Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1721/2020 28.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi və onun etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba regional “ASAN Xidmət” mərkəzi notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək mərhum oğlu X9 məxsus Quba rayonu, X24 xx xxxxxx 1998-ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN-00xx xxx 30311028 nömrəli Dövlət Aktına əsasən Quba rayonu Mirzəməmmədkənd kəndi ərazisindən 0,32 ha torpaq sahəsindən ibarət miras əmlaka buraxılmış müddətin bərpası və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizənin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək mərhum oğlu X9 məxsus Quba rayonu, X24 xx xxxxxx 1998-ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN-00xx xxx 30311028 nömrəli Dövlət Aktına əsasən Mirzəmməməd kəndi ərazisində yerləşən 0,32 ha torpaq sahəsindən ibarət miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o xx xxxxxxxx 1949-cu ildə Qusar rayonu Çətgün kəndində anadan olmuşdur. Mərhum oğlu X10 Quba rayon X24 xx xxxxxx 1998-ci il tarixli 03 saylı qərarı ilə JN-00xx xxx 30311028 nömrəli Dövlət Aktına əsasən Mirzəməmmədkənd kəndi ərazisindən 0,32 ha torpaq sahəsi verilmişdir. Oğlu xx xxxxxx 1998-ci ildə vəfat etdiyindən bu torpaq sahəsinə bütün aqrotexniki qulluğu özü göstərmişdir. Faktiki mirası qəbul etmiş, hal-hazıra kimi faktiki sahiblik edir. O mərhum oğlunun hüquqi varisi kimi vərəsəlik işinin açılması üçün yerli Notariat Kontoruna müraciət etmiş, lakin müddətin buraxılmasına görə onun ərizə qəbuluna imtina verilmişdir. Ona görə də mirasın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə Ərizəçi və onun etibarnamə əsasında nümayəndəsi X11 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin, onun etibarnamə əsasında nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Quba RİHB-nın Vladimirovka İƏD üzrə nümayəndəliyin xx xxxxxx 2020-ci il tarixli, 1056 nömrəli arayışından görünür ki, X7 rayonu, Mirzəməmmədkənd kəndinə yaşamış və xx xxxxxx 1998-ci il tarixdə Mirzəməmmədkənd kəndində vəfat etmişdir. Vəfat etdikdən sonra onun vərəsələri atası X2 (xx.xx.2004-cü ildə vəfat edib) və anası Ərizəçi qalmışdır. İş materiallarına əlavə olunmuş Quba rayonu Ağbil Bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 42 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum oğlu X9 məxsus bələdiyyəyə olan vergi borclarını ödəmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2003-cü il tarixdə Quba RPŞ tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1949-cu il tarixdə Qusar rayonu, Çətgün kəndində doğulmuş, hal-hazırda Quba rayonu, Mirzəməmmədkənd kəndində yaşayır. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2017-ci il tarixdə Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 893528 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx xxxxxx 1998-ci il tarixdə Quba rayonu, Mirzəməmmədkənd kəndində ölmüşdür. İş materiallarına əlavə olunmuş xx xxxxxx 1966-cı il tarixdə Quba rayon, Vladimirovka kənd sovetliyi tərəfindən verilmiş İ-İE 545341 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X4 ilə X19 nikahlarını bağlamış, nikah bağlandıqdan arvada Mirzəməmmədova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixdə Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X22 xx xxxx 1975-ci ildə Quba rayonu Mirzəməmmədkənd kəndində doğulmuş, atası X16, anası X5r. İş materiallarına əlavə olunmuş Torpağa Mülkiyyət Hüququna Dair JN-00xx xxx 30311028 saylı Dövlət Aktına əsasən X20 Quba rayon X24 xx xxxxxx 1998-ci il tarixli 03 saylı qərarı ilə Qubarayonu Mirzəmməd kəndindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0,32 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxxxx 2020-ci il tarixli Quba regional Asan Xidmət Mərkəzində Notariat Ofisinin Ərizəçi ünvanlanmış 1021 nömrəli məktubundan görünür ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbindən mirasın qəbul edilməsi haqqında şəhadətnamə verilməsindən imtina edilmiş, məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixdə Quba rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx xxxx 1975-ci il tarixdə Quba rayonu, Mirzəmmmədkənd kəndində anadan olmuş X8 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.1993-cü ildən xx.xx.1998-ci ilədək olan dövrə aid bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, miras qoyan X18 xx xxxx 1975-ci ildə anadan olmuş, atası X12 olmuş, xx xxxxx 2004-cü ildə vəfat etmiş, anası X13 olmuş, miras qoyan X27 Mülkiyyət Hüququna Dair JN-00xx xxx 30311028 saylı Dövlət Aktına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,32 ha torpaq sahəsi verilmiş, miras qoyan Rahim Mirzəməmmədov xx xxxxxx 1998-ci ildə vəfat etmiş, həmin vaxtdan torpaq sahəsinə Ərizəçi baxmış, vergilərini ödəmiş, lakin qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulu ilə bağlı Notariat orqanına ərizə verməmiş, hazırda mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etdiyi zaman isə mirasa sahiblik etməsi barədə sübutlar təqdim edə bilmədiyindən ərizənin qəbulundan imtina edilmiş, mirasın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsiüçün məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçi X3 göstərdiyi hallar, yəni Torpağa Mülkiyyət Hüququna Dair JN-00xx xxx 30311028 saylı Dövlət Aktına əsasən oğlu X6 qalmış mirası (Quba rayonu Mirzəməmmədkənd kəndində yerləşən 0,32 ha torpaq sahəsi) X13 qəbul etmiş hal-hazırda həmin əmlak onun faktiki sahibliyi və istifadəsindədir. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli, X9 məxsus Quba rayonu, X24 xx xxxxxx 1998-ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN-00xx xxx 30311028 nömrəli Dövlət Aktına əsasən Quba rayonu Mirzəməmmədkənd kəndi ərazisində yerləşən 0,32 ha torpaq sahəsindən ibarət miras əmlakın X13 tərəfindən qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi X3 ərizəsi təmin edilsin. X14 qalmış Quba rayonu, X24 xx xxxxxx 1998-ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN- 00xx xxx 30311028 nömrəli Dövlət Aktına əsasən Quba rayonu Mirzəməmmədkənd kəndi ərazisində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın X13 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1721/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1721/2020
28.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver