşyalarını 5 gün ərzində İddiaçı verir, birgə nikah dövründə alınmış cehiz əşyalarının isə yarıya bölünməsinə razılığını bildirir.
5. İddiaçı Cavabdeh1, hazırda qeydiyyatda olduğu evlə bağlı Cavabdeh2 qarşı heç bir iddia və tələbinin olmayacağını bildirir.
6. İddiaçı Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdiyi əmlaklarla bağlı tərəflərindən barışıq sazişi bağlandıqdan sonra Cavabdeh1 qarşı heç bir iddia tələbinin olmayacağını bildirir.
7. Cavabdeh1 İddiaçı qarşı heç bir iddia tələbinin olmayacağını bildirir.
8. Cavabdeh1 bu şərtlərlə razıdır.
9. İddiaçı bu şərtlərlə razıdır. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə istifadə hüququnun tanınması və köçürülmə” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Samir Məmmədov