Məhkəmə qərarları › İş №2(027)-1714/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1714/2021

30.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1714/2021 30.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, İddiaçı iddia ərizəsi üzrə mülki işin materiallarını nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu Mirzəməmmədkənd kənd ərazisində 0,20 ha torpaq sahəsinin X1 mülkiyyətinə verilməsinə dair 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli KOD 30311028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin, həmin şəhadətnamə ilə əlaqəli Quba rayon AİK-nın 03 saylı, 09 fevral 1998-ci il tarixli qərarının və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə təhvil verilmiş arxiv sənədləri və şəhadətnamələrin verilməsi kitabında 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli KOD 30311028 kodlu Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə dair qeydin mövcud olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Belə ki, iddiaçı Azərbaycan Respublikası MPM-nin 149.2.5-ci və 150.0.5-ci maddələrinə əsasən iddia tələbini əsaslandırdığı halla dair sənədləri- 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli KOD 30311028 kodlu Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin, Azərbaycan Respublikası Dövlət Arxivinin 03.03.2014-cü il tarixli, 421 saylı və 02.05.2014-cü il tarixli, 934 saylı, 16.10.2017-ci il tarixli, 26.05.2014-cü il tarixli, 1194 saylı, 16.10.2017-ci il tarixli, 1797 saylı arxiv çıxarışlarının, Bakı şəhəri, Sabunçu rayon İHB-nin A.Bakıxanov qəsəbəsi üzrə nümayəndəsinin 2014-cü il tarixli arayışının və Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin 10.09.2016-cı il tarixli, **********69 saylı məktubunun surətlərini iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsi iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədləri həmin Məcəllənin 149.2.5-ci maddəsində göstərilmiş ərizəyə əlavə edilməli olan sənədlərin siyahısına aid etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı ərizə geri qaytarılmalı və ərizəçiyə ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,150-152, 263-264 və 266-268-ci cı maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı ərizəsi geri qaytarılsın; İddiaçı izah edilsin ki, ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar