Məhkəmə qərarları › İş №2(027)-1705/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1705/2020

30.09.2020 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1705/2020 30.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Ərizəçi, onun vəkili və nümayəndəsi X2 iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1954-cü il tarixdə Quba rayonu, Alpan kəndində anadan X1 1996-cı ildə Bakı şəhərində itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun qardaşı X3 xx.xx.1954-cü il tarixdə Quba rayonu, Alpan kəndində doğulmuş və həmin kənddə yaşamışdır. Qardaşının əqli cəhətdən psixi problemləri olmuş, tez-tez evdən xəbərsiz çıxıb getmişdir. 1996-cı ildə qardaşı Calaləddin evdən xəbərsiz çıxıb Bakı şəhərinə getmiş, qardaşını axtarsalar da tapa bilməmişlər. Həmin vaxtdan Calaləddin barəsində heç bir məlumat və xəbər olmadığı üçün sonuncunun axtarılması barədə Quba rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişlər. Quba rayon Polis şöbəsinin xx.xx.2020-ci il tarixli arayışı ilə müraciətinə cavab olaraq bildirilmişlər ki, xx.xx.1954-cü il tarixdə anadan olmuş X1 tapılması üçün əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Axtarışda olduğu müddətdən bu günədək onun barəsində heç bir məlumat daxil olmamışdır. X1 itkin düşdüyü vaxtdan artıq 24 ilə yaxın vaxt ötüb keçməsinə baxmayaraq, sonuncunun sağsalamat olması barədə heç bir məlumat yoxdur. Onun atamız X5 xx.xx.1968-ci il tarixdə, anası X10 xx.xx.1997-ci il tarixdə ölmüşlər. Hazırda valideynlərindən qalmış mirasın vərəsəlik qaydasında həlli ilə əlaqədar, X1 ölmüş elan edilməsinin müəyyən olunması tələb olunur. Məhkəmə iclasında Ərizəçi və onun vəkili və nümayəndəsi X4 ərizənin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahidlər X12 və X11 bildirdilər ki, ərizəçinin qardaşı X3 1996-cı ildə yaşadığı evdən çıxıb Bakı şəhərinə getmiş və geri qayıtmamışdır. Ailə üzvləri onu axtarsalar da, axtarış heç bir nəticə verməmişdir. Məhkəmə iş üzrə ərizəçini, onun vəkili və nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs arayışından görünür ki, X3 xx.xx.1954-cü il tarixdə X5 ilə X6 birgə nikahından doğulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə X5 ilə X6 birgə nikahından doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının arayışlarından görünür ki, Quba rayonu, Alpan kənd Sovetinin 1986-1990 və 1991-2000-ci illərə aid Alpan kəndi üzrə təsərrüfatbaşına kitabında X3 təsərrüfat başçısı olmuş, sonuncunun şəxsi istifadəsində 1988-ci ildən 0,08 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. 2001-2005-ci illərə aid təsərrüfatların əlifba kitabında X1 adı aşkar olunmamışdır. İş materiallarında olan Quba RPŞ-nin arayışından görünür ki, xx.xx.1954-cü il tarixdə Quba rayonu, Alpan kəndində anadan olmuş X3 1996-cı ildə itkin düşmüş və sonuncunun tapılması üçün tədbirlər davam etdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən, məhkəmə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, xx.xx.1954-cü il tarixdə Quba rayonu, Alpan kəndində anadan X3 ölmüş elan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.1954-cü il tarixdə Quba rayonu, Alpan kəndində anadan olmuş X3 ölmüş elan edilsin. Mülki Məcəllənin 41.3-cü maddəsinə əsasən məhkəmə qərarının qüvvəyə mindiyi gün X1 ölüm günü sayılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar