Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1741/2020 30.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim İlqar Aslan oğlu Məmmədovun sədrliyi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakıilə İddiaçı Cavabdeh qarşı «qeyri yaşayış binasına dair alqı-satqı əqdinin etibarlı hesab edilməsi tələbi barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019 qeydiyyat tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 saylı ünvanda yerləşən 1206.7 kvm ibarət qeyri- yaşayış binasını ona satmasına dair aralarında bağlanmış xx xxxxxx 2003-cü il tarixli alqı-satqı əqdinin etibarlı hesab edilməsinə dair qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək göstərdi ki, Cavabdeh iddiaçının həyat yoldaşı Eldar Hüseynovun yaxın tanışı və dostudur. 2002-ci ilin əvvəllərində Cavabdeh onlara gələrək bildirdi ki, ona təcili 100.000 (bir yüz min) manat pul lazımdır. İddiaçı, bu barədə əri Eldar Hüseynova bildirmiş, Eldar iddiaçıya həmin pulu İmrana borc verməyinə razılıq verdi. Bundan sonra iddiaçı ərinin razılığı ilə 100000 manatı Cavabdeh borc vermişdir. İmran bildirmişdi ki, həmin pulu tez bir zamanda qaytaracaqdır. Lakin İmran borc aldığı pulu qaytara bilmədiyindən xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus olan ünvan 1 saylı ünvanda yerləşən 1206.7 kvm ibarət qeyri- yaşayış binasını həmin pulun əvəzi olaraq ona satmaq istəməsini təklif etdi. Mən də Cavabdeh həmin pulu mənə qaytarması üçün maddi imkanı olmadığını bildiyim üçün, bu barədə ərim Eldar Hüseynova bildirərək onunla razılaşdım. Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus olan ünvan 1 saylı ünvanda yerləşən AR ƏMDK yanında DƏDRX-dan verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019 qeydiyyat tarixli Çıxarışa əsasən 1206.7 kvm ibarət qeyri-yaşayış binasını iddiaçıya satması barədə xx xxxxxx 2003-cü il tarixdə qəbz yazıb verdi və həmin qeyri- yaşayış binasına dair sənədləri iddiaçıya verərək bildirmişdi ki, yaxın zamanda həmin qeyri-yaşayış binasını iddiaçıya satmasını notariat kontoruna gələrək rəsmiləşdirəcəkdir. Lakin sonradan Cavabdeh notariat kontoruna gəlmədiyindən həmin qeyri-yaşayış binasının alqı-satqısını notariat kontorunda təsdiq etdirə bilməmişlər. Qeyri-yaşayış binası həmin vaxtdan iddiaçının istifadəmdədir və o, təmir işləri aparmış, vergi borclarını ödəmişdir. Cavabdeh notariat kontoruna gəlmədiyindən həmin alqı-satqı müqaviləsi bu günə kimi notariat kontorunda təsdiq olunmamış qalmışdır. Bu səbəbdən də qanunvericiliyin tələbinə əsasən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq, cavabdeh X5 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019 qeydiyyat tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 saylı ünvanda yerləşən 1206.7 kvm ibarət qeyri- yaşayış binasını iddiaçıya satmasına dair aralarında bağlanmış xx xxxxxx 2003-cü il tarixli alqı-satqı əqdinin etibarlı hesab edilməsinə dair qətnamə çıxarmağı məhkəmədən xahiş edib bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, həqiqətən iddiaçıdan 2002-ci ildə 100000 manat borc pul almış və sonradan həmin pulu qaytara bilməmişdir. Ona görə də özünə məxsus olan qeyri–yaşayış binasını 2003-cü ildə İddiaçı satmış və bu barədə aralarında yazılı alqı-satqı əqdi bağlamışlar. Ona bildirmişdir ki, alqı-satqını rəsmiləşdirmək üçün yaxın zamanda notariusa gələcək. Lakin sonra bir çox səbəblərdən notaiusa getməmişdir. Göstərilənləri nəzərə alaraq, ona qarşı verilmiş iddianın təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi X2 və Cavabdeh dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan, xx xxxxxx 2003-cü il tarixli alqı satqı müqaviləsindən görünür ki, Cavabdeh ona məxsus ünvan 1 ünvanda yerləşən sahəsi 1206,7 kv.metr olan qeyri yaşayış obyektini İddiaçı ******* manata borcu əvəzinə satmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019 qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 2385 kv.metr sahəsi olan əmlak kompleksi kimi müəssisə Cavabdeh tam mülkiyyət hüquqi ilə məxsusdur. İş materialında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Quba rayonu Amsar kəndində yaşayır. İş materialında olan Cavabdeh ərizəsindən görünür ki, İddiaçı ona qarşı qaldırdığı iddianı qəbul edir borcu əvəzinə qeyri yaşayış binasını onun adına rəsmiləşdirilməsinə və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmir. “İ.K.Rəcəbovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2002-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notarial qaydasında təsdiqlənmnəsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notarial qaydasında təsdiqlənməsindən boyun qaçırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmə əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: 1) əqdin notarial təsdiqlənməsi; 2) məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; 3) əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlana bilər. Həmin Məcəllənin 329.3-cü maddəsinə görə isə şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlanmaq iradəsi onun rəftarından məlum olur. Məhkəmədə müəyyən edildi ki, tərəflər arasında hüquq münasibəti 2003-cü ildə yaranıb. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılır. Tərəflər arasında hüquq münasibətinin 2003-cü yaranması səbəbindən məhkəmə hesab edir ki, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsi maddi norma kimi tədbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi təmamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336.1-ci maddəsinə əsasən, əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Şərh edilənləri və tərəflər arasında mübahisəli hüquq münasibətinin 2003-cü ildə yaranmasını, cavabdehin iddia tələbini qəbul etməsini və hüquq münasibətinin yarandığı vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin tələbini nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan verilmiş ********** qeydiyyat nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında X5 məxsus olan ünvan 1 saylı ünvanda yerləşən sahəsi 1206.7 kv.metr olan qeyri-yaşayış binasının İddiaçı satmasına dair bağlanmış xx xxxxxx 2003-cü il tarixli alqı-satqı əqdinin etibarlı hesab edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan verilmiş ********** qeydiyyat nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında X5 məxsus olan ünvan 1 saylı ünvanda yerləşən sahəsi 1206.7 kv.metr olan qeyri-yaşayış binasının İddiaçı satılmasına dair bağlanmış xx xxxxxx 2003-cü il tarixli alqı-satqı əqdi etibarlı hesab edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin MİÜMK-na apellyasiya şikayəti vermək olar. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1741/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1741/2020
30.10.2020 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver