Məhkəmə qərarları › İş №2(027)-1740/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1740/2020

17.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1740/2020 17.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Quba “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı mirasın qəbul edilməsi və həmin miras əmlaka sahiblik, istifadə və sərəncam vermə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası X2 miras qalmış Quba rayonu, Ərməkiqışlaq kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinə dair mən-Ərizəçi tərəfindən mirasın qəbul edilməsi və həmin əmlaka sahiblik, istifadə və onun barəsində sərəncam vermə faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, X9 onun atasıdır. Quba rayonu, Ərməki-qışlaq kəndi ərazisindən 0,07 ha həyətyanı torpaq sahəsi AİK-nın xx xxxxxx 1998-ci il tarixli 17 saylı qərarına əsasən mərhum atası X6 verilmiş və adına JN-098F Kod 30313108 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə tərtib olunmuşdur. Həmin torpaq sahəsi mülkiyyət hüququ əsasında mərhum atası X6 məxsus olmaqla ondan miras qalmışdır. Atası xx xxxxxxx 2000-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra vərəsələri bacıları-Məmmədova (Nadirova) Qızxanım Nəsir qızı, Şükürova (Nadirova) Nurxanım Nəsir qızı, qardaşları-X7, X8 və o qalmışlar. Həmin torpaq sahəsini vərəsələrdən yalnız o, faktiki idarə etməklə mirası qəbul etmişdir. Həmin torpaq sahələrinə dair vergi borclarını o, ödəyir. Eləcə də, torpaq sahəsində təmizlik işlərini o, gördürür. Digər vərəsələrdən bacı və qardaşları torpaq sahəsindən ibarət miras əmlakını nə faktiki idarə etməklə, nə də notariat kontoruna ərizə verməklə qəbul etməmişlər. Qeyd edir ki, anası X4 xx xxxxxx 2000-ci ildə ölmüşdür. Hazırda o, atasından miras qalmış Quba rayon Ərməki-qışlaq kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinə dair çıxarış almaq istəyir. Bunun üçün onun atasının vərəsəsi olaraq mirası qəbul etməyi, həmin mirasa faktiki sahiblik və istifadə etməyi faktının müəyyən edilməsi tələb olunur. Beləliklə də, qanunvericiliyin tələbləri üzrə atası X2 miras qalmış Quba rayonu, Ərməki-qışlaq kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsini faktiki idarə etməklə mirası o, qəbul etmişdir. Bildirir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişə Maraqlı şəxs xx xxxxxxxx 2020-ci il tarixli, 1024 saylı məktubu ilə qanunvericiliklə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxdığı bildirilərək, ona həmin faktın məhkəmə qaydasında müəyyən olunması izah olunmuşdur. Qeyd edir ki, vərəsələr Məmmədova (Nadirova) Qızxanım Nəsir qızı, Şükürova (Nadirova) Nurxanım Nəsir qızı, qardaşları-X7, X8 notariat kontoruna gələrək atalarından miras qalmış Quba rayonu, Ərməki-qışlaq kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinə dair miras əmlakı nə faktiki idarə etməklə, nə də notariat kontoruna ərizə verməklə qəbul etmədikləri barədə ərizə vermişlər. Göstərilənləri nəzərə alaraq, atası X2 miras qalmış Quba rayonu, Ərməki-qışlaq kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinə dair onun tərəfindən mirasın qəbul edilməsi və həmin əmlaka sahiblik, istifadə və onun barəsində sərəncam vermə faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf Quba “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Süleyman Məmmədov xx.xx.2020-ci il tarixli məktub ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Ərizəçi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Ərizəçi Quba rayonu, Ərməki-Qışlaq kəndində qeydiyyatdadır. İş materialında olan JN-098F Kod 30313108 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin surətindən görünür ki, Quba rayonu, Ərməki-qışlaq kəndi ərazisindən 0,07 ha həyətyanı torpaq sahəsi Quba rayon X1 xx.xx.1998-ci il tarixli qərarına əsasən X5 mülkiyyətinə verilmişdir. İş materialında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2000-ci il tarixdə ürək çatışmamazdığı səbəbindən ölmüşdür. İş materialında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2000-ci il tarixdə aşağı ətrafların qanqrenası səbəbindən ölmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Quba rayon Hacıhüseynli bələdiyyəsinin arayışından görünür ki, Ərizəçi mərhum atası X6 məxsus 0,07 ha həyətyanı torpaq sahəsinə görə xx.xx.2001-ci ildə 5 manat Hacıhüseynli bələdiyyəsinə pul vəsaiti ödəmişdir. İş materiallarına əlavə olunmuş Məmmədova (Nadirova) Qızxanım Nəsir qızı, Şükürova (Nadirova) Nurxanım Nəsir qızı,X7 və X3 notaril qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, ataları , X5 xx.xx.2000-ci il tarixdə vəfatında sonra miras əmlaka dair vərəsəliyi nə faktiki nə də notariat kontoruna ərizə verməklə qəbul etmişlər və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 aylıq müddəti butaxmışlar. İş materiallarına əlavə olunmuş Quba regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Ərizəçi atası X2 qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında etdiyi müraciəti, həmin mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin buraxıldığı üçün şəhadətnamə verilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ku, Quba rayonu, Ərməki-qışlaq kəndi ərazisindən 0,07 ha həyətyanı torpaq sahəsi ərizəçiyə və onun qardaş –bacılarına mərhum X2 miras qalmışdır. İş materiallarından göründüyü kimi, mərhum X5 digər vərəsələri Məmmədova (Nadirova) Qızxanım Nəsir qızı, Şükürova (Nadirova) Nurxanım Nəsir qızı,X7 və X8 mirası qəbul etməmişlər. Ərizəçi isə miras qalmış əmlakı faktiki idarə edərək mirası qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Ona görə ərizəçi məhkəməyə müraciət edərək, mirası qəbul etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən edir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, X6 məxsus olmaqla ondan miras qalmış Quba rayonu, Ərməki-qışlaq kəndi ərazisində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi miras qoyan X5 ölümündən sonra, həmin miras əmlakın Ərizəçi tərəfindən mirasın qəbul edilməsi və həmin əmlaka sahiblik, istifadə və onun barəsində sərəncam vermə faktının müəyyən olunması barədə ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X6 məxsus olmuş Quba rayonu, Ərməki-qışlaq kəndi ərazisində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi miras əmlak kimi Ərizəçi tərəfindən mirasın qəbul edilməsi və həmin əmlaka sahiblik, istifadə və onun barəsində sərəncam vermə faktı müəyyən olunsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar