Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1693/2022 03.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X15 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququ əsasında verilən torpağın özgənin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vərəsəlik hüququ əsasında verilmiş 153 ha torpağın qanunsuz sahibliyindən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Quba rayonu "Təngə" sovxozunun Aqrar İslahat Komissiyasının Xırt kəndində "Xırt" birgə təsərrüfatının yaradılması ilə əlaqədar 14 oktyabr 1995-ci il tarixli 07 saylı qərarı ilə "Xırt" birgə təsərrüfatı yaradılmış və Quba rayon Aqrar İslahat Komissiyasının qərarı ilə həmin qərar təsdiq edilərək "Xırt" təsərrüfatının başçısı mərhum atası X7 tanınmışdır. O zaman "Xırt" təsərrüfatının mülkiyyətinə Xırt kəndi ərazisində faktiki 1980-cı ildən onların istifadəsində olan yaylaq sahəsindən 153 hektar ərazi ayrılmışdır. O vaxt onlar "Xırt" birgə təsərrüfatına ayrılmış həmin torpaq ərazisinə dair 08 aprel 1996-cı il tarixli 43 nömrəli akt və xəritə almışlar. "Xırt" təsərrüfatı bir müddət rentabelİi, gəlirli fəaliyyət göstərmişdir Öz ailələrini kənd təsərrüfatı məhsulları ilə təmin etməklə yanaşı ölkə iqtisadiyyatına da öz töhfələrini vermişlər. Güləzi Bələdiyyəsinin sabiq sədri X2 dövründən artıq 20 ildən çoxdur ki, "Xırt" birgə təsərrüfatına məxsus torpaq sahələrini faktiki itirmişdir. "Xırt" birgə təsərrüfatının başçısı atası vəfat etdikdən sonra vərəsələri kimi onlar birgə təsərrüfatı idarə etmişlər və o atasının ölümündən sonra "Xırt" birgə təsərrüfatının başçısı seçilmişdir. Güləzi Bələdiyyəsinin sabiq sədri olmuş X4 qanunsuz olaraq onların istifadə etdiyi mübahisə predmenti həmin ərazini qeyri-rəsmi müqavilə ilə öz oğlu Xıdır Ələsgərovun vasitəsilə onların kəndlə heç bir əlaqəsi və bağlılığı olmayan digər şəxslərin istifadəsinə qeyri-qanuni vermişdir.Çarəsiz qalıb Güləzi Bələdiyyəsinə məsələlərinin həlli alınanadək ərazilərinin 60 hektar hissəsini icarə almaq üçün Bələdiyyə sədrinin vədlərinə inanaraq həmin Bələdiyyənin büdcəsinə 320 manat pul ödəsə də və de-yure "Xırt" birgə təsərrüfatına ayrılmış ərazidən 60 hektar torpaq sahəsinə 25 may 2021-ci il tarixində Güləzi Bələdiyyəsilə əlavə mövsümi müqavilə bağlasa da onların heyvanları faktiki həmin əraziyə buraxılmamış və onlara qarşı cavabdeh öz qanunsuz hərəkərlərini davam etdirmişdir. O, cavabdehin bu qanunsuz hərəkətləri barədə Quba Rayon İcra Hakimiyyətinə, Quba rayon Prokurorluğuna, Quba rayon Polis Şöbəsinə və Xaçmaz Regional Ədliyyə İdarəsinə müraciət edərək aidiyyatı üzrə köməklik edilməsini xahiş etmişdir və xx.xx.2021-ci il tarixində Ədliyyə Nazirliyinin Xaçmaz Regional İdarəsi, xx.xx.2021-ci il tarixində Quba Rayon icra Başçısının müavini Ruslan Şahbalayev tərəfindən ona ünvanlanmış məktubdan da tamamilə aydın olduğu kimi yaranmış problemin həllində Güləzi Bələdiyyəsinə ona köməklik göstərilməsi tapşırılmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək, iddianı müdafiə edərək təmin ediməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlara əsaslandırır. Belə ki, iş materiallarında olan 18 fevral 2013-cü il tarixli 87 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən doğma qardaşları ilə birgə şəxsi təsərrüfatlarında olan mal-qaranı yay mövsümü ərzində yaylağa apardıqlarına görə Güləzi bələdiyyəsi ərazisində ‘’Qızılqaya” adlanan sahəsində özlərinə 1985-ci ildən təbii daşdan çoban evi tikmişlər. Həmin tikilmiş otaq onların istifadəsindədir. Güləzi bələdiyyəsinin həmin ərazidən vətəndaşlara icarəyə torpaq sahəsi verməsi qanunauyğundur. İş materiallarında olan 12 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh və İddiaçı ünvan 2i ərazisində Güləzi bələdiyyəsinin müqaviləsi əsasında istifadə etdikləri yay-otlaq sahələri qonşuluq təşkil etdiyi üçün və hər hansı bir hasarlama işləri aparılmadığına görə zəbtin əlamətləri müşahidə edilməmişdir. İddiaçı Qırxalr oğluna mübahisəli torpaq ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli torpaq sahəsinin dövri-mövsümi (müvəqqəti) icarəyə verilməsinə dair müqavilədən görünür ki, İddiaçı örüş sahəsi üçün 60 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixədək icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X7 vərəsəsi oğlu İddiaçı miras əmlak ünvan 2i ünvanında yerləşən xx.xx.1996-cı il tarixli 43 saylı qərarı ilə yaradılmış Xırt Birgə X1 məxsus təsis payından ibarət əmlakdan 1/1 pay almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndində göstərilir ki, Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü bəndinə görə Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Şərh olunan maddənin mənasına görə, torpaq sahəsinin zəbt edilməsi dedikdə, torpaq sahəsinə hüquqların yaranması üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsasların olmaması başa düşülür. Torpaq Məcəlləsinin qeyd olunan 55-ci maddəsində göstərilir ki, Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülkli Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülkli Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülkli Məcəlləsinin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinə görə (Sporronq və Lonnrot İsveçə qarşı, X11rşı, Vinterverp Niderlanda qarşı, Latridis Yunanıstana qarşı, X9rşı və s.) Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə təmin edilən mülkiyyət hüququnun pozulub-pozulmadığı məsələsinə baxılarkən aşağıdakı məsələlər araşdırılmalıdır:1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi?; 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi?; 3) Həmin müdaxiləyə 1-ci normada yer alan üç normadan hansının əsasında baxılmalıdır?; 4) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı?; 5) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?; 6) Müdaxilə hüquqi müəyyənlik və ya qanunilik prinsipinin tələblərinə cavab verirmi? Avropa Məhkəməsinin «X3rşı» işi üzrə 17 noyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, «İnsan Hüquqlarının və X10 Haqqında» Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi ilk növbədə tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanlarının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün müddəalarının tərkib hissəsidir. Azərbaycan Respublikası Mülkli Məcəlləsinin 157.2-ci maddəsinin mənasına görə əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi barədə iddianı təmin etmək üçün aşağıdakı şərtlər tələb olunur: iddiaçının mülkiyyət hüququnun olması, əşya üzərindən faktiki sahibliyinin itirilməsi, tələb edilən əşyanın cavabdehin qanunsuz sahibliyində olması. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı məhkəmədən cavabdeh - Cavabdeh tərəfindən zəbt edilmiş, Quba rayonunun Xırt kəndi ərazisində yerləşən, vərəsəlik hüququ əsasında oan verilmiş 153 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılmasını tələb edir. Lakin, mübahisə predmetini təşkil edən ünvan 2ində yerləşən 153 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ümumiyyətlə mübahisəli ərazinin harada olması barədə iş materillarından sübut mövcud deyildir. Məhkəmə araşdırması zamanı mübahisəli ərazinin kordinatlarını müəyyən etmək mümkün olmamışdır. Ərazinin sərhədlərini müəyyən etmədən, həmin ərazinin kimə məxsus olması və kim tərəfindən zəbt edilməsi məhkəmədə araşdırması zamanı mümkün olmamışdır. İddiaçı həmin ərazinin ona məxsus olmasına dair məhkəməyə mötəbər sübut təqdim etməyib. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququ əsasında ona verilmiş 153 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Beləliklə, iddiaçının mübahisə predmetini təşkil edən torpaq sahəsinə subyektiv hüququnun mövcud olmaması məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur. Bununla da, cavabdeh tərəfindən iddiaçının Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulması halı müəyyən olunmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə sadalanan maddi hüquq normalarını hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququ əsasında verilən torpağın özgənin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması” tələbinə dair iddiası əsassızdır və iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququ əsasında verilən torpağın özgənin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1693/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1693/2022
03.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver