Məhkəmə qərarları › İş №2(027)-171/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-171/2022

21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-171/2022 21.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 qızının katibliyi, İddaçı İddiaçı-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və girov əmlaka yönəltmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 00/131/22 saylı kredit müqaviləsinə əsasən 10459,08 manat əsas borc, 119,42 manat hesablanmış faiz, 1882,63 manat dəbbə pulu olmaqla, cəmi 12461,13 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tələbin ipoteka qoyulmuş Cavabdeh2 mülkiyyətində olan Quba rayonu, Aşağı-Atuc kəndində xüsusi mülkiyyətdə olan 2.0152 ha torpaq sahəsinə (RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli Çıxarış) yönəldilməsi, əmlakın hərrac çıxarılaraq 28000 manat qiymətlə açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi, evdə yaşayanların evdən çıxarılması və evin məcburi boşaldılamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə "xxxx" ВОКT ASC arasında xx.xx.2019-cu il tarixli, 00/131/22 saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq xx.xx.2019-cu il tarixli, 00/131/22 saylı kredit müqaviləsi üzrə 5 il müddətinə, 1 faizlə, 10471,96 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi xx.xx.2019-cu il tarixli, 00/131/22 saylı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh2 xüsusi mülkiyyətdə olan Quba rayonu, Aşağı-Atuc kəndində yerləşən 2,0152 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. xx.xx.2019-cu il tarixli, 00/131/22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 BOKT-a 10459,08 manat əsas borc, 119,42 manat hesablanmış faiz, 1882,63 manat dəbbə pulu olmaqla, cəmi 12461,13 manat borcu vardır. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00/131/22 saylı kredit müqaviləsi restruktrizasiya edilmiş və cavabdehlə hazırkı müqavilə bağlanmışdır. Təəssüf ki, cavabdeh bu müqavilə üzrə borc öhdəliyini qəsdən icra etməkdən imtina edir. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir. Məhkəmə iclasında İddiaçı-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qəbul edərək, "xxxx" ВОКT ASC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 00/131/22 saylı kredit müqaviləsi üzrə 12461.13 manat borcundan 3000 manat ödəniş etdiyini qeyd etmiş, qalan borcu da tezliklə ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019cu il tarixli, 00/131/22 saylı kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə illik 1% olmaqla 5 il müddətinə 10471,96 AZN məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi AR ƏMDK yanında DƏDRX-nin Xaçmaz rayon Ərazi idarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********87, Qeydiyyat nömrəsi-**********, Seriya RX-0607105) xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarışa əsasən, Cavabdeh2 tərəfindən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus Quba rayonu, Aşağı-Atuc kəndində yerləşən 5.227382 ha torpaq sahəsi ipotekaya qoyulmuş, tərəflər arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi AR ƏMDK yanında DƏDRX-nin Xaçmaz rayon Ərazi idarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********86, Qeydiyyat nömrəsi-**********, Seriya RX-0607106) xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarışa əsasən, Cavabdeh2 tərəfindən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus Quba rayonu, Aşağı-Atuc kəndində yerləşən 2.0152 ha torpaq sahəsi ipotekaya qoyulmuş, tərəflər arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İş üzrə təyin edilmiş və keçirilmiş xx.xx.2022-ci il tarixli, 01/22-195 saylı "xxxx" MMCnin mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Quba rayonu, Aşağı- Atuc kəndində yerləşən 2.0152 ha torpaq sahəsinin bazar dəyəri 15.000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünürki, xx.xx.2022-ci il tarixinə cavabdehin banka 7608.17 manat əsas borcu, 46.08 manat faiz və 10599.81 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 18254.06 manat məbləğində borc təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 00/131/22 saylı kredit müqaviləsi üzrə borcundan 3000 manat ödəniş etmişdir. Ərizəyə əlavə olunmuş bildirişlərdən görünür ki, Cavabdeh1 gecikdirdiyi borcunu xəbərdarlığı aldığı tarixdən 7 gün müddətindən gec olmayaraq banka ödəməli olduğu barədə xəbərdar edilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********8, qeydiyyat nömrəsi **********, seriya RX ******* saylı, xx.xx.2015-ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Aşağı-Atuc kəndində yerləşən 5.277382 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan Reyestr nömrəsi AR ƏMDK yanında DƏDRX-nin Xaçmaz rayon Ərazi idarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********86, Qeydiyyat nömrəsi- **********, Seriya RX-0607106) xx.xx.2015-cı il qeydiyyat tarixli Çıxarışa əsasən, Quba rayonu, Aşağı-Atuc kəndində yerləşən 5.277382 ha torpaq sahəsi İpoteka müqaviləsi MMnin 309 və “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunun 10.4-cü maddələrinin tələblərinə uyğun olaraq, AR DƏDRX-nin müvafiq ərazi idarəsində qeydiyyata alınmış və hüquqları yüklü edilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********87, qeydiyyat nömrəsi **********, seriya RX ******* saylı, xx.xx.2015-ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Aşağı-Atuc kəndində yerləşən 2.0152 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan Reyestr nömrəsi AR ƏMDK yanında DƏDRX-nin Xaçmaz rayon Ərazi idarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********87, Qeydiyyat nömrəsi- **********, Seriya RX-0607105) xx.xx.2015-cı il qeydiyyat tarixli Çıxarışa əsasən, Quba rayonu, Aşağı-Atuc kəndində yerləşən 2.0152 ha torpaq sahəsi İpoteka müqaviləsi MMnin 309 və “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunun10.4-cü maddələrinin tələblərinə uyğun olaraq, AR DƏDRX-nin müvafiq ərazi idarəsində qeydiyyata alınmış və hüquqları yüklü edilmişdir. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 ilə "xxxx" ВОКT ASC arasında xx.xx.2019-cu il tarixli, 00/131/22 saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq xx.xx.2019-cu il tarixli, 00/131/22 saylı kredit müqaviləsi üzrə 5 il müddətinə, 1 faizlə, 10471,96 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi xx.xx.2019-cu il tarixli, 00/131/22 saylı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh2 xüsusi mülkiyyətdə olan Quba rayonu, Aşağı-Atuc kəndində yerləşən 2,0152 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. xx.xx.2019-cu il tarixli, 00/131/22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 BOKT-a 10459,08 manat əsas borc, 119,42 manat hesablanmış faiz, 1882,63 manat dəbbə pulu olmaqla, cəmi 12461,13 manat borcu olması sübuta yetirilir. Lakin iş materiallarından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 00/131/22 saylı kredit müqaviləsi üzrə borcundan 3000 manat ödəniş etmişdir. Bundan başqa, iş materiallarında olan xx.xx.2022-ci il tarixinə cavabdehin banka 7608.17 manat əsas borcu, 46.08 manat faiz və 10599.81 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 18254.06 manat məbləğində borc təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, mülki iş üzrə qətnamə qəbul edilərkən, iddiaçı "xxxx" ВОКT ASC-nin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli maliyyə arayışı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 448.1 maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 279-cu maddəsininin tələbinə görə Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1 maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1 maddəsinə əsasən Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə müddətə gecikdirilməsidir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-41.2-ci maddəsinə əsasən İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Məhkəmə hesab edir ki, əsas borc 7608.17 manat təşkil etdiyi halda, 10599.81 manat məbləğində cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 100 manat qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh1 bankın xeyrinə əsas borc üzrə 7608.17 manat əsas borcu, 46.08 manat məbləğində faiz borcu və 100 manat dəbbə pulu olmaqla, cəmi 7754,25 manat məbləğində pulun tutulması tələbi hissəsində əsaslıdır və təmin olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Məhkəmə hesab edir ki, ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Quba Aşağı-Atuc kəndində yerləşən 2.0152 ha torpaq sahəsinənin ilkin satış qiyməti xx.xx.2022ci il tarixli, 01/22-195 saylı "xxxx" MMC-nin mütəxəssis rəyini nəzərə alınaraq, 15.000 manat məbləğində müəyyən edilməlidir. Çünki tərflər də, qeyd edilən qiymətlə razılaşmışlar. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh1 mülkiyyətində olan əmlak ipotekaya qoyulmaqla, kredit müqaviləsi üzrə öhdəliyin icrasına təminat rolunu oynamışdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00/131/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı-nin xeyrinə əsas borc üzrə 7608.17 manat əsas borcu, 46.08 manat faiz borcu, 100 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 7754,25 manat məbləğində pul tutularaq ödənməli, borc ödənilmədikdə tutma Cavabdeh2 mülkiyyətində olan Quba rayonu, Aşağı-Atuc rayonunda yerləşən 2.0152 ha torpaq sahəsinə yönəldilməli, Cavabdeh2 mülkiyyətində olan Quba rayonu, Aşağı-Atuc rayonunda yerləşən 2.0152 ha torpaq sahəsinin ilkin satış qiyməti 15.000 manat müəyyən edilməli, ipoteka predmeti açıq hərracda satılmalı, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına əsas borcun, faiz borcunun və dövlət rüsumunun ödənilməsi təmin edilməlidir. Həmçinin Cavabdeh1 bank tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat rüsumu tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00/131/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı-nin xeyrinə 7608.17 manat əsas borcu, 46.08 manat məbləğində faiz borcu və 100 manat dəbbə pulu olmaqla, cəmi 7754,25 manat məbləğində pul tutularaq ödənilsin, borc ödənilmədikdə tutma Cavabdeh2 mülkiyyətində olan Quba rayonu, Aşağı-Atuc kəndində yerləşən 2.0152 ha torpaq sahəsinə yönəldilsin, ipoteka predmeti olan Quba rayonu, Aşağı-Atuc kəndində yerləşən 2.0152 ha torpaq sahəsinin ilkin satış qiyməti 15.000 manat müəyyən edilsin, ipoteka predmeti açıq hərracda satılsın, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına əsas borcun, faiz borcunun və dövlət rüsumunun ödənilməsi təmin edilsin, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyana verilsin. Cavabdeh1 ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar