Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1723/2023 18.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X2, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2013-cü ildə Lənkəran şəhərində qızı Ruhanənin ondan, yani Ərizəçi doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X12 ilə 2012-cı ildə qeyri-rəsmi ailə qurmuşdur. Bir yerdə ailə kimi birgə 9 il yaşadıqdan sonra ayrılmışlar. Birgə ailə münasibətlərindən 2 uşağı doğulmuşdur. İkinci uşağı üçün doğum haqqında şəhadətnamə almışdır. Birinci övladı xx.xx.2013-cü ildə yaşadığı Lənkəran şəhərində Ruhanə adlı qızı doğulmuşdur. Rəsmi nikah olmamışdır. Uşağ doğularkən yaşı az olduğu üçün polisə məlumat getməməsi, artıq probleblemlər yaşamaması üçün məcburən uşaq ev şəraitində doğulmuşdur. Ondan sonra maddi imkanı pis olduğundan uşağın doğumunu rəsmiləşdirə bilməmişdilər və bu səbəbdən uşağa doğum haqqında tibbi şəhadətnamə ala bilməmişdilər. Bu yaxınlarda o, Maraqlı şəxsnə müraciət edərək uşağın doğumunu qeydə alınması ilə bağlı müraciət etmiş, lakin doğum haqqında tibbi şəhadətnamənin olmadığı səbəbindən onun doğumunun qeydə alınmasından imtina olunmuşdur və bu barədə ona imtina məktubu və arayış verilmişdir.Uşağın artıq 10 yaşı tamam olmaq üzrədir, hələ də onun doğum haqqında şəhadətnaməsi yoxdur, məktəbə gedə bilmir deyə həmyaşıdlarından geri qalır və ona görə də ona doğum haqqında şəhadətnamə almaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X7 izahatında bildirmişdi ki, Qabilova Ruhanənin ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin vaxt uşaq 8-9 yaşında olmuşdur. Uşaq ev şəraitində doğulduğundan, doğum haqqında tibbi şəhadətnamənin olmadığından doğumunun qeydə alınması, habelə şəhadətnamə allınması mümkün olmamışdır. Məhkəmə ərizəçinin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AZ-İİ 545178 seriya və nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 ilə X4 xx.xx.2023-cü ildə Quba Regional “ Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsində nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında 0094 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Qabilova” soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs 19 iyul 2023-cü il tarixli, 278 nömrəli arxiv məlumatına əsasən, X8 barəsində qeydiyyat şöbəsi üzrə xx.xx.2014-xx.xx.2023-cü illər doğum haqqında akt qeydləri yoxlanılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs 19 iyul 2023-cü il tarixli məktubundan göründüyü kimi, tələb olunan sənədləri və uşağın sağlamlığı haqqında arayışı qeydiyyat şöbəsinə təqdim olunmadığına görə doğumun qeydə alınması mümkün olmamışdır, bununla əlaqədar məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Quba rayonu, Vladimirovka İƏD nümayəndəliyi tərəfindən verilmiş 20 iyul 2023-cü il tarixli 500 nömrəli arayışdan görünür ki, Qabilova X1 qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. İş materiallarında olan X6 ərizəsinin surətindən göründüyü kimi, o Ərizəçi xx.xx.2013-cü ildə Lənkəran şəhərində qız uşağı dünyaya gətirdiyinə şahid olmasını qedy etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qeyd olunan mülki prosessual hüquq normalarının məzmunundan görünür ki, həmin normalarda xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin şərtləri nəzərdə tutulmuşdur. Həmin şərtlər qeyd olunan maddələrdə aşağıdakı ardıcıllıqla göstərilmişdir: - ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır;-ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən hər hansı sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Qeyd olunan normalarının təhlilindən aydın olur ki, uşağın doğumu haqqında tibb müəssisənin sənədi olmadıqda və müvafiq qeydiyyat orqanı uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, bu halda məhkəmə məhz uşağın doğum faktının müəyyən edilməsinə dair ərizəyə baxa bilər. Başqa sözlə, uşağın doğulmasına dair tibb müəssiəsinin sənədinin olmaması səbəbindən uşağın doğumunun qeydə alınması və buna dair doğum haqqında şəhadətnamə alınması mümkün olmadıqda, uşağın doğum faktının müəyyən edilməsi halı məhkəmə qaydasında müəyyən edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin tələbi uşağın doğum faktının müəyyən edilməsi və müvafiq doğum haqqında şəhadətnamənin verilməsinin təmin edilməsindən ibarətdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı bu barədə müvafiq qeydiyyat şöbəsinə müraciət etmiş, tələb olunan sənədləri və uşağın sağlamlığı haqqında arayışı qeydiyyat şöbəsinə təqdim olunmadığına görə doğumun qeydə alınması mümkün olmamışdır, bununla əlaqədar məhkəməyə müraciət olunması tövsiyyə olunmuş, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd olunan halları əsas gətirərək, hər bir halda uşaqların üstün mənafeyinin təmin edilməsi, habelə uşaqların təhsil, sağlamlıq və digər hüquqlarının və üstün maraqlarının təmin edilməsi prinsipini rəhbər tutaraq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.2013-cü il tarixdə Lənkəran şəhərində Ərizəçi qadın cinsli uşağın doğulmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 ay müddətində (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1723/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1723/2023
18.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver